- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Özbəkistan mart ayında 11 ton qızıl satmaqla dünyada ən çox qızıl satan ölkə olub. GDP xəbər verir ki, dünyanın digər mərkəzi bankları daha çox qızıl almağa çalışırlar, lakin Özbəkistan əvvəllər yığdığı qızıl ehtiyatını etimal edilən iqtisadi böhralara qarşı mübarizəyə sərf etmək üçün satır. Qızıl uzun müddətdir Özbəkistan iqtisadiyyatının lövbəri olub. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dövründə qızılda olan beynəlxalq ehtiyatların payı əhəmiyyətli dərəcədə artıb. 2016-cı ildə hakimiyyətə gələn Mirziyoev mərhum sələfi İslam Kərimovdan sonra özbəkistanın beynəlxalq ehtiyatlarda qızılın payı 50 %-dən indi təxminən üçdə ikiyə çatıb.
Bu gün WTI markalı neftin fyuçersləri əvvəlki sessiyada ucuzlaşdıqdan sonra bir barel üçün 79 dollara yaxın olub, çünki investorlar İran prezidentinin helikopter qəzasında ölməsindən sonra Yaxın Şərqdə baş verən hadisələri və Səudiyyə Ərəbistanı kralının səhhəti ilə bağlı yaranan narahatlıqları izləməyə davam ediblər. GDP xəbər verir ki, bazarlar regiondan neft tədarükü ilə bağlı böyük narahatlıq siqnalları müşahidə etmir. İnvestorlar həmçinin ehtiyatla OPEC-in iyunun 1-də hasilatın azaldılması qərarırının dəyişdirilməsi potensialının olduğu iclasını gözləyirdilər. Ukraynanın Rusiya neftayırma zavodlarına hücumları və Qırmızı dənizdə Çinə gedən neft tankerinə husilərin raket zərbəsi endirməsi kimi son hadisələr qlobal neft tədarükü üçün risklər yaratmağa davam edir.
Rusiyada konteyner daşımalarının həcmi 2024-cü ilin birinci rübündə illik 11,4% artıb GDP xəbər verir ki, 2024-cü ilin ilk 4 ayı ərzində Rusiyada konteyner daşımalarının həcmi illik müqayisədə 11,4% artaraq 2,176 milyon TEU-ya çatıb. Qeyd edək ki, yanvar-aprel ayları ərzində tranzit konteyner daşımalarında 20% artım olub, ümumilikdə 198 000 TEU təşkil edib.
G7 liderləri Rusiya aktivlərindən istifadə edərək Ukraynaya 30 milyard avro kredit ayrılmasını müzakirə edəcəklər Bu həftə maliyyə nazirləri 270 milyard avroluq dondurulmuş Rusiya aktivlərinin kredit üçün girov kimi istifadəsinin hüquqi mexanizmlərini hazırlamağa çalışacaq.Avropa Mərkəzi Bankının sədri Christine Lagarde keçən həftə bu aktivlərin açıq şəkildə müsadirə edilməsinə hüquqi və iqtisadi etirazlarını bildirib: “Bu, qorunmalı olan beynəlxalq hüquqi nizamı pozar”O, belə bir addımın maliyyə sisteminin sabitliyini təhdid edəcəyini, dövlət toxunulmazlığı prinsipini sarsıdacağını və Çin və ya Körfəz ölkələri kimi böyük profisiti olan ölkələri Qərbin ehtiyat valyutalarından istifadə etməkdən çəkindirəcəyi ilə bağlı xəbərdarlıq edib. Böyük Britaniyanın güclü dəstəyi ilə ABŞ bu məsələni irəli…
“İmarət” yaşayış kompleksi Ağdamda Qarabağı Dirçəliş Fondunun maliyyə dəstəyi ilə tikiləcək.GDP xəbər verir ki, bunu ” Qarabağ Dirçəliş Fondu”nun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib. O bildirib: “”Qarabağın rəngləri” layihəsi çərçivəsində 22 əsərin satışı nəticəsində Qarabağın Dirçəliş Fonduna 85 min manata yaxın ianə daxil olub. Bu vəsait Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağı Dirçəliş Fondunun maliyyə dəstəyi ilə Ağdam rayonunda inşa olunacaq “İmarət” yaşayış kompleksinin tikintisinə sərf olunacaq”
Mərkəzi Bank tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb. GDP xəbər verir ki, 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub. Bu metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel dövriyyədə olacaq.
