- ABB-nin rəhbəri Abbas İbrahimov: “Rusiyadakı törəmə bankımız ötən il 50 milyon dollar qazanıb”
- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
Author: Aynure Gdp
Hər kəs bəh-bəhlə bir müddət öncə qüvvəyə minmiş nizamnamə kapitalının ödənilməməsi yaxud ödənildikdən sonra məlumatın verilməməsi barədə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklikdən danışsın, mən isə əlavə edilmiş yeni normayla bağlı bir neçə problemə toxunum : 1- ci məsələ : Yeni norma nizamnamə kapitalının tamamilə ödənilməməsini, həmçinin yalnız tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumat verməməyi inzibati xəta olaraq qəbul edir və məsuliyyət tədbiri müəyyən edir. Bu o deməkdir ki, hüquqi şəxsin şərti olaraq 1000 azn nizamnamə kapitalı müəyyən edilmişdirsə, şirkət 1 manat nizamnamə kapitalını kassa mədaxil orderi ilə kassaya mədaxil edib elə əvvəlki kimi öz fəaliyyətini davam etdirə bilər. Cərimə tətbiq…
Azərbaycan iqtisadiyyatının 2025-2028-ci illər üzrə ortamüddətli xərclər çərçivəsi və büdcə siyasətinə dair əsas istiqamətlər təqdim olunub. GDP əsas məqamları iqtisadi rəqəmlərlə birlikdə daha qısa formada təhlil edib. Qlobal iqtisadi mühit: 2024-cü ilin birinci yarısında dünyada iqtisadi sabitlik və inflyasiya azalmağa başlayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) 2024-cü il üçün proqnozuna görə, qlobal ÜDM artımı 3.2%, Dünya Bankının proqnozu isə 2.6% təşkil edir. 2025-ci il üçün isə BVF artımın 3.3%, Dünya Bankı isə 2.7% səviyyəsində olacağını gözləyir. İnflyasiya: 2024-cü ildə qlobal inflyasiya 5.9%, 2025-ci ildə isə 4.4%-ə enəcək. İnkişaf etmiş ölkələrdə bu rəqəm 2025-ci ildə 2.1%, inkişaf etməkdə olan ölkələrdə isə 6.0% olaraq proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatı: 2024-cü ilin ilk yarısında Azərbaycan…
ABŞ S&P 500, kommunal xidmətlər və daşınmaz əmlak sektorunun səhmləri tərəfindən dəstəklənərək yeni zirvəyə çatdı. Eyni zamanda, enerji səhmləri İsrailin İranın neft və qaz infrastrukturlarına hücumları ilə bağlı narahatlıqların azalması səbəbindən neft qiymətlərinin düşməsi ilə zəiflədi.Russell 2000 və S&P MidCap 400 yukseldi. Nasdaq, cümə günü Taiwan Semiconductor-un güclü nəticələri ilə süni intellektlə bağlı səhmlərin canlanması fonunda yüksəldi. Netflix kimi müsbət gəlir hesabatları, abunəçi artımı və əməliyyat marjlarının genişlənməsi də indeksi dəstəklədi.Istigrazlar uzre faizler, evlərinin inşası və tikinti icazələrinin azalması ilə yenidən düşdü. ABŞ-ın pərakəndə satışları sentyabrda 0.4% artdı, sənaye istehsalı isə 0.3% azaldı. Bunun əsas səbəbləri arasında Boeing-in istehsalın dayandırılması…
Bakıda Mərkəzi Bank, Azərbaycan Fintex Assosiasiyası və “AndersenLab” şirkətinin təşkilatçılığı ilə “FinEdge: Açıq bankçılıq və açıq maliyyə” mövzusunda tədbir keçirilib. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzi Bankın baş direktoru Vüsal Xəlilov bildirib ki, Açıq bankçılıq konsepsiyası ölkənin maliyyə sektorunun rəqəmsal transformasiya strategiyasının əhəmiyyətli tərkib hissəsidir. O, bu yanaşmanın daha inklüziv, şəffaf və səmərəli maliyyə ekosisteminin formalaşmasında mühüm rol oynayacağını vurğulayıb. “AndersenLab” şirkətinin təmsilçisi Dmitri Gibert və Gürcüstan Mərkəzi Bankının nümayəndəsi Vasil Şengeliya tədbir iştirakçılarına Açıq bankçılığın inkişaf istiqamətləri barədə ətraflı məlumat veriblər. Tədbir çərçivəsində həmçinin Açıq bankçılığın tarixi inkişaf yolu və müxtəlif ölkələrdə bu sahəni…
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2024-cü ilin yanvar-sentyabr aylarında 10% artaraq 61,7 milyard ABŞ dolları təşkil edib. Bu barədə GDP.az bu barədə Fonda istinadən xəbər verir. Cari ilin əvvəlində ARDNF-nin aktivləri 56 milyard 69,7 milyon ABŞ dolları idi. 2024-cü ilin ilk doqquz ayında ARDNF-nin büdcə gəlirləri 15 milyard 4 milyon manat, xərcləri isə 9 milyard 634,5 milyon manat olub. Həmin dövr ərzində fondun neft və qaz sazişlərindən əldə etdiyi gəlirlər 9 milyard 424,1 milyon manat təşkil edib. Mənfəət neftinin və qazın satışından gəlir 8 milyard 641,8 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat,…
Avro 1,086 dollara qədər yüksəlsə də, Avropa Mərkəzi Bankının (AMB) daha çox faiz endirimi edəcəyi gözləntiləri artdığından ardıcıl üçüncü həftəlik eniş ilə üzləşir. AMB bu il üçüncü dəfə faiz dərəcələrini aşağı salıb və bunu inflyasiyanı daha yaxşı nəzarət altına aldığını, lakin avrozonada iqtisadi perspektivlərin pisləşdiyini əsas gətirərək açıqlayıb.AMB-nin prezidenti Christine Lagarde-nin açıqlamaları bazar iştirakçıları tərəfindən iqtisadi görünüşün aşağı salınması kimi qiymətləndirilib, nəticədə 2025-ci ilin ortalarına qədər hər iclasda 25 baza bəndi endirimi gözlənilir. Dekabr ayında 25 baza bəndi faiz azalması tam gözlənilir və 50 baza bəndi daha böyük bir addımın atılma ehtimalı 25% kimi dəyərləndirilir. Bunun əksinə olaraq, ABŞ-ın güclü…
Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında bildirilib. İclasda “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul olunub. İclasda “Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı”, Azərbaycan Respublikasının Kosmik Agentliyi” publik hüquqi…
“Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC barəsində icrası məcburi göstəriş verilib. GDP bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri”nin sığorta qanunvericiliyinə və lisenziya tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması nəticəsində müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” Qanunun 102. 2. 9-cu maddəsinə əsasən onun barəsində icrası məcburi göstəriş verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” meqa-layihəsi artıq son mərhələsinə çatır. “Aztelekom” MMC-dən bildirilib ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində görülən işlərə rəhbərlik Tural Pirverdiyevə həvalə edilmişdi. Tural Pirverdiyev ona həvalə edilmiş öhdəlikləri başa çatdırdığına görə, “Aztelekom”un rəqəmsal transformasiyanın növbəti mərhələsinə rəhbərlik Həsən Ömərova tapşırılacaq.
Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. GDP -nin məlumatına görə,Əmanətlərin Sığortalanması Fondu bildirir ki, LPO “Muğanbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş 01 noyabr 2023-cü il tarixdə KİV-lərdə dərc edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun tələblərinə əsasən LPO “Muğanbank” ASC-nin qorunan əmanətçiləri üçün bu müddət 01 noyabr…
