- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
Author: Aynure Gdp
Smartfon və məişət texnikası istehsalında dünya liderlərindən biri olan “Xiaomi” şirkəti elektrik avtomobil bazarına daxil olmağa hazırlaşır. GDP xəbər verir ki, şirkətdən verilən məlumata görə, “Tesla Model Y”-nin rəqibi olacaq elektrikli krossover 2025-ci ilin birinci rübündə satışa çıxarılacaq. MX11 kod adını daşıyan yeni avtomobilin texniki xüsusiyyətləri və qiyməti hələlik məxfi saxlanılır. Ekspertlər bildirirlər ki, “Xiaomi”nin krossoverinin qiyməti Çində 34 500 dollara (təxminən 58 650 manat) satılan “Tesla Model Y”-dən xeyli ucuz olacaq. “Xiaomi” avtomobilinin bazara çıxması ilə elektrikli avtomobil bazarında rəqabətin daha da güclənəcəyi və qiymətlərin aşağı düşəcəyi gözlənilir.
Bazarlarda vergi nəzarəti gücləndirilir. Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bazarlarda fəaliyyət göstərən sahibkarlar üçün yeni tələblər müəyyənləşdirilməsi təklif edilir. GDP xəbər verir ki, təklif edilən dəyişikliyə görə, bazar obyektlərinin girişində sahibkarın adı və VÖEN-i göstərilməlidir. Kənd təsərrüfatı məhsulları bazarları və kooperativ bazarları bu tələbdən azad edilib. Bazar mülkiyyətçilərinə vergi uçotuna keçid üçün 6 aylıq müddət verilib. Vergi yoxlamalarının müddəti dəqiqləşdirilib və xarici dövlətlərdən məlumat daxil olduğu hallarda yoxlama 5 illik dövrü əhatə edə bilər.
Azərbaycan Respublikasının Milli Məclisi Vergi Məcəlləsinə mühüm dəyişikliklər Milli Məclisin müzakirəsinə çıxarılıb. Dəyişikliklər iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən mədəniyyət, bərpa olunan enerji, nəqliyyat, sığorta və texnologiyalara yönəlmişdir. GDP xəbər verir ki, bu yeniliklərin 2025-ci il yanvarın 1-dən və bəzi hallarda iyulun 1-dən qüvvəyə minəcəyi nəzərdə tutulub. Mədəniyyət Sahəsində Güzəştlər Enerji Sektorunda Güzəştlər Nəqliyyat Sahəsində Yeniliklər Sığorta Sahəsində Dəyişikliklər Texnologiyalar və Sərbəst Peşələrə Güzəştlər Bazarlara və Vergi İdarəçiliyinə Aid Yeniliklər Vergi Sanksiyaları və Digər Dəyişikliklər Bu dəyişikliklər iqtisadiyyatın diversifikasiyasını, investisiya mühitinin yaxşılaşdırılmasını və vergi nəzarətinin gücləndirilməsini hədəfləyir. Əsas məqsəd, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə yanaşı, sahibkarlar üçün daha əlverişli şərait yaratmaqdır.
AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri depozit faizləri və bank sektorundakı yeni tendensiyalar barədə açıqlama verib. Onun sözlərinə görə, depozitlər üzrə faiz dərəcələri əsasən bazar şərtlərindən, iqtisadi vəziyyətdən, inflyasiya səviyyəsindən və xüsusilə Mərkəzi Bankın pul siyasətindən asılıdır. GDP xəbər verir ki, Azərbaycanda 100% xarici kapitallı yeganə bank olan AccessBank hazırda müştərilərə üç əsas depozit məhsulu təqdim edir. Bank rəhbəri bildirib ki, “Müddətli depozit” məhsulu üzrə faiz dərəcəsi müddət və məbləğdən asılı olaraq 12%-ə qədər müəyyən olunub. “Biz bazarı mütəmadi olaraq təhlil edir və depozit məhsullarımızın şərtlərini tənzimləyirik ki, müştərilərimiz üçün etibarlı və sərfəli tərəfdaş ola bilək. AccessBank hər zaman rəqabətədavamlı…
Əsas fond indeksləri bu həftə keçən həftəki itkilərin bir qismini geri qaytardı, baxmayaraq ki, Tramp administrasiyasının siyasətləri ilə bağlı qeyri-müəyyənliklər və Rusiya-Ukrayna münaqişəsindən qaynaqlanan gərginliklər davam edir. Bitcoin ardıcıl üçüncü həftə ərzində 10%-dən çox qazanc əldə edərək güclü artımını davam etdirdi. Bu həftə iqtisadi gündəmin yüngül olması səbəbindən diqqət əsasən NVIDIA-nın III rüb üzrə hesabatına yönəldi. Çərşənbə günü açıqlanan hesabatda şirkətin səhmləri sabit qalmasına baxmayaraq, IV rüb üzrə ehtiyatlı proqnozları investorları bir qədər məyus etdi. Alphabet-in səhmləri ABŞ Ədliyyə Nazirliyinin şirkəti bölmək üçün təklif etdiyi planlar barədə xəbərlərdən sonra ucuzlaşdı. Enerji sektoru isə süni intellektlə bağlı təmiz enerji tələbatının artacağına…
Amazon sahibi Jeff Bezos və anbar işçisi arasında saniyədə qazancın müqayisəsi.
