- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
- Nvidia süni intellekt agentləri üçün açıq platforma olan NemoClaw-ı təqdim edəcək.
- Brent nefti 92,89 dollara qədər ucuzlaşıb
Author: Aynure Gdp
“Milli valyutada 30 min manatədək əmanəti olanların sayı cari ilin 9 ayında 36 faiz artıb”. GDP xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib. “Bank sektoru stabil və dayanıqlıdır. Cari ildə də əhalinin və sahibkarların maliyyə çıxış imkanlarının artırılması xüsusi diqqətdə saxlanılıb. On ayda bank sektorunun kredit portfeli 16,8 faiz, o cümlədən biznes kreditləri 15,9 faiz artıb. Biznes kreditləri payı ümumi portfelin 54 faizini üstələyir”, – deyə sədr qeyd edib. Onun sözlərinə görə, bu ilin əvvəlindən Vergi Məcəlləsinə depozit gəlirlərinin vergi güzəştləri ilə bağlı edilmiş dəyişikliklər…
Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bank kartlarından oğurluq zamanı hansı halda bankın, hansı halda müştərinin məsuliyyət daşıdığını açıqlayıb. GDP-nin məlumatına görə,ekspert bildirib ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 41.4-cü maddəsinə əsasən, bank kartı oğurlandıqda və ya itirildikdə müştəri dərhal banka məlumat verməlidir. “Əgər kart sahibi kartının oğurlanması və ya itirilməsi barədə banka məlumat verməyibsə, bu zaman hesabından çıxarılan 100 manatadək (və ya xarici valyutada bu məbləğin ekvivalenti) vəsaitə görə bank məsuliyyət daşımır. Bu məbləğ müştərinin üzərinə düşür”, – deyə Rüstəmov qeyd edib. Ekspert vurğulayıb ki, müştəri banka məlumat verdikdən…
Nazir: “Aktiv vergi ödəyicilərinin sayı 2019-2024-cü illər ərzində 1,8 dəfə artaraq 7,9 milyon olub”
Son illərdə Azərbaycan iqtisadiyyatın və əmək bazarının sürətli şəffaflaşdırılması müşahidə edilir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 470 minədək, o cümlədən qeyri-neft özəl sektorda 446 minədək artıb ki, bu da, əmək bazarının əhəmiyyətli leqallaşdırılmasına dəlalət edir: “Aktiv vergi ödəyicilərinin sayı isə 2019-cu ilin yanvarın 1-dən 2024-cü ilin noyabrın 1-dək 1,8 dəfə artaraq 7,895 milyon təşkil edir”. M. Cabbarov bildirib ki, 10 ayda ölkə iqtisadiyyatı 4,9 % artıb ki, bu da, qlobal iqtisadi artımla bağlı gözləntilərdən 1,7 faiz bəndi yüksəkdir. Mənbə: Report
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ticarət tərəfdaşlarındakı inflyasiya ölkədə qiymət artımına 6,1% bəndi artırıcı təsir göstərib. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Bununla belə, onun sözlərinə görə, 2024-cü ilin ötən dövründə illik inflyasiya hədəf daxilində olub. “Bu ilin oktyabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 103,4 % təşkil edib. Apardığımız təhlillər göstərir ki, bu göstərici həm xarici amillərdən, həm də ölkədə həyata keçirilən antiinflyasiya tədbirlərindən təsirlənib. O cümlədən, manatın nominal effektiv məzənnəsinin artması inflyasiya 3,1 faiz bəndi azaldıcı təsir göstərib. Xarici amillərin birbaşa xalis təsiri isə 3 faiz bəndi artırıcı…
Azərbaycan Mərkəzi Bankı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verib. GDP bu barədə AMB-yə istinadən xəbər verir. Bununla da bank lisenziyası almış poçt filiallarının sayı 38-ə çatıb. Xankəndi filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış ilk poçt filialıdır. Obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir. Lisenziya noyabrın 18-də verilib.
Beynəlxalq qızıl bazarında qiymətlər bazar ertəsi günü bir unsiya üçün 2700 dollardan aşağı düşüb. GDP xəbər verir ki, bu, Rusiya-Ukrayna münaqişəsindəki gərginliyin artması fonunda keçən həftəki 6% artımdan sonra baş verib. Analitiklər bu düşüşü ehtimal olunan texniki düzəliş kimi qiymətləndirirlər. Rusiya Prezidenti Vladimir Putin ötən həftə Ukraynaya qarşı yeni raket hücumları ilə bağlı açıqlama verərək, gərginliyi daha da artırıb. Putin, ABŞ və Böyük Britaniya istehsalı olan silahların Rusiya ərazisinə yerləşdirilməsinə cavab olaraq bu addımı atacağını bildirib. Digər tərəfdən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump’ın hedcinq fondu meneceri Scott Bessentin’i Xəzinədarlıq Nazirliyinin rəhbəri vəzifəsinə təyin etməsi, dolların zəifləməsinə səbəb olub və…
Bakıda tarixi qərar verilib. Belə ki, COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub. GDP xəbər verir ki, İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır. Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub. COP29 Sədrliyi İtki və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atmış, İdarə Heyəti və Dünya Bankı ilə…
Smartfon və məişət texnikası istehsalında dünya liderlərindən biri olan “Xiaomi” şirkəti elektrik avtomobil bazarına daxil olmağa hazırlaşır. GDP xəbər verir ki, şirkətdən verilən məlumata görə, “Tesla Model Y”-nin rəqibi olacaq elektrikli krossover 2025-ci ilin birinci rübündə satışa çıxarılacaq. MX11 kod adını daşıyan yeni avtomobilin texniki xüsusiyyətləri və qiyməti hələlik məxfi saxlanılır. Ekspertlər bildirirlər ki, “Xiaomi”nin krossoverinin qiyməti Çində 34 500 dollara (təxminən 58 650 manat) satılan “Tesla Model Y”-dən xeyli ucuz olacaq. “Xiaomi” avtomobilinin bazara çıxması ilə elektrikli avtomobil bazarında rəqabətin daha da güclənəcəyi və qiymətlərin aşağı düşəcəyi gözlənilir.
Bazarlarda vergi nəzarəti gücləndirilir. Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bazarlarda fəaliyyət göstərən sahibkarlar üçün yeni tələblər müəyyənləşdirilməsi təklif edilir. GDP xəbər verir ki, təklif edilən dəyişikliyə görə, bazar obyektlərinin girişində sahibkarın adı və VÖEN-i göstərilməlidir. Kənd təsərrüfatı məhsulları bazarları və kooperativ bazarları bu tələbdən azad edilib. Bazar mülkiyyətçilərinə vergi uçotuna keçid üçün 6 aylıq müddət verilib. Vergi yoxlamalarının müddəti dəqiqləşdirilib və xarici dövlətlərdən məlumat daxil olduğu hallarda yoxlama 5 illik dövrü əhatə edə bilər.
