Author: Aynure Gdp

2024-cü ilin ilk yarısının nəticələrinə görə, investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. GDP-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının hesabatında sektor üzrə məcmu kapitalın 46 milyon manat, tələb olunan kapitalın isə 5,2 milyon manat olduğu bildirilir. Bu göstəricilər investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olduğunu göstərir, bu da onların maliyyə dayanıqlığını qorumağa imkan veri

Read More

Azərbaycan investisiya şirkətlərinin xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 6.4% artıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin birinci yarımili ərzində  investisiya şirkətlərinin müştəri aktivləri genişlənmişdir. 2023-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin müştəri aktivləri 8% (121 mln. manat) artaraq 1 mlrd. 721 mln. manata çatıb. Məlumata görə, müştəri aktivlərində artımın əsas səbəbi xarici bazarda broker xidmətləri olmuşdur. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 6.4% (83 mln. manat) artmışdır.

Read More

Azərbaycandakı investisiya şirkətlərinin mənfəətliliyində azalma müşahidə edilmişdir. Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə 2024-cü ilin birinci yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 4.4 mln. manat olub. GDP xəbər verir ki. bu barədə Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında məlumat verilib. Məlumata görə, bu göstərici 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 15.4% azdır.

Read More

Haqq və komissiya xərcləri qeyri-faiz xərclərinin artımının əsas səbəbi olub. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, qeyri-faiz xərclərinin 33%-ni təşkil edən haqq və komissiya xərcləri 2024-cü ilin I yarısı ötən ilin eyni dövrünə nisbətdə 40% (122 mln. manat) artmışdır. Bunun da əsas səbəbi nağdsız əməliyyatların artması və rəqəmsallaşmanın dərinləşməsi ilə yanaşı bankların keşbek kimi məhsulları olmuşdur.

Read More

Azərbaycan bank sektorunun xalis faiz gəlirləri 2024-cü ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 12% (145 milyon manat) artaraq 1 milyard 379 milyon manat təşkil edib. Bu barədə GDP Mərkəzi Bankın Maliyyə Sabitliyi Hesabatına istinadən xəbər verir . Artan faiz gəlirləri fonunda bank sektorunun mənfəət marjası 22,2%-ə çatıb. Bankların faiz spredinin dinamikası da ilin əvvəlindən sabitləşməyə başlayıb. Faizli aktivlərin gəlirliyinin və maliyyələşmə mənbələrinin dəyərinin artımı nəticəsində sektorun faiz spredi 0,1 faiz bəndi artaraq 5,7% olub. Bankların faiz gəlirlərinin bütün komponentlərində artım müşahidə edilsə də, əsas artım biznes və istehlak kreditləri üzrə faiz gəlirlərinin hesabına baş verib. 2024-cü ilin…

Read More

Bank olmayan kredit təşkilatlarının mənfəəti 190%-dən çox artıb GDP xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında məlumat verilib  Bildilib ki, 2024-ci ilin ikinci yarısı Bank olmayan kredit təşkilatları(BOKT) 76.6 mln. manat mənfəətlilik əldə etmişdir ki, bu da 2023-ci ilin müvafiq dövrünün mənfəətindən təqribən 191% çoxdur.

Read More

Bank sektorunun öhdəliklərin 48%-ni hüquqi şəxslərin depozitləri, 31%-ni fiziki şəxslərin depozitləri, 20%-ni digər öhdəliklər təşkil edir. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, sektorun maliyyələşməsində fiziki şəxslərin depozitlərinin payı artsa da, öhdəliklər əsasən hüquqi şəxslərin depozitləri hesabına formalaşmaqdadır. Belə ki, öhdəliklərin 48%-ni hüquqi şəxslərin depozitləri, 31%-ni fiziki şəxslərin depozitləri, 20%-ni digər öhdəliklər təşkil edir. Bank sektorunun aktivləriiqtisadiyyatın şəffaflaşması, iqtisadi artımın davam etməsi, banklararası bazarındərinləşməsi və əhalinin bank sektoruna inamının əsas göstəricilərindən olan fizikişəxslərin depozitlərinin artması fonunda genişlənmişdir.

Read More

2024-cü ilin ilk yarısında Azərbaycan bank sektorunun aktivləri 48%-ni xalis kredit portfeli təşkil edib.Azərbaycan bank sektorunun aktivləri 2024-cü ilin ilk yarısında 2,4% (1,15 milyard manat) artaraq 50,3 milyard manat təşkil edib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Maliyyə sabitliyi hesabatı”nda məlumat verilib. Aktivlərin 48%-ni xalis kredit portfeli, 27%-ni likvid aktivlər, 25%-ni isə digər aktivlər təşkil edir. Bank sektorunun aktivlərinin genişlənməsinə əsas səbəb əhalinin bank sisteminə olan inamı fonunda fiziki şəxslərin depozitlərinin artması olub. Hesabata əsasən, öhdəliklər də 2,3% (971 milyon manat) artaraq 44 milyard manata çatıb. Bank sektorunun inkişafı Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli bir göstəricidir.

Read More

Kapital Bank Paşa Holdinq ilə birlikdə ölkəmizdə keçirilən COP29-da iştirak etməkdən qürur duyur. GDP xəbər verir ki, bunu Kapital bankın İdarə heyətinin sədri Fərid Hüseynov rəsmi sosila şəbəkə hesabında yazıb. O bildirib:”Bu tədbir ölkəmiz üçün mühüm addımdır, qlobal liderləri davamlı təşəbbüsləri müzakirə etməyə və irəli sürməyə cəlb edir. Birgə işləməklə biz Azərbaycan və bütün dünya üçün daha güclü və davamlı gələcəyə töhfə verə bilərik,”-deyə Fərid Hüseynov vurğulayıb.

Read More