Author: Aynure Gdp

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2024-cü ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 31 milyard 542,5 milyon manat vəsait daxil olmuşdur. Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilib ki, büdcədən 28 milyard 108,2 milyon manat vəsait xərclənib. Büdcənin icrasında 3 milyard 434,3 milyon manatlıq profisit (artıqlıq) yaranıb.

Read More

Paşa Bank – Azərbaycanın aparıcı korporativ maliyyə institutu, kiçik və orta sahibkarlar üçün bank qarantiyaları üzrə 80% endirim kampaniyası elan edib. Bank qarantiyası nədir və niyə lazımdır? Bank qarantiyası bir tərəfin (bankın) digər tərəfin öhdəliklərinin yerinə yetirilməsinə zəmanət verməsidir. Bu, mal və xidmətlərin alış-satışı, tenderlər, icra və avans ödənişləri zamanı tətbiq olunan zəmanətlərdir. Bank öz öhdəliyini təsdiqləyir və bu, maliyyə əməliyyatlarının daha rahat və etibarlı həyata keçirilməsini təmin edir. Paşa Bankın kampaniyası və təklifləri: Paşa Bank 31 dekabr 2024-cü il tarixinədək kiçik və orta sahibkarlar üçün tender, icra və avans qarantiyaları üzrə 80% endirim kampaniyası keçirir. Bu kampaniya çərçivəsində aşağıdakı…

Read More

“Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Bu gün hökumətlə bir yerdə düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. “Gələn il, o biri il üzən məzənnəyə keçmək kimi məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1,7 məzənnə proqnozlaşdırılıb. Orta müddətli dövrdə də…

Read More

“Prezidentin hökumətin qarşısında qoyduğu məsələ əməkhaqlarının artırılması ilə bağlıdır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanımaliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, əməkhaqlarının, sosial ödənişlərin artırılması ilə bağlı hökumətə tapşırıq verilib: “Bu da büdcə layihəsində əksini tapıb”. Mənbə:APA

Read More

Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur. Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur. Qeyd edək ki, hazırda da Azərbaycanda minimum əmək pensiyası 280 manatdır.

Read More

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 milyard 676 milyon 420 min manat məbləğində proqnozlaşdırılır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, bu, 2024-cü illə müqayisədə 726 milyon 560 min manat, yaxud 10,45 faizdən çoxdur. İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 milyon 700 min manat məbləğində proqnozlaşdırılır. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,5 % çoxdur. Nazir bildirib ki, İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin…

Read More

Azərbaycanda daxili borcun həcminin artması maliyyə bazarının kifayət qədər inkişafına səbəb olmayıb, lakin büdcə xərclərinin artmasına gətirib çıxarıb. GDP xəbər verir ki,bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. Qeyd edilib ki, daxili dövlət borcu üzrə ödənişlər dövlət büdcəsinin tərkibində 2025-ci il üçün 958 mln. manat (136,8 mln. manat əsas borc və 821,2 mln. manat faiz borcu) proqnozlaşdırılır ki, bu da dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 39,9%-nə, habelə dövlət büdcəsi gəlirlərinin 2,5%-nə, dövlət büdcəsi xərclərinin isə 2,3%-nə bərabərdir. Bu məbləğ, 2024-cü ilin ilkin proqnozundan 458 mln. manat, yenidən baxılmış məbləğdən isə…

Read More

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə birlikdə Azərbaycanda iki günəş elektrik stansiyası layihəsini maliyyələşdirəcəyini elan edib. GDP xəbər verir ki, bu barədə Bakıda keçirilən 29-cu illik İqlim Dəyişikliyi Konfransında (COP29) elan edilib. Üç bank Azərbaycanda ümumi gücü 760 MVt olan iki günəş elektrik stansiyasının tikintisini dəstəkləyərək 160 milyon ABŞ dolları ayıracağqla İki layihənin investorları olan “Masdar” və “SOCAR Green”, artıq Qafqazın ən böyük bərpa olunan enerji layihələri olan Biləsuvar və Neftçalada 445 MVt və 315 MVt olan günəş parklarının təməlini qoyublar və onları 2027-ci ildə istifadəyə verməyi planlaşdırırlar. Bu, Azərbaycanın…

Read More