- Azərbaycanda qadınların iqtisadiyyatda rolu-Məşğulluq, əməkhaqqı fərqi və hüquqi təminat
- Rəsmi medianın məlumatına görə, Saudi Aramco təhlükəsizliyi və davamlı tədarükü təmin etmək üçün bəzi neft daşımalarını Yanbu limanına yönləndirir
- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
Author: Aynure Gdp
Brent markalı neftin bir barreli 78,78 dollara yüksəlib GDP xəbər verir ki, Benchmark neft qiymətləri əvvəlki iki seansda azaldıqdan sonra cümə axşamı səhər bir qədər yüksəliş göstərdi. Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 78,78 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,13 dollar və ya 0,17% bahadır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində oktyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,16 dollar və ya 0,21% artaraq 74,68 dollar təşkil edib.
Çin şirkətləri 1 trilyon dollar dəyərində aktiv sata bilər. Bu baş verərsə, yuan təxminən 10% möhkəmlənəcək, GDP xəbər verir ki, bunu Eurizon SLJ Capital-ın rəhbəri Stiven Cen bildirib. Məlumata görə,Cen repatriasiya axınının təsiri haqqında “Uçqunu təsəvvür edin” dedi. Yuan “güclənəcək və 5-10% Çin üçün təvazökar və məqbul bir artım olacaq”.Federal Ehtiyat Sistemi (FED)dərəcələri aşağı salarsa, dollar aktivləri cəlbediciliyini itirəcək və Çinlə məzənnə fərqi aradan qalxacaq.
ABŞ-ın neft ehtiyatları həftə ərzində 846 min barel azalıb GDP xəbər verir ki, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 846 min barrel azalaraq 425,18 milyon barrelə düşüb, ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir. Benzin ehtiyatları 2,2 milyon barrel azalıb. Ticarət distillə ehtiyatları 275 min barel artıb. Mütəxəssislər neft ehtiyatlarının 2,78 milyon barel, benzin ehtiyatlarının 2,15 milyon barrel, distillat ehtiyatlarının isə 815 min barrel azalacağını gözləyirdilər.
BMW ilk dəfə Avropada elektrikli avtomobil satışında Tesla-nı ötüb GDP xəbər verir ki, Almaniyanın Bayerische Motoren Werke AG (BMW) şirkəti iyul ayında ilk dəfə Tesla Inc-i ötüb. Şirkətin Avropada elektrikli avtomobil bazarında liderliyi ələ alması mümkün olub. Jato Dynamics bazar araşdırması firmasının sorğusuna əsasən, regionda tamamilə elektrikli BMW avtomobillərinin satışları keçən ay üçdə birdən çox artaraq 14 869 ədədə çatıb. Tesla avtomobillərinin satışı 16% azalaraq 14 561 ədəd olub.
Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli müvafiq Sərəncamına əsasən, ABB-dən başqa bir sıra dövlət müəssisələrinə də özəl investisiyaların cəlbi nəzərdə tutulur. Bunu İnvestor Klub-un təsisçisi Mansur Məmmədov bildirib. Mansur Məmmədov bildirib: “Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli müvafiq Sərəncamına əsasən, ABB-dən başqa bir sıra dövlət müəssisələrinə də özəl investisiyaların cəlbi nəzərdə tutulur. ABB səhmlərinin uğurlu yerləşdirilməsi, çox güman ki, gələcəkdə daha çox yerləşdirmələrə gətirib çıxaracaq və potensial olaraq yerli iqtisadiyyatı yeni səviyyəyə qaldıra biləcək investisiya mühitinin yaxşılaşmasına səbəb olacaq. Sərəncamda siyahısı müəyyənləşmiş dövlət müəssisələri bunlardır: – Bakı Telefon Rabitəsi İstehsalatı MMC – Aztelecom MMC – Azərbaycan…
Energetika Nazirliyində Almaniyanın “Uniper” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. GDP xəbər verir ki,Energetika nazirinin müavini Elnur Soltanovun iştirakı ilə keçirilən görüşdə mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Qaz təchizatı, enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi, enerji səmərəliliyi, enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıq və perspektiv imkanlar müzakirə edilib. Ölkəmizdə yaşıl enerji zonalarının yaradılması, yaşıl enerji potensialı, istehsalı və ixracı məsələlərindən bəhs olunub, bu il ölkəmizdə keçiriləcək COP29 tədbiri çərçivəsində Azərbaycanın yaşıl enerji sahəsi üzrə hədəflədiyi planlar və təşəbbüslər barədə məlumat verilib. Müzakirə zamanı yaşıl hidrogenin istehsalı və ixracı sahəsinin inkişafı məsələləri nəzərdən keçirilib, yaşıl hidrogenin istehsalı və saxlanılması, eləcə də…
““Uniper Se”nin İH-nın üzvü və baş kommersiya direktoru Karsten Poppinqa ilə görüşdə SOCAR və Uniper şirkəti arasında mövcud strateji tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsi imkanlarını nəzərdən keçirdik.” GDP xəbər verir ki, bunu SOCAR rəhbəri Rövşən Nəcəf sosial şəbkə hesabında yazıb. Bildirib ki,həmçinin enerji keçidi, enerji səmərəliliyinin artırılması sahələrində əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi apardıq.
Skandinaviya bankı Nordea, Nyu-York Dövlət Maliyyə Xidmətləri Departamentinin (DFS) çirkli pulların yuyulması təhqiqatına son qoymaq üçün 35 milyon dollar (31,5 milyon avro) cərimə ödəyəcək. GDP xəbər verir ki, bankdan verilən məlumata görə, Amerika departamentinin araşdırması bankın 2008-2019-cu illər ərzindəki işinə, xüsusən də Vesterport İnternational-ın Danimarkadakı bağlanmış filialına, eləcə də Nordea-nın Baltikyanı ölkələrdəki əməliyyatlarına aiddir. Məktubda vurğulanır ki, ABŞ hakimiyyətinə ödəniləcək məbləğ “Nordeanın maliyyə vəziyyətinə əhəmiyyətli təsir göstərməyəcək”. Bloomberg qeyd etdiyi kimi, bu hadisə Danske Bank və Swedbank da daxil olmaqla Skandinaviya bankları vasitəsilə çirkli pulların yuyulması ilə bağlı yüksək profilli hekayənin bir hissəsi oldu. Agentlik xatırladır ki, Swedbank və Danske…
Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı olan Anglo Asian Mining plc Caterpillar Financial Services Corporation-dan 3,7 milyon dollar kredit alıb. GDP xəbər verir ki, bu maliyyə artımı şirkətin böyüməsini dəstəkləməyə yönəlmiş kredit Satıcı Maliyyələşdirmə Mexanizmi Müqaviləsi çərçivəsində cəlb edilib. Anglo Asian Mining dörd yeni mədən açmağı planlaşdırmaqla 2028-ci ilə qədər orta səviyyəli mis və qızıl istehsalçısına keçməyi hədəfləyib.
Birbaşa xarici dövlət borcunun əhəmiyyətli azalması perspektivdə valyutaya tələbi azaldacaq. GDP xəbər verir ki,bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev müsahibəsində deyib. Mərkəzi Bank rəsmisi bildirib: “Dövlətin birbaşa valyuta komponentli xərcləri (xarici borc və s.) ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bütün bunlar idxal üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Eyni zamanda cari ildə hökumət tərəfindən emissiya edilmiş avrobondun geri alışının həyata keçirilməsi (0,9 milyard ABŞ dolları), ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması (0,8 milyard ABŞ dolları) valyutaya tələbin 2023-cü illə müqayisədə artmasına gətirib çıxarıb” Elrad Seydiyev qeyd…