Avropa Parlamentindən verilən məlumata görə, Avropa İttifaqı və Çin elektromobil sektorunda əməkdaşlığı gücləndirəcək yeni ticarət sazişinin imzalanmasına yaxınlaşıb. GDP xəbər verir ki, bu razılaşma Çin istehsalı olan elektrikli avtomobillərin Avropa bazarına giriş rüsumlarının aradan qaldırılmasını nəzərdə tutur. Razılaşma həm Avropa avtomobil bazarında rəqabətin artmasına, həm də istehlakçılar üçün elektromobillərin daha əlçatan olmasına səbəb ola bilər. Bu addım həmçinin Avropanın yaşıl enerji keçidinə və karbon emissiyalarının azaldılması hədəflərinə töhfə verəcək. Tərəflər arasında danışıqların yekun mərhələdə olduğu bildirilir. Razılaşmanın detalları və qüvvəyə minmə tarixi barədə əlavə məlumatların yaxın vaxtlarda açıqlanması gözlənilir.
ABŞ-ın ən böyük kriptovalyuta mayninq şirkətlərindən biri olan “Marathon Digital” (MARA) bitkoin alışını davam etdirir. GDP xəbər verir ki, şirkət tərəfindən edilən açıqlamaya görə, hər birinin orta qiyməti 95 554 dollar olmaqla 5771 bitkoin alınıb. Məlumata görə, şirkət bu alış üçün maliyyə vəsaiti cəlb etmək məqsədilə bu həftənin əvvəlində 700 milyon dollarlıq istiqraz buraxıb. “MicroStrategy” şirkətindən sonra bitkoini ən çox saxlayan ikinci ən böyük korporativ şirkət olan MARA-nın 22 noyabr tarixinə olan məlumata görə balansında təxminən 3,4 milyard dollar dəyərində 33 bitkoin var. Qeyd edək ki, bitkoinin qiyməti son günlər sürətlə artaraq 100 min dollar səviyyəsinə yaxınlaşıb. Kriptovalyutanın fyuçers qiyməti…
“Bakı Sığorta” ləğv olunduğunu elan edir. GDP xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr küçəsi, ev 120, mənzil 6-cı mərtəbə ünvanına bildirə bilərlər. Qeyd edək ki, sığorta şirkəti 8 fevral 1994-cü ildə dövlət qeydiyatına alınıb, 8 milyon 925 min 440 manat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi Oqtay Şeydabəyov Pirmurad oğludur.
Nyu-York Fond Birjasında cümə günü əhəmiyyətli artım müşahidə olunub. Dou Cons Nyu-York Fond Birjasında cümə günü əhəmiyyətli artım müşahidə olunub. Ən çox artım aviasiya nəhəngi “Boeing” şirkətinin səhmlərində qeydə alınıb. Şirkətin səhmləri 4,04 faiz artaraq investorları sevindirməyi bacarıb. Bundan başqa kredit kartları sahəsində lider olan “American Express” şirkətinin səhmləri 3,02 faiz, idman geyimləri istehsalçısı “Nike” şirkətinin səhmləri isə 2,93 faiz yüksəlib. Gün ərzində ən çox ucuzlaşma çip istehsalçısı “Nvidia” şirkətinin səhmlərində müşahidə olunub. Belə ki, şirkətin səhmləri 3,24 faiz dəyər itirib. Tibbi sığorta şirkəti “UnitedHealth”in səhmləri 1,09 faiz, onlayn ticarət nəhəngi “Amazon”un səhmləri isə 0,65 faiz ucuzlaşıb.