“Mərkəzi Bank ehtiyatlarını artırmaq üçün dollar almasaydı, lirə bahalaşacaqdı” GDP xəbər verir ki, bunu “TRT televiziyası”na müsahibəsində Türkiyə Cümhuriyyətinin Maliyyə Naziri Mehmet Şimşək deyib. Nazir bildirib: “Lirə aktivlərinə artan xarici tələbin fonunda kəskin valyuta gəlirləri risklər gətirəcək” Şimşək, Mərkəzi Bankın həyata keçirdiyi müəyyən tədbirlər olmasaydı,1 ABŞ dollarının 30 lirədən ucuz məbləğdə möhkəmlənə biləcəyini deyib.Maliyyə naziri qeyd edib: ” Mərkəzi Bank aprelin ilk iki həftəsində svoplar istisna olmaqla xalis ehtiyat mövqeyini təxminən 49 milyard dollar yaxşılaşdırıb və ölkəyə potensial xarici şoklara qarşı mühüm bufer yaradıb” Qeyd edək ki, İstanbulda saat 16:25-ə olan məlumata görə, lirə cuzi bahalaşaraq, bir ABŞ dolları üçün…
Mərkəzi Bankın baş direktoru Fərid Osmanov may ayının 17-də Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb. GDP xəbər verir ki, Fərid Osmanov fintex ekosisteminin inkişaf tendensiyalarından bəhs edərkən ödəniş xidmətlərinə əlçatanlığın artırılmasında, eləcə də rəqəmsal ödəniş həllərinin tətbiqinin genişləndirilməsində yeni bazar oyunçularının rolunun möhkəmləndirilməsi barədə əsas məqamlara toxunub. Görüşdə həmçinin Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi və onun imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Avro, FED-in bu il faiz dərəcələrini azaldacağı gözləntilərinin artması və dolların zəifliyi fonunda may ayının sonuna doğru 1,08 dollar ətrafında hərəkət edərək mart ayında müşahidə edilən ən yüksək səviyyəyə yaxınlaşıb. GDP xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) iyun ayından etibarən borclanma xərclərini azaldacaq, lakin bundan başqa demək olar ki bütün faktorlarda qeyri-müəyyənliklər var, bir çox brokerlər ehtiyatlı yanaşmanı tövsiyyə edir. Avropada inflyasiya səviyyəsi hazırda 2,4% təşkil edir ki, bu da AMB-nin 2% hədəfinə çox yaxındır və bir il əvvəl müşahidə edilən 7%-lik göstəricidən xeyli aşağıdır. Həmçinin, Avrozona üçün yeni Ümumi Daxili Məhsul proqnozları iqtisadiyyatın birinci rübdə tənəzzüldən çıxdığını bir…
2024-cü ilin aprel ayı ərzində Azərbaycan Mərkəzi Bankına müştəriləri tərəfindən ən çox şikayət daxil olan bank 5,70 indeks ilə “Bank VTB (Azərbaycan) ASC” olub. GDP xəbər verir ki ,Mərkəzi Bankın (AMB) yayımladığı ən çox şikayət olunan bankların siyahısında ikinci 4.94 indeks ilə “Bank of Baku”, üçüncü isə 4.79 indekslə “Yapı Kredi Bank Azərbaycan” QSC-dir. Digər banklar üzrə göstəricilər isə aşağıdakı kimi sıralanıb:
