- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
- Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib
Author: Aynure Gdp
Hazırda bir korporativ müştərimiz üçün yaşıl istiqraz buraxılışı üzərində işləyirik GDP xəbər verir ki, PAŞA Bank ASC-in İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında, istiqraz buraxılışı ilə bağlı planlarından danışıb. O qeyd edib ki, ümumiyyətlə maliyyələşmə vasitələrindən biri də istiqrazlardır və bank tərəfindən müştərilər üçün müxtəlif maliyyə modelləri təklif edilir. Nağıyev bildirib ki, PAŞA Bank müştərilərinə həm birbaşa kredit vermək, həm də istiqraz buraxaraq maliyyələşmə təmin etmək imkanı yaradır. O vurğulayıb ki, bu proses müvafiq mərhələlərdən, o cümlədən karbon qiymətləndirilməsindən keçdikdən sonra maliyyələşmənin forması müəyyən olunur. Müxtəlif maliyyə həlləri tətbiq edilə bilər – bir…
Bizə karbon qiymətləndirməsini həyata keçirmək üçün trilyonlarla dollar vəsait lazımdır GDP xəbər verir ki, bunu İqlim Dəyişikliyi təşkilatının nümayəndəsi Niclas Svenningsen deyib. O bildirib ki, bilirsiniz ki, 2015-ci ildə Kopenhagendə karbon emmisiyylarının azaldılması öhdəliklərin yerinə yetirilməsi üçün 100 milyon dollar ayrılıb.Bizə karbon qiymətləndirilməsinu həyata keçirmək trilyonlarla dollar vəsait lazımdır. Niclos Svenningsen qeyd edib ki, biz bunun necə reallaşdırılmasını anlamalıyıq. “Bunun beynəlxalq kreditlər, qrantlarla yoxsa Şimal Şərq, Cənub Qərb tərəfdaşlığı çərçivəsində reallaşdırmalıdır? Bu çox fundamental məsələdir.Əgər bu çərçivədə hər hansı tədbir həyata keçirmək istəyənlər bunu nəzərə almalıdır”,- İqlim Dəyişikliyi təşkilatının nümayəndəsi vurğulayıb.
Azərbaycan Mərkəzi Bankı “Banklarda korporativ idarəetmə Standartları”nda dəyişikliklər etməklə, bundan sonra təkcə Səhmdarların Ümumi Yığıncağına deyil, bütün səhmdarlarla strateji baxış və missiya bəyanatını təqdim etməli olacaq. GDP xəbər verir ki, bu qərarı AMB-nin İdarə Heyətinin sədri 12 sentyabr 2024-cü il tarixində imzalayıb. Həmin qaydanın 3.4-cü yarımbəndinə əsasən hər bir bank öz strateji baxışını müəyyən edir və onun əsasında strateji planlaşdırma dövrü üçün missiya bəyanatını hazırlayır. Strateji baxış və missiya bəyanatı Müşahidə Şurası tərəfindən təsdiq edilir və məlumat üçün bankın səhmdarlarına təqdim edilir.3.5-ci yarımbəndinə əsasən isə, bankın strateji baxış və missiya bəyanatı əsasında strateji plan hazırlanmalıdır. Strateji plan Müşahidə Şurası tərəfindən…
PAŞA Bank ASC-nin qapalı yerləşdirmə ilə buraxılan istiqrazlarının qalıq məbləği 87 milyon dollardır. GDP xəbər verir ki, PAŞA Bank ASC-in İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı Murad Süleymanov, bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, 2021-ci ilin sonunda və 2022-ci ilin əvvəlində PAŞA Bank qapalı yerləşdirmə yolu ilə 20 milyon dollarlıq istiqraz buraxmışdır. 2022-ci ildə isə 40 milyon dollarlıq daha bir qapalı yerləşdirmə ilə istiqraz buraxılışı həyata keçirilib. Murad Süleymanov əlavə edib ki, hazırda istiqrazların qalıq məbləği 87 milyon dollardır. Bu istiqrazlar 7 illik müddətə buraxılıb və hazırda onların 3-4 illik geri ödəmə müddəti qalıb.
