Author: Aynure Gdp

Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir. Bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin iclasında deyib. “Məktəbəqədər təhsil müəssisələrində əlçatanlıq məsələsini son 3 ildə 16%-dən 40%-ə çatdırırıq. Bizə ayrılan büdcə vəsaitinin böyük hissəsi məhz məktəbəqədər təhsil hissəsinin artırılmasına yönəlir. Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir. Ölkədə hər il 120 min uşaq doğulur. Yəni biz 1 yaşı saymasaq, yarım milyon uşağı məktəbəqədər təhsilə yönəltmək istəsək, cari ildə xərclərimiz 2 milyard manat olar. Əgər bu realdırsa, biz bu söhbəti davam etdirə bilərik. Lakin bu məsələdə reallıq görmürüksə, həmişə alternativ modellərdən danışacağıq. Yəni bu kifayət qədər…

Read More

Əhəmiyyətli statistik məlumatların olmadığı bir şəraitdə treyderlər korporativ xəbərlərə diqqət yetirirlər, xüsusilə də bazar bağlandıqdan sonra açıqlanacaq Nvidia Corp.-un hesabatını gözləyirlər. GDP xəbər verir ki, ticarət zamanı Nvidia-nın səhm qiymətləri 1,2% ucuzlaşıb. İnvestorların diqqəti həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasında kadr təyinatlarına yönəlib. Yeni administrasiyanın iqtisadi strategiyasında əsas rolu maliyyə naziri oynayacaq və bazar iştirakçıları Trampın bu vəzifəyə hansı namizədi seçəcəyini gözləyir, “Bazar Tramp tərəfindən açıqlanan siyasətin həyata keçirilməsini gərgin gözlənti içindədir,” – deyə SPI Asset Management analitiki Stiven İnnəs qeyd edir. – Risklər çox yüksəkdir. Əgər Trampın vəd etdiyi proteksionist tədbirlər tam şəkildə həyata keçirilərsə, ABŞ-da inflyasiya artacaq…

Read More

Maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin qiymətinin düşəcəyi təqdirdə ehtiyat addımların planlaşdırıldığını deyib. Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı nazir qeyd edib ki, neftin qiyməti enərsə büdcənin Dövlət Vergi Xidməti tərəfindən daxiolmaları 340 milyon manat azalması proqnozlaşdırılır. O bildirib ki, bu o qədər də sarsıdıcı fakt ola bilməz: “Dövlət Neft Fondunun gəlirlərinə gəldikdə isə təsir daha yüksəkdir. Burada söhbət 2 milyard 100 milyon manatlıq təsirdən gedir”. O bildirib ki, cari ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəldilib. “Növbəti il biz isə bu…

Read More

Gümüşün qiyməti çərşənbə günü bir unsiya üçün 31 dollara qədər yüksəlib. Lakin sənaye istifadəsi üzrə pessimist proqnozlar və Rusiya-Ukrayna müharibəsində artan gərginlik qiymət artımını məhdudlaşdırıb. GDP xəbər verir ki, 18 noyabrda atın iki aydır ən aşağı -30,2 dollara düşən qiymətlər, son günlərdə cüzi artış göstərib. Ukraynanın Böyük Britaniya və ABŞ istehsalı olan raketlərlə Rusiya ərazisinə zərbə endirməsi və Rusiyanın nüvə silahlarından istifadə ilə bağlı doktrinasını yenidən formalaşdırması vəziyyəti daha da gərginləşdirib. Eyni zamanda, Çində hökumətin yeni stimul paketləri tətbiq etməməsi və günəş panelləri bazarındakı artıqlıq səbəbindən sənaye tələbatı zəifləyib. Bununla yanaşı, Donald Trampın seçki qələbəsindən sonra Çinli günəş paneli istehsalçıları…

Read More

ABŞ-da benzin fyuçers müqavilələri son iki həftənin ən yüksək qiymətinə ticarət edilərək, təxminən 1 qallona 2,05 dollar səviyyəsində sabitləşib. GDP xəbər verir ki, bu zaman investor və analitiklər qarışıq təchizat siqnallarını və geosiyasi gərginliklərin neft qiymətlərinə təsirini qiymətləndirirlər. Amerikan Neft İnstitutu (API) son hesabatında benzin ehtiyatlarında 2,48 milyon barrel azalma qeydə alındığını bildirərək, benzin qiymətlərinin artmasını dəstəkləyib. Lakin Enerji İnformasiya İdarəsinin (EIA) məlumatları 15 noyabrda başa çatan həftə üçün benzin ehtiyatlarında 2,05 milyon barrel artım olduğunu göstərib ki, bu da proqnozlaşdırılan 1,62 milyon barrel artımı üstələyib. Eyni zamanda, ABŞ-da xam neft ehtiyatları 545,000 barrel artaraq proqnozları keçib. Bu artım 2024-cü…

Read More

Azərbaycanda qiymətli daşların və onlardan hazırlanan məhsulların nağdsız qaydada satılmasına görə maliyyə sanksiyasının tətbiq olunmasl təklif edilir. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, bununla əlaqədar Vergi Məcəlləsində, “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğun olaraq dəyişiklik edilməsi nəzərdə tutulur. “Dəyişikliklərə səbəb Avropa Şurasının MONEYVAL komitəsinin tələbidir”, – deyə vergi rəsmisi qeyd edib. © “Report”

Read More

“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov COP29 çərçivəsində ICESCO-nun təşkilatçılığı ilə PAŞA Həyat Sığorta şirkəti və İRS Nəşriyyat Evinin birgə əməkdaşlığı ilə ərəb dilində nəşr olunmuş “Şuşa” kitabının təqdimat mərasimində çıxış edib. GDP xəbər verir ki, o, çıxışında şirkətin Azərbaycan sığorta bazarındakı lider mövqeyini və rəqəmsal transformasiya strategiyasını tətbiq edən ilk şirkət olduğunu vurğulayıb:””PAŞA Həyat Sığorta” olaraq, məqsədimiz yalnız mənfəət əldə etmək deyil, ölkəmiz və cəmiyyətimiz üçün dəyər yaratmaqdır. Bu istiqamətdə nəşriyyat evi və Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edərək, müxtəlif dillərdə kitablar hazırlayırıq. Təqdim olunan kitabda sufi mədəniyyəti, xalqımızın mədəni irsi və ölkəmizin mədəniyyətinin zənginlikləri öz əksini…

Read More