Author: Aynure Gdp

Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. GDP xəbər verir ki, görüşdə BVF-nin Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyası çərçivəsində görülən işlər, maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi və BVF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi məsələləri müzakirə edilib. Həmçinin, missiya tərəfindən hazırlanmış bəyanatın əsas istiqamətləri və Mərkəzi Bank ilə BVF arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə tərəflər arasında davam edən əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu görüş, Azərbaycanın maliyyə sabitliyinin təmin edilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində davam edən əməkdaşlığın…

Read More

İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının növbədənkənar iclasında təşkilati məsələlərə baxılıb. GDP xəbər verir ki, iclasda İSB-nin Nizamnaməsinə uyğun olaraq, Mərkəzi Bankın Daxili audit departamentinin direktoru Elçin Əlizadə Şura üzvlüyünə təyin olunub və Himayəçilər Şurasının sədri seçilib.E.Əlizadə bundan əvvəl, 2023-cü ilin fevral ayından İcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri vəzifəsində çalışıb.

Read More

Mərkəzi Bank rəqəmsal maliyyə həllərinin inkişafı və innovasiyaların təşviqi istiqamətində növbəti addım atıb. Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə (GFIN) müşahidəçi statusunda üzv qəbul edilib. Üzvlük çərçivəsində Mərkəzi Bank şəbəkənin müxtəlif təşəbbüslərində iştirak etmək və aparıcı qlobal tənzimləyicilərlə, innovatorlarla əməkdaşlıq qurmaq imkanı əldə edəcək. Bu əməkdaşlıq ölkənin maliyyə sektorunun texnoloji inkişafının beynəlxalq standartlara uyğunlaşdırılmasına və maliyyə bazarlarının dayanıqlılığının artırılmasına töhfə verəcək. Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsi maliyyə tənzimləyicilərini, mərkəzi bankları, beynəlxalq təşkilatları və fintek sahəsində fəaliyyət göstərən qurumları birləşdirən beynəlxalq təşkilatdır. Şəbəkə maliyyə texnologiyaları sahəsində innovasiyaların təşviqi və inkişafı istiqamətində fəaliyyət göstərir.

Read More

2024-cü ildə sabitkoinlərlə həyata keçirilən əməliyyatların həcmi 27,6 trilyon ABŞ dolları təşkil edərək, Visa və Mastercard sistemlərinin ümumi əməliyyat həcmini 7,7% üstələyib. GDP xəbər verir ki, indi bunlar yalnız pərakəndə investorlar tərəfindən deyil, həm də bir çox şirkətlər tərəfindən istifadə olunur. Sabitkoinlərlə gündəlik ticarət həcmi 2024-cü ildə 237% artıb. Orta hesabla USDT-nin sabitkoinlərlə ticarət həcminin 79,7%-i təşkil edib. 2024-cü ildə sabitkoinlərin təklifi 59% artıb və dollar təklifinin 1%-nə çatıb.

Read More

Beynəlxalq reytinq agentliyi S&P Global Ratings, Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb. Agentlik, sektorun riskini “sabit”dən “müsbət”ə dəyişib. Bu dəyişiklik, S&P analitiklərinin fikrincə, ölkədə maliyyə institutlarına nəzarət və tənzimləmə sahəsində həyata keçirilən son təşəbbüslərin nəticəsidir. Son iki ildə tətbiq edilən “Maliyyə Sektorunun İnkişafı Strategiyası” çərçivəsində atılan addımlar, bank sektorunun inkişafını dəstəkləyən əhəmiyyətli təşəbbüsləri əhatə edir. Bu təşəbbüslərin effektiv şəkildə həyata keçirilməsi halında, Azərbaycanda banklara nəzarət və tənzimləmə prosesinin daha da gücləndirilməsi gözlənilir. 2025-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanın bank sektorunun aktivləri 53 milyard manatdan çox olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8% artıb. Mərkəzi Bankın…

Read More

2025-ci ilin 31 yanvar tarixinə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 10 milyard 988,5 milyon ABŞ dolları təşkil edib. GDP xəbər verir ki, 2024-cü ilin 29 dekabr tarixində isə bu rəqəm 10 milyard 959,5 milyon ABŞ dolları idi. Beləliklə, yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları 29 milyon ABŞ dolları artıb.

Read More

Mərkəzi Bankın sədri Taleh Kazımov, sığorta sektorunun rəhbər şəxsləri ilə görüş keçirib. GDP xəbər verir ki, görüşdə, 2024-cü ilin sığorta sektoru üzrə nəticələri və cari il üçün strateji prioritetlər müzakirə olunub. Həmçinin, yaxın və ortamüddətli hədəflər, maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində həyata keçiriləcək tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb

Read More

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2024-cü ilin “İxrac İcmalı”nı təqdim edib GDP xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2024-cü ilin yanvar-dekabr ayları üzrə hazırlanmış “İxrac icmalı”nı təqdim edib. İcmala əsasən, qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda təmsil olunan şirkətlər aşağıdakılardır: Bundan başqa, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə aşağıdakı şirkətlər daxildir: İcmal göstərir ki, 2024-cü ilin sonunda qeyri-dövlət və dövlət sektoru ixracatçıları arasında müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər öz mövqelərini gücləndirib, ölkənin ixrac potensialının artmasına töhfə veriblər.

Read More

Fransada Tesla-nın səhmləri yanvar ayında ciddi azalmağa məruz qalıb. ABŞ istehsalı olan 1,14 min elektrikli avtomobilin satılması ilə şirkət keçən ilin eyni ayında satılan 3,12 min elektrikli avtomobildən çox geridə qalıb. GDP xəbər verir ki, bu məlumat yerli sənaye assosiasiyası La Plateforme Automobile tərəfindən yayımlanıb. Tesla-nın satışlarında yaşanan 63%-lik azalma, ümumilikdə bütün növ sərnişin avtomobillərinin satışının -6,2%, və ümumilikdə elektrikli avtomobillərin satışının isə -0,5% azalması ilə müqayisədə daha sərt bir eniş göstərir. Bu, Tesla üçün çətin bir dövrün başladığını göstərir və şirkətin Fransadakı bazar payının nə dərəcədə azalacağı barədə suallar yaradır. Ekspertlər bu azalmaların səbəblərini, bazarda artan rəqabət və istehsalın…

Read More