Author: Aynure Gdp

ABB-nin fiziki şəxs səhmdarlarının sayı 1794 nəfərdən 35 min 105 nəfərə qədər artıb. Bunu ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov ABB səhmlərinin yerləşdirlməsinin yekunlarına dair mətbuat konfrasında deyib. O bildirib: “3 aylıq proses ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. Belə ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub.” Abbas İbarhimovun sözlərinə görə, beləliklə, ABB-nin fiziki şəxs səhmdarlarının sayı 1794 nəfərdən 35 104 nəfərə qədər artıb.

Read More

Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb. GDP xəbər verir ki,bu barədə AZAL məlumat yayımlayıb Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər.

Read More

Çinə işgüzar səfər çərçivəsində Çinin Orta Dəhliz üzərindən fəaliyyət göstərən aparıcı logistika şirkətlərinin rəhbərləri və əyalətlərin rəsmiləri ilə görüşdük. GDP xəbər verir ki, bunu rəsmi sosial media hesablarında Rabitə Nəqliyyat və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyev yazıb. Nazir bildirib: “Orta  featured vasitəsilə daşımaların təşkili, infrastrukturun ötürücülük qabiliyyətinin artırılması sahəsində gorülən işlər və qonşu ölkələrlə əməkdaşlıq məsələlərini müzakirə etdik” Nazir qeyd edib ki, nümayəndələri son zamanlar Orta Dəhliz üzrə daşımaların sürətinin artmasında, keyfiyyət göstəricilərində irəliləyiş müşahidə olunduğunu bildirdilər

Read More

Nazirlər Kabineti “Müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması Qaydası”nı təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, banka ləğvedici təyin edildikdən sonra bankın aktivlərinin təsnifləşdirilməsi və ehtiyatların hesablanması bu Qaydaya uyğun aparılacaq. Gecikmə müddətinə görə aktivlərin təsnifat kateqoriyası aşağıdakı cədvələ əsasən müəyyən olunur:

Read More

Mərkəzi Bank “Meta-Kapital” MMC-nin və “Delta Capital” MMC-nin vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.  GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayımlayıb. Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar “Meta-Kapital” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 (bir min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar “Delta Capital” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü…

Read More

Sentyabrın 25-dən Bakı Dairəvi Dəmir yolu xəttində qiymətlər artırılacaq. Bu barədə GDP-yə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.Qeyd edilib ki, 25 sentyabr tarixindən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək. ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq. Vurğulanıb ki, bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.

Read More

Məmmədov Arif  Cavanşir oğlu Bank of Baku-nun Rəqəmsal Bankçılıq departamentinin direktoru vəzifəsinə təyin olunub. Bu barədə GDP-yə Bankdan bildirilib. Qeyd edilib ki, Arif aMəmmədov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb. O, bank sahəsində 11 illik peşəkar iş təcrübəsinə sahibdir. Arif Məmmədov Bank of Baku-dakı iş fəaliyyətinə 2013-cü ildə başlayıb və 2018-ci ilə qədər bankın müxtəlif sahələrində çalışıb. 2018-ci ildə Problemli kreditlər departamentində bölmə rəhbəri, 2 il sonra isə eyni departamentin müvafiq şöbəsinin müdiri vəzifəsini icra edib. 2022-ci ildə Alternativ satış kanalları departamentinin Onlayn bankçılıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2023-cü ildən indiki təyinatına qədər…

Read More