Author: Aynure Gdp

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) 2022-ci ildən etibarən tənzimləyici nəzarəti gücləndirib. AMB-nin bu istiqamətdə təşəbbüsləri, xüsusilə də istehlak kreditləşməsi seqmentində effektiv makroprudensial tədbirlərin həyata keçirilməsi və tənzimlənin gücləndirilməsi bankların risk profilinə müsbət təsir göstərib. GDP xəbər verir ki, “Fitch” Beynəlxalq Reytinq Agentliyi hesab edir ki, AMB artıq problemli aktivlər üzrə aşağı ehtiyatlanma və əlaqəli tərəflərin risklərinin tanınmaması ilə bağlı məsələlərə daha sərt mövqe nümayiş etdirir. Beləliklə də, agentlik yerli bankların “bb” əməliyyat mühiti balına mənfi düzəliş kimi nəzərdə tutulan “tənzimləyici və hüquqi çərçivəni” ləğv edib.Agentliyin hesabatında qeyd olunub ki, AMB 2022-ci ilin sentyabr ayında izafi likvidliyi idarə etmək və yenidən…

Read More

Azərbaycanın ilk özəl enerji şirkətləri qrupu, GL Group Türkiyədə təbii qaz hasilatı bazarına daxil olmaqla ilk beynəlxalq strateji addımını atıb. Bununla da, GL Group orta miqyaslı regional enerji şirkəti olmaq istiqamətindəki strategiyasını həyata keçirərək beynəlxalq enerji oyunçusuna çevrilir. GDP xəbər verir ki, GL Group, Türkiyənin şimal-qərbində Trakya hövzəsində (Thrace Basin) yerləşən F17-b4 bloku üçün lisenziyanın 100%-lik sahibi və operatoru olan Kanadanın Gazelle Energy Limited şirkətinin səhmlərinin 25%-ni satın alıb. Bu blok, 145 km² sahəni əhatə edən sıx qazın qiymətləndirilməsi və işlənməsi layihəsidir və kəşf edilmiş 65 milyard kub fut (2P) qaz ehtiyatları ilə yanaşı əhəmiyyətli artım potensialına malikdir. GL Group…

Read More

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov, Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə Yol Xəritəsinin hazırlandığını açıqlayıb. GDP xəbər verir ki, bu sənəd, ölkənin maliyyə sektorunun dayanıqlı inkişafda iştirakını artırmağı hədəfləyir. Kazımovun sözlərinə görə, Yol Xəritəsinin əsas təşəbbüslərindən biri Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasıdır. Bu taksonomiyanın məqsədi, iqlim dəyişikliyinin təsirini azaltmaq, ekosistemlərin bərpasını və qorunmasını təmin etməkdir. “Biz bu prosesdə dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar və beynəlxalq təşkilatlarla fəal məsləhətləşmələr keçirmişik,” – deyə Kazımov vurğulayıb. Dayanıqlı Maliyyə Yol Xəritəsi, maliyyə sektorunun daha ekoloji və sosial məsuliyyətli fəaliyyətlərə yönəldilməsi istiqamətində atılan…

Read More

Yaşıl iqtisadiyyata keçid olmadığı təqdirdə uzun müddətli dayanıqlı iqtisadi inkişafı təmin edə bilmərik. GDP xəbər verir ki, bunu Yaşıl maliyyə və Dayanıqlı İnkişaf Forumunda Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov deyib. Kazımov vurğulayıb ki, yaşıl iqtisadiyyata keçid ölkə iqtisadiyyatının gələcək prioritetlərindən biri olmalıdır. Bu keçid, yalnız ekoloji davamlılıq üçün deyil, həm də iqtisadi inkişafa töhfə vermək üçün zəruridir.O, yaşıl iqtisadiyyata keçidin əsas elementlərindən biri kimi yaşıl maliyyənin yaradılması, inkişafı və genişləndirilməsi məsələsini də önə çəkib. Taleh Kazımovun sözlərinə görə, bu, ekoloji risklərin azaldılmasına və dayanıqlı inkişaf hədəflərinə nail olmağa kömək edəcək.

Read More

Biz, dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar da daxil olmaqla bütün tərəfdaşlarımızla taksonomiya üzrə keçirdiyimiz məsləhətləşmələri yekunlaşdırmışıq. Növbəti mərhələdə taksonomiyanın yekun layihəsinin təsdiq olunması üçün hökumətə təqdim edilməsi nəzərdə tutulur. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib. “Yaşıl istiqrazlar sahəsində qabaqcıl beynəlxalq təcrübəni hərtərəfli nəzərdən keçirərək qlobal səviyyədə tanınmış standart və prinsiplərə uyğunluğu təmin edən hüquqi baza hazırlanıb. Artıq layihə hökumətə təqdim olunub. İqlimlə bağlı risklərin idarə edilməsi üzrə təlimatlar hazırlanıb. Bu təlimatlar vasitəsilə ekoloji, sosial və idarəetmə amillərinin bankların strategiyalarına…

Read More

Bu il ölkədən xaricə satılan təbii qazın 1000 kub-metri 324 dollara (ortalama) ixrac edilib, bu, keçənilki 559 dollarla müqayisədə 42 faiz ucuzdur. GDP Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracdakı digər sıxıntı yaradan keçən illə müqayisədə bu il təbii qazın daha ucuz ixracıdır. Bu il ölkədən xaricə satılan təbii qazın 1000 kub-metri 324 dollara (ortalama) ixrac edilib, bu, keçənilki 559 dollarla müqayisədə 42 faiz ucuzdur. Əlavə olaraq keçən ilin eyni dövründə ölkə xaricə 20.42 mlrd. kub-metr təbii qaz satmışdı, cari ildə bu rəqəm 18.73 mlrd. kub-metrə düşüb. Nəticədə ölkənin təbii qazdan gəliri illik müqayisədə 47 faiz azalaraq 6.08 mlrd.…

Read More

Azərbaycanın xariclə ticarət balansında uzun müddətli fasilədən sonra aylıq böyük defisit yaranıb. GDP Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sentyabr ayında 1 mlrd. 623.15 mln. dollar ixrac olduğu halda, 1 mlrd. 879 mln. dollar həcmində idxal olub.  İdxalın ixracı üstələməsi nəticəsində ticarət balansında 255.86 mln. dollar defisit (mənfi saldo) yaranıb. Uzun müddət idi ki, ölkənin ticarət balansı qalıqla tamamlanırdı. Neft qiymətlərinin yüksəlməsi ilə paralel təbii qaz ixracının artması ixracın güclü artımını təmin etmişdi. İxracın düşməsinə başlıca təsir edən amil neft və qazın həm qiymətlərdəki performansı, həm də ixrac həcminin düşməsindən irəli gəlir. Cari ilin ilk üç rübündə ölkə xaricə…

Read More

İcbari Sığorta Bürosu Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə məlumat ayayıb. GDP xəbər verir ki, məlumatda bildirilir: Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırırıq ki, bu növ üzrə İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının (Büro) iştirakçısı olan sığorta şirkətlərinin siyahısı belədir: “AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC. Məlumat üçün bildiririk ki, sistem 43 Yaşıl Kart Bürosunun təmsil etdiyi 47 üzv ölkədən ibarətdir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində…

Read More

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 612,2 milyon manatının və yaxud 1,6 %-nin səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,7 % çoxdur. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Read More

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 392,6 milyon manatının və yaxud 1 %-nin hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,65 % çoxdur. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Read More