- ABŞ-ın WTI nefti 117 ABŞ dollarlıq zirvədən 95 ABŞ dollarına düşüb. Bu gün Bakı vaxtı ilə 00:30-da Tramp mətbuat konfransı keçirəcək.
- Neft qiymətlərində kəskin artım: Fyuçerslər 97 dolları keçdi
- Azərbaycanda qadınların iqtisadiyyatda rolu-Məşğulluq, əməkhaqqı fərqi və hüquqi təminat
- Rəsmi medianın məlumatına görə, Saudi Aramco təhlükəsizliyi və davamlı tədarükü təmin etmək üçün bəzi neft daşımalarını Yanbu limanına yönləndirir
- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
Author: Aynure Gdp
Mərkəzi Bankın “Virtual Təhsil Platforması” vasitəsilə bank və maliyyə sahəsi üzrə 50-yə yaxın onlayn kursa qatıla, bilik və bacarıqları artırmaq mümkündür. GDP xəbər verir ki, istənilən zaman qeydiyyatdan keçib təklif olunan kurslar üzrə videomühazirələrə, testlərə və digər tədris materiallarına çıxış əldə etmək mümkündür. Qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirmiş və yekun qiymətləndirmədə uğurlu nəticə əldə etmiş istifadəçilərə Mərkəzi Bank tərəfindən rəqəmsal sertifikatlar təqdim olunur.
Yeni buraxılan 322 milyon səhmin hamısı satılsa ABB-də dövlətin payı 91%-ə düşəcək. GDP xəbər verir ki, bunu “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin Pərakəndə Müştərilərlə İş Departamentinin Direktoru Elçin Məmmədov deyib. O bildirib ki, bankın hazırda 96.5%-i dövlətə məxsusdur. Bütün qərarlarda sözsüz ki, sonuncu sözü dövlət deyir. Yeni buraxılan 322 milyon səhmin hamısı satılsa ABB-də dövlətin payı 91%-ə düşəcək. Elçin Məmmədov əlavə edib ki, yeni buraxılan səhmlər yalnız özəl investorlar üçün nəzərdə tutulub.”Hazırda davam edən ABB səhmlərinə abunə yazılışında fiziki şəxlərlə yanaşı təxminən 20-30 ədəd özəl şirkət də iştirak edib.”
Neft qiymətləri 9 ayın ən aşağı səviyyəsinə çatdığından, OPEC+ gələn ay planlaşdırılan hasilat artımını təxirə salmağı müzakirə edir. GDP xəbər verir ki, qrup keçən həftə oktyabr ayından başlayaraq gündəlik hasilatı 180,000 barel (b/d) artırmağa hazır idi, lakin Liviyada neft obyektlərinin bağlanması və zəif tələb proqnozlarının səbəb olduğu bazar dəyişkənliyi, qrup daxilində narahatlıqları artırıb. Səkkiz OPEC+ üzvü gələn ilin sonuna qədər digər məhdudiyyətləri qoruyaraq, son 2,2 milyon barellik azalmanı ləğv etməyə başlamaq planının bir hissəsi olaraq oktyabr ayında hasilatı 180,000 barel artırmalıdır.
ABB-nin ilin sonuna qədər 350 milyon manat xalis mənfəət əldə etməsi gözlənilir GDP xəbər verir ki, bunu “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin Pərakəndə Müştərilərlə İş Departamentinin Direktoru Elçin Məmmədov deyib. O bildirib ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin ilk 6 ayı ərzində 172 milyon manat xalis mənfəət əldə edib. “Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 56.64% artım deməkdir. ABB-nin ilin sonuna qədər 350 milyon manat xalis mənfəət əldə etməsi gözlənilir. Ötən il əldə olunan 322 milyon manat xalis mənfəətin 185 milyon manatı dividend formasında səhmdarlara ödənilib. Elçin Məmmədovun sözlərinə görə eyni bölgünün gələn il də qorunub saxlanılması…
Səhm başına düşən xalis mənfəəti göstərir 2021-ci ildə ABB-nin hər bir səhminə 3 qəpik xalis mənfəət düşürdü. 2023-cü ildə səhm başına düşən xalis mənfəət 8 qəpiyə qədər yüksəlib. GDP xəbər verir ki, bunu “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin Pərakəndə Müştərilərlə İş Departamentinin Direktoru Elçin Məmmədov deyib O bildirib ki,hazırda ABB bankın hazırda dövriyyədə 4 milyard 530 milyon səhmi var.”4 milyard 530 milyon səhmin 96.5%-i dövlətə məxsusdur 3.5% səhmlər digər səhmdarlara məxsusdur. Həmin səhmdarların arasında həm fiziki həm də hüquqi şəxslər var. Yeni buraxılan səhmlərin sayı isə 322 milyon səhm təşkil edir. Sentyabrın 10-dan sonra biz nəticələri açıqlayacağıq. Əgər 322 milyon səhmin hamısı…
Abunə yazılışı sentyabrın 10-da bitəcək. GDP xəbər verir ki, bunu Azərbaycan Fond Bazarları İştirakçıları Assosiasiyası ilə ARPA arasında keçirilən görüşdə ABB İnvest İnvestisiya Şirkətinin nümayəndəsi Elçin Məmmədov deyib. O bildirib: “Abunə yazılışı bitdikdən sonra 2 iş günü ərzində yerləşdirmənin başlanma və başa çatma tarixi ilə bağlı elan veriləcək və toplanmış sifarişlər yerləşdiriləcək. Qanunvericiliyə görə, yerləşdirmə üçün maksimal müddət 7 iş günüdür” Elçin Məmmədov əlavə edib ki, bir səhmin nominal qiyməti 27 qəpikdir. “Abunə yazılışı dövründə investorlar öz sifarişlərini 27 qəpik və ya daha yuxarı qiymətlə təqdim edə bilər. Sifarişdə qiymət nə qədər yuxarı göstərilsə, sifarişin təmin edilməsi ehtimalı da bir…
Telegram Cənubi Koreya rəsmilərindən üzr istəyib 25 saxta pornoqrafiyanı platformadan silib. GDP xəbər verir ki, telegram cinayət məsələləri ilə bağlı ünsiyyət üçün Seula eksklüziv e-poçt ünvanı təqdim edib. Cənubi Koreya da belə hallarla məşğul olmaq üçün qaynar xətt yaratmaq istəyir.
Amerika fond bazarı zəif statistik məlumatlar fonunda ticarəti kəskin enişlə bağlayıb və bu, ABŞ iqtisadiyyatının perspektivləri ilə bağlı yeni narahatlıq dalğasına səbəb olub. GDP xəbər verir ki, ABŞ-ın istehsal sektorunda (ISM Manufacturing) işgüzar aktivlik indeksi iyulda 46,8 punktdan avqustda 47,2 bəndədək yüksəlib. Bununla belə, göstərici hələ də 50 bəndin altında qalır ki, bu da sektorda aktivliyin azalmasından xəbər verir. Dünən bazarın bağlanışında Dow Jones indeksi 1,51% azalaraq 40 936,93 bənd təşkil edib. İndeksin ən pis göstəriciləri arasında Intel Corp-un səhmləri olub. (-8,8%), Boeing Co. (-7,3%), Caterpillar Inc. (-4,4%), Goldman Sachs Group Inc. (-4,5%) və 3M Co. (-2,9%). S&P 500 indeksi…