Qaimə və invoysların bir pəncərədən idarə olunması sisteminin qurulmasına çalışırıq. GDP xəbər verir ki, PAŞA Bank ASC-in İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında qaimə və invoysların idarə olunması ilə bağlı yeni sistemin qurulması üzərində çalışdıqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan Banklar Assosiasiyası (ABA) vasitəsilə bütün qaimə və invoysların bir pəncərədən idarə olunması sisteminin yaradılmasına çalışırlar. Bəhruz Nağıyev əlavə edib ki, faktorinq bazarının böyüməsi üçün bir neçə əlavə addım atılmalıdır. Bunun üçün debitor borcların xülasəsini əks etdirən bir sistemin qurulması vacibdir. O, qeyd edib ki, bu sistem Türkiyədə geniş yayılıb və Azərbaycanda da tətbiq…
Biznes kreditlərinin faiz dərəcələrində nəzərəçarpan artım baş verməyib GDP xəbər verir ki, bunu PAŞA Bank ASC-in İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında, Mərkəzi Bankın uçot-faiz dərəcəsinin bazara dolayı təsiri haqqında danışıb. Onun sözlərinə görə, uçot-faiz dərəcəsinin endirilməsi və ya artırılması qiymətli kağızlar bazarına birbaşa təsir edir və bu da investorlar arasında müəyyən gözləntilər yaradır. Nağıyev bildirib ki, ölkənin suveren kağızlarının gəlirliyi 7-8% civarındadır və bu vəziyyətdə fiziki şəxslər öz depozitlərini həmin səviyyədə və ya ondan bir qədər yüksək gözləntilərlə banklara yerləşdirməyi düşünürlər. Bu proses isə pulların maya dəyərinə təsir edir və həm pərakəndə,…
Əgər beynəlxalq arenaya- Avropa və ya Amerika banklarına baxsanız burada sərt adlandırılan tələblər orada daha ağırdır. GDP xəbər verir ki, “PAŞA Bank” ASC-in İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə hərs olunmuş mətbuat konfrasında deyib. O bildirim ki, normativ tələblərin dəyişdirilməsinin, yeri gəldikdə artmasının sərtləşmə kimi təqdim edilməsi barədə qeyd etmək istərdim ki, bu sağlam bankçılığın vacib amillərindən biridir. Biz düşünmürük ki, bunlar sərtləşdirici nüanslardır. Biz bunu sərtləşdirici nüans kimi qəbul etmirik. Bəhruz Nağıyev fikirlərinə aydınlıq gətirərək əlavə edib “Düşünürəm ki, sağlam bankçılığın kökü buradan başlayır. Əgər beynəlxalq arenaya- Avropa və ya Amerika banklarına…
“PAŞA Bank” ASC istiqrazları həm manat həm də ABŞ dollarında olacaq. GDP xəbər verir ki, “PAŞA Bank” ASC-in İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə hərs olunmuş mətbuat konfrasında deyib. O bildirim ki, istiqrazların buraxılacağı həcm hələ ki, məlum deyil.Biz hazırda bunun müzakirəsini aparırıq.Ola bilsin ki, bir böyük emissiya yerləşdirək il ərzində mütəmadi öz likvidliyimizlə, bazarın ehtiyacları əsasında müəyyən dərəcədə idarə edək. Murad Süleymanov bankın buraxacağı istiqrazların məbləği barədə indi nəsə deyə bilmədiyini qeyd edərək,” İstiqrazların buraxılmasına keçən ilin sentyabrında strategiyanın formalaşmasında qərar vermişdik. Bazarın tələbatına baxaraq qərar verəcəyik”,-deyə vurğulayıb.
Dünyanın ən böyük bankları yaşıl enerjinin maliyyələşdirilməsindən nüvə enerjisinə qayıdırlar. Bank of America, Barclays, Morgan Stanley və Goldman Sachs da daxil olmaqla 14 qlobal bank və investisiya şirkəti 2050-ci ilə qədər qlobal nüvə potensialının 3 dəfə artırılması çağırışını dəstəkləyib. Maliyyə institutları qəbul ediblər ki, qlobal mülki nüvə enerjisi layihələri aşağı karbonlu iqtisadiyyata keçiddə mühüm rol oynayır. Banklar nüvə şirkətlərinə birbaşa kreditləri və layihə maliyyəsini artırmaqla, istiqrazların satışını təşkil etməklə və ya şirkətləri özəl kapital və ya kredit fondlarına təqdim etməklə yeni zavodları dəstəkləyə bilər. Qlobal nüvə enerjisi istehsalı 2024-cü ildə ən yüksək səviyyəyə çatıb. Bu ilin iyun ayına olan məlumata…
Azərbaycan Mərkəzi Bankı (AMB) “Greentek Group” MMC-yə və “Payriff” QSC-yə elektron pul təşkilatı, “Fizza Pay” və “Kabox” MMC-lərə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib. GDp xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir
