Author: Aynure Gdp

“Troni İnvestisiya Şirkəti” QSC-yə yeni direktor müavini təyin edilib. GDP xəbər verir ki, bu vəzifəyə Elmidar Şirinzadə təyinat alıb. Qeyd edək ki, Elmidar Şirinzadə bu təyinata qədər “Unicapital İnvestisiya Şirkəti”ASC-nin “Anderraytinq” şöbəsinin rəhbəri işləyib. O Azərbaycan Dövlət İqtisadiyyat unvesitetini bitirib daha sonra əmək fəaliyyətinə 2017-ci ildə “AzFinance İnvestisiya Şirkəti” QSC-də başlayıb.

Read More

Mərkəzi Bankda “Azərbaycanda sanksiyalara riayət edilməsinin və maliyyə sektoru təcrübələrinin gücləndirilməsi” mövzusunda məlumat sessiyası təşkil olunub. GDP xəbər verir ki, ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu ilə ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən keçirilən tədbirdə sanksiyalara məruz qalmış xarici qurumlar və maliyyə institutları ilə tərəfdaşlıq əlaqələrinə dair risklər işıqlandırılıb. Məlumata görə, təlimdə ixrac nəzarəti və sanksiyalar sahəsində zəngin təcrübəyə malik beynəlxalq spikerlər tərəfindən praktiki məlumatlar paylaşılıb və interaktiv müzakirələr aparılıb.Qeyd edək ki, sessiyanın əsas məqsədi sanksiyalara riayət olunması, eləcə də sanksiyaların aradan qaldırılması üzrə fəaliyyətə və mövcud çağırışlara dair məlumatlılığın artırılmasıdır.

Read More

PAŞA Kapital-dan növbəti mühüm anderraytinq layihəsi “GDP xəbər verir ki, bunu “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Direktoru Ceyhun Hacıyev deyib. O bildirib ki, ölkənin aparıcı bankı Kapital Bank-ın 50 milyon dollar dəyərində istiqrazlarının 30 milyon dollar həcmində 1-ci tranşı üzrə abunə yazılışına uğurla start verdik. Ceyhun Hacıyev sözügedən istiqrazların xüsusiyyətlərini də açıqlayıb:- Nominal dəyər: 100 ABŞ dolları- Gəlirlilik faizi: İllik 7%- Ödəniş müddəti: Aylıq- Tədavül müddəti: 7 il- Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş, subordinasiya istiqrazlarıPAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Direktoru əlavə edib ki, potensial və aktiv investorlarımızı dollarda yüksək gəlir imkanı qazandıran bu investisiya fürsətindən faydalanmağa çağırıram. “Abunə yazılışına bizim onlayn platformamız vasitəsilə buradan müraciət…

Read More

Mərkəzi Bankda Beynəlxalq Maliyyə Korporasiyanın (BMK) Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin rəhbəri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında məlumat verib. O bildirib: “Görüş çərçivəsində ölkəmizdə yaşıl iqtisadiyyata keçid üzrə müəyyənləşdirilmiş strateji prioritetləri, zəruri infrastrukturun formalaşdırılmasına yönəlmiş təşəbbüsləri və Mərkəzi Bankın dayanıqlı maliyyə üzrə gündəliyindəki mühüm məsələləri müzakirə etdik”Taleh kazımov əlavə edib ki, həmçinin görüşdə qurumlar arasında ikitərəfli maraq doğuran məsələləri və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq.

Read More

Azərbaycanda bu gün kapital bazarlarının qarşısında duran əsas məsələ fərdlərin də bazara çıxış əldə etməsidir. GDP xəbər verir ki, bunu Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) İcraçı direktoru Murad Yəhyayev deyib. O bildirib ki, araşdırmalar və sorğular nəticəsində müəyyən olunub ki, Azərbaycanda daha çox bazara inamın artırılmasına ehtiyac var. “Belə ki, bu gün internet resurslarında müxtəlif insanlar ,qurumlar məbləğin 50 yaxud 10%-inə qədər aylıq gəlir vəd edən elanlar yayımlayır. Bilin ki, bu vədlər heç biri real deyil və həqiqəti əks etdirmir. Elə bir biznes yoxdur ki, sizə illik 100% yaxud aylıq 15-20% qazanc gətirsin.” Murad Yahyayevin sözlərinə görə, təəssüf ki, hazırda mövcud olan…

Read More

Türkiyə banklarında Rusiyaya tranzit malların daşınması ilə məşğul olan şirkətlərin “sıxılması” halları daha tez-tez baş verir. GDP xəbər verir ki, Rusiyanın Ankaradakı səfiri Erxov deyib. Onun sözlərinə görə, Türkiyə banklarında Rusiyaya tranzit malların daşınması ilə məşğul olan şirkətlərin “sıxılması” halları daha tez-tez baş verib. Banklar bu cür müştəriləri aktiv şəkildə müəyyən edir və onların köçürmələrini bloklayır və ya hesablarını tamamilə bağlayır.

Read More

Unilever holdinqi Rusiyadakı biznesini satmağa razılaşıb. GDP -nin məlumatına görə, müqavilə 35-40 milyard rubl dəyərində qiymətləndirilir. Eyni zamanda, 2023-cü ilin sonunda konsernin Rusiya biznesinin dəyəri 59 milyard rubl təşkil edib. Qeyd edək ki, Unilever Axe, Dove, Rexona, Lipton, Domestos və başqa brendlərin sahibidir. Şirkət 1991-ci ildən Rusiyada fəaliyyət göstərir

Read More