- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Qəhvə istehsalında geniş istifadə edilən robustanın qiyməti son 45 ilin ən yüksək qiymətinə ticarət olunur. GDP xəbər verir ki, aprel ayında robustanın 1 funtu orta hesabla 1,94 dollar təşkil edib ki, bu da mart ayı ilə müqayisədə demək olar ki, 17% bahalşmanın göstəricisidir. Bahalaşmanın səbəbi kimi dünyanın ən böyük robusta istehsalçısı olan Vyetnam keçmiş və cari mövsümlərdə zəif məhsuldarlıqdan sonra “təchizatla bağlı çətinliklərlə üzləşir”.
Yaxın illərdə Azərbaycanda elektromobillərin istehsalı və ixracı üzrə layihələr həyata keçirilə bilər.GDP xəbər verir ki, bunu Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gülay Həsənova deyib.Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda 8 min minik avtomobilinin istehsalı planlaşdırılır ki, bunun da 2 mini yük avtomobilləri və avtobuslardır. İcraçı direktorun sözlərinə görə, yerli istehsal olan avtomobillərin qiymətləri 17 800 manatdan 160 000 manata qədərdir.
Türkiyə Mərkəzi Bankı ikinci aydır ki, uçot dərəcəsini dəyişməyərək 50 fauz bəndi səviyyəsində saxlayıb. GDP xəbər verir ki, ötən ilin iyununda tənzimləyici iki ildən artıq müddətdə ilk dəfə uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırdı, sonra isə mütəmadi o Mart ayında o, onu 45%-dən 50%-ə qaldırıb.
Azərbaycan Repsublikasının Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanununa əsasən, Azərbaycan Repsublikasının Mərkəzi Bankının müvafiq tələblərinə uyğun olaraq ilk Elektron Pul Təşkiları lisenizyasını alan şirkətlərdən biri də “United Payment” MMC oldu. “United Payment” 2020-ci ildən Azərbaycanda təsis edilməyə başlamış və 2021-ci ildən qeydiyyatdan keçərək Ödəniş aqreqatoru fəaliyyətinə və elektron kommersiya fəaliyyətlərinə başlamışdır. Bununla yanaşı, 2022-ci ilin Yanvar ayından etibarən Türkiyədən Azərbaycana beynəlxalq ödənişlərin təchiz edilməsi xidmətini təqdim etməyə başlamış, daha sonra digər ölkələrdən də Azərbaycan istiqamətinə beynəlxalq ödənişlər xidmətini təmin etməyə davam etmişdir. 2 850 000 Manat tam ödənilmiş Nizamnamə Kapitalı ilə, ölkədə ən iri həcmli nizamnamə kapitalına sahib olan…
Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ildə balans kapitalı 1,6 dəfə artaraq 1 milyard 554,215 milyon manata çatıb. GDP “AMB-nin 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatları“na istinadən xəbər verir ki,ötən il Mərkəzi Bakın nizamnamə kapitalı isə 500 milyon manat rəqəmində dəyişməz olaraq qalıb. Beləliklə, AMB 2023-cü ili 349,113 milyon manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2022-ci ili zərərlə başa vurmuşdu.
Azərbaycan Mərkəzi Bankının (AMB) aktivlərində borc qiymətli kağıları 2022-ci ilə nisbətən 22,8 % artarak 27 milyard 46,827 milyon manat təşkil edib. GDP “AMB-nin 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatları”na istinadən xəbər verir ki, 2023-cü ildə Meqatənzimləyicinin möcvud aktivlərində pul vəsaitlərinin və onların ekvivalentləri bir əvvəlki ilə nisbətən 14,5% azalaraq 5 milyard 629,471 milyon manat olub. Bu dövrdə Beynəlxalq Valyuta Fondu (BVF) ilə hesablaşmalar cüzi artaraq 1 milyard 208,132 milyon manata, banklara verilmiş kreditlərin balans dəyəri isə 74,8 % azalaraq 72,951 milyon manata çatıb.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Gürcüstanın “Georgian Beer Company Ltd” şirkətinin təsisçisi arasında Qəbələ rayonunda lisenziyalı premium pivə markalarının, yerli brend pivəsinin və sərinləşdirici içkilərin istehsalı üzrə yeni zavodunun qurulmasına dair Birgə İştirak Müqaviləsi imzalanıb GDP xəbər verir ki,İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcustanın “Georgian Beer Company LLC” şirkətinin nümayəndələri Sezar Çöçelli, Şalva Çöçelli və Qoça Darçiaşvili ilə görüşüb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb.. Rəqabətqabiliyyətli məhsul istehsalı ilə ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək zavodda illik 140 milyon litr istehsal gücünün və 300-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Türkiyənin, İstanbul şəhərində “Azərikard” və “SAS” şirkəti arasında strateji əməkdaşlıq haqqında memorandum imzalanıb. GDP xəbər veir ki, bu əməkdaşlıq çərçivəsində Azərikard-ın imkanları SAS-ın qabaqcıl texnologiyaları, qlobal təcrübə və həll imkanları ilə birləşərək müştərilər üçün daha yüksək təhlükəsizlik və etibarlılığına şərait yaradacaq. “Azərikard” “SAS Fraud Management” sistemlərini şirkətin potensialının artırılması üçün tətbiq etməyə başlayır.
Qırğızıstan-Özbəkistan avtomobil zavodunun mayın sonunadək işə salınması planlaşdırılır.GDP xəbər verir ki, zavodda Chevrolet, Daewoo və Isuzu markalı avtomobillər istehsal olunacaq. Yeni fəaliyyətə başlayacaq zavod Qırğızıstanın Çuy vilayətində yerləşir.
Nvidia-nın gəliri proqnozları üstələyib GDP xəbər verir ki, Nividi-nın 22,6 milyard dollarlıq gəliri 21,1 milyard dollarlıq gözləntiləri üstələyib. Nvidia-nın son 8 rüb ərzində kateqoriyalar üzrə gəlirlərinin dinamikası.
