- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
Author: Aynure Gdp
Bank olmayan kredit təşkilatlarının mənfəəti 190%-dən çox artıb GDP xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında məlumat verilib Bildilib ki, 2024-ci ilin ikinci yarısı Bank olmayan kredit təşkilatları(BOKT) 76.6 mln. manat mənfəətlilik əldə etmişdir ki, bu da 2023-ci ilin müvafiq dövrünün mənfəətindən təqribən 191% çoxdur.
Bank sektorunun öhdəliklərin 48%-ni hüquqi şəxslərin depozitləri, 31%-ni fiziki şəxslərin depozitləri, 20%-ni digər öhdəliklər təşkil edir. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, sektorun maliyyələşməsində fiziki şəxslərin depozitlərinin payı artsa da, öhdəliklər əsasən hüquqi şəxslərin depozitləri hesabına formalaşmaqdadır. Belə ki, öhdəliklərin 48%-ni hüquqi şəxslərin depozitləri, 31%-ni fiziki şəxslərin depozitləri, 20%-ni digər öhdəliklər təşkil edir. Bank sektorunun aktivləriiqtisadiyyatın şəffaflaşması, iqtisadi artımın davam etməsi, banklararası bazarındərinləşməsi və əhalinin bank sektoruna inamının əsas göstəricilərindən olan fizikişəxslərin depozitlərinin artması fonunda genişlənmişdir.
2024-cü ilin ilk yarısında Azərbaycan bank sektorunun aktivləri 48%-ni xalis kredit portfeli təşkil edib.Azərbaycan bank sektorunun aktivləri 2024-cü ilin ilk yarısında 2,4% (1,15 milyard manat) artaraq 50,3 milyard manat təşkil edib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Maliyyə sabitliyi hesabatı”nda məlumat verilib. Aktivlərin 48%-ni xalis kredit portfeli, 27%-ni likvid aktivlər, 25%-ni isə digər aktivlər təşkil edir. Bank sektorunun aktivlərinin genişlənməsinə əsas səbəb əhalinin bank sisteminə olan inamı fonunda fiziki şəxslərin depozitlərinin artması olub. Hesabata əsasən, öhdəliklər də 2,3% (971 milyon manat) artaraq 44 milyard manata çatıb. Bank sektorunun inkişafı Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli bir göstəricidir.
Kapital Bank Paşa Holdinq ilə birlikdə ölkəmizdə keçirilən COP29-da iştirak etməkdən qürur duyur. GDP xəbər verir ki, bunu Kapital bankın İdarə heyətinin sədri Fərid Hüseynov rəsmi sosila şəbəkə hesabında yazıb. O bildirib:”Bu tədbir ölkəmiz üçün mühüm addımdır, qlobal liderləri davamlı təşəbbüsləri müzakirə etməyə və irəli sürməyə cəlb edir. Birgə işləməklə biz Azərbaycan və bütün dünya üçün daha güclü və davamlı gələcəyə töhfə verə bilərik,”-deyə Fərid Hüseynov vurğulayıb.
Bakı Fond Birjasının (BFB) rebrendinqi sadəcə loqo və ya rəng dəyişikliyi deyil, ölkənin iqtisadi siyasətində baş verən dərin transformasiyaların göstəricisidir. GDP xəbər verir ki, BFB Müşahidə Şurasının sədri Fərid Axundovun sözlərinə görə, rebrendinq prosesi Bakı Fond Birjasının yenilənmiş dəyərləri və yeni baxışları ilə paralel şəkildə həyata keçirilir. Axundov rebrendinq barədə fikirlərini bölüşərkən bildirib. “Hal-hazırda Azərbaycanda dövrün tələb etdiyi mühüm transformasiya layihələri həyata keçirilməkdədir. Bakı Fond Birjasının da bu transformasiya prosesinə qoşulması təsadüfi deyil. Rebrendinq bizim üçün yalnız vizual dəyişiklik yox, yenilənmiş dəyər və baxışlarımızın, həmçinin ölkəmizin iqtisadi siyasətinin transformasiyasının simvoludur,” – deyə o qeyd edib. Rebrendinq çərçivəsində Bakı Fond Birjasının…
Aşağı karbon emissiyası ilə bağlı strategiyalar aktiv addımlar tələb edir GDP xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva aşağı karbon emissiyası ilə bağlı strategiyaların effektiv icrası üçün aktiv addımların, cəlb olunmanın və sahiblənmənin vacibliyini vurğulayıb. Musayeva bu barədə Bakıda Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda danışıb. Musayeva qeyd edib ki, karbon qiymətləndirilməsi dövlətlər, sahibkarlar və qeyri-hökumət təşkilatları üçün təkanverici rol oynaya bilər. O bildirib ki, bu proses yalnız ekoloji deyil, həm də iqtisadi baxımdan əhəmiyyətlidir və yaşıl iş yerlərinin yaradılmasına böyük töhfə verə bilər. “Ekoloji və iqtisadi ənənələrin aktivləşdirilməsi…
“İndi gələn ilin büdcəsinin müzakirəsi gedir, yaxın vaxtlarda mənə təqdim ediləcək. Təbii olaraq, büdcə bizim imkanlarımızı əks etdirir. Biz, necə deyərlər, ayaqlarımızı yorğanımıza görə uzadırıq və uzatmalıyıq. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə artıq uğurla yerinə yetirilir”. GDP xəbər verir ki, bunu Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı deyib. Prezident “Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır” deyərək çıxışına belə davam edib: “Bu, cəmi 7,5 beş faizdir və bu, bizə imkan verir ki,…
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinə(AKİA) İdarə Heyətinin Sədri vəzifəsinə təyinat olub.GDP xəbər verir ki, Yalçın Camalov İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.Məlumata görə, Yalçın Camalov özəl və dövlət sektorunda 15 ildən artıq təcrübəyə malik peşəkar rəhbərdir. Ali təhsilini Türkiyədə Qazi Universitetinin iqtisadiyyat və idarəetmə ixtisası üzrə almış, ABŞ-ın Yale Universitetinin İdarəçilik Məktəbinin “Sürətləndirilmiş Menecment” və MIT-nin Data, İqtisadiyyat və Proqramlarının Dizayn olunması “MicroMasters®” proqramının məzunudur. Layihələrin İdarəolunması İnstitunun Layihə idarəçiliyi üzrə peşəkar (PMP) ® beynəlxalq sertifikatın sahibidir. Yalçın Camalov İqtisadiyyat Nazirliyinin Əmlak komitəsində aparıcı mütəxəssis, Vest Consulting MMC-də Baş Menecer, Detal Aluminium MMC-də İcraçı Direktor vəzifələrində…
Biz mövcud vergi qanunvericiliyini ekoloji vergitutma tələblərinə və bu istiqamətdə olan vergi yükünə uyğunlaşdırmağa hazırıq. GDP xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Xidmətin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda deyib. DVX-nın rəsi müavini qeyd edib ki, bu iki günlük forum nəticəsində biz belə bir qənaətə gəldik ki, bizim karbon qiymətqoyma ilə bağlı müəyyən qaydalarımız var amma onlar hələ aktiv şəkildə tətbiq olunmur. Samirə Musayevanın sözlərinə görə, həmin qaydaları dəyişməyə ehtiyac var.”Biz mövcud vergi qanunvericiliyini ekoloji vergitutma tələblərinə və bu istiqamətdə olan vergi yükünə uyğunlaşdırmağa hazırıq”-,deyə rəis müavini vurğulayıb.
