Author: Aynure Gdp

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, Memorandumun əsas məqsədi ölkədə islami sığorta xidmətlərindən istifadəni genişləndirmək üçün qurumlar arasında əməkdaşlığın hüquqi çərçivəsinin təmin edilməsidir. Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında islami sığorta sahəsində təcrübə mübadiləsinin, müxtəlif təlim və seminarların təşkili, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.Qeyd edilib ki, bu əməkdaşlıq ölkədə yeni maliyyə alətlərinin tətbiqinin genişlənməsinə, bununla da ölkəyə investisiya axınının sürətlənməsinə töhfə verəcək.

Read More

Beynəlxalq Valyuta Fondu subsidiyaları dəstəkləsə də zərərli subsidiyalara qarşıdır. GDP xəbər verir ki, bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxış edərkən Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Marqaret Kotton deyib O bildirib ki, karbon qiymətqoymasından əldə olunan gəlirlər faydalı subsidiyaların yönəldilə bilər.İnfrastruktur və dekorbonizasiya digər hədəflərə yönəldilə bilər. Marqaret Kotton əlavə edib ki, karbon emissiyasının azaldılması və karbon qiymətqoyması mürəkkəb mövzulardan biridir.

Read More

Yaşıl enerjinin istehsal olunması və yaşıl enerjininin dünya bazarına nəqli Azərbaycan enerji siyasətinin prioritetdir. Bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxış edərkən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. O bildirib: “Karbon qiymətqoyma alətlərinin tətbiqi qarşıya çıxabiləcək maneələri daha yaxşı anlamağa və onların öhdəsindən gəlməyə kömək edir.Bu forum bu cür innovasiyaların paylanılması üçün mükəmməl platformadır.” Orxan Nəzərli qeyd edib ki, ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alır. “Azərbaycan 2030 Sosial -İqtisadi inkişafa dair milli prioritetlərə uyğun olaraq yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji milli prioritetlər olaraq seçilmiş və 2022- 2026 illər…

Read More

Biz hesab edirik ki,təbii sərvətlərə malik olan ölkələrin xüsusi öhdəliyi var. GDP xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib O bildirib ki, fondun fəaliyyətə başlaması üçün ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində kapital toplanması və ən azı 10 donor ölkənin fonda qoşulması planlaşdırılır ki, fikrimizcə, COP29 çərçivəsində bu məsələ əsas müzakirə mövzularından biri olacaq.

Read More