- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
- Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib
Author: Aynure Gdp
Cari ilin ilk 9 ayı ərzində Azərbaycanın pul bazası 20 milyard 897,4 milyon manat təşkil edib. GDP xəbər vertir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. . Məlumata görə, Azərbaycanda pul bazası ötən aya nisbətən 1.7% artaraq 20 milyard 897,4 milyon manata yüksəlib. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 0,1%, son 1 ildə isə 16,8% artıb.
Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 105 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən tədbir keçirilib. Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Bankın kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Ziyarət iştirakçıları tərəfindən Ulu öndərin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmətlə yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib. Sonra Bankın rəhbərliyi və kollektivi tərəfindən Şəhidlər xiyabanında vətənimizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin məzarlarına və “Əbədi Məşəl” abidəsinin önünə gül dəstələri düzülüb və əziz xatirələri yad edilib. Həmçinin Mərkəzi Bankın inzibati binasında Ulu öndərin büstü…
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcəkdir. GDP xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib. İclasda sosial islahatların davamı olaraq əmək, pensiya, əlillik və digər sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlandığı diqqətə çatdırılıb. Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib. Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi ilə həyata keçirildiyi vurğulanıb. Ötən dövrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun…
Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kəşbək kampaniyalarının onların maliyyə dayanıqlığına mənfi təsir göstərdiyi halda, xərclərin optimizasiyası istiqamətində göstəriş verə biləcəyini açıqlayıb. GDP.Az xəbər verir ki, bunu AMB-nin baş direktoru Toğrul Əliyev qurumun “2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyi” hesabatının təqdimatında bildirib. Toğrul Əliyev qeyd edib ki, kəşbək məbləğləri bankların daxili biznes modellərinə uyğun qərarlara əsaslanır. Əgər xərc-zərərin təhlili nəticəsində bankların maliyyə dayanıqlığına təhlükə yarada biləcək hallar baş verərsə, Mərkəzi Bank banklara bu sahədə optimizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı göstəriş verə bilər. Xərclərin artması maliyyə sabitliyini təhdid edərsə, bu addımın atılması mümkün olacaq.
30 sentyabr 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 11 milyard 795,8 milyon ABŞ dolları təşkil edib. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, rəsmi ehtiyatlar Sentyabr ayında 12,3 milyon dollar artıb. 30 Avqust 2024-cü il tarixində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 milyard 783.5 milyon dollara çatmışdı. 2024-cü ilin 8 ayı ərzində rəsmi ehtiyatlar 182,8 milyon dollar artıb.
Brent nefti 3 həftəlik minimuma enib GDP xəbər verir ki, zəif bazar əhval-ruhiyyəsi Yaxın Şərqdən gələn riskləri üstələdiyi üçün Brent markalı neftin fyuçersləri bir barel üçün 70 dollara qədər ucuzlaşaraq üç həftənin ən aşağı səviyyəsinə çatıb. Qiymətlər Çindən tələbin zəifləməsi ilə bağlı narahatlıqlarla yanaşı, OPEK-in dekabrda hasilatı artırmaq planlarına əməl edəcəyi gözləntilərinin təzyiqi altındadır. OPEC bazarı qiymətləndirmək üçün çərşənbə günü iclas keçirəcək.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyinat olub. GDP xəbər verir ki, Elgün Məhəmmədəlizadə İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. Qeyd edək ki, Elgün Məhəmmədəlizadə Bakalavr və Magistr təhsilini Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “İqtisadi kibernetika” ixtisası üzrə almış, Almaniyanın Hamburg şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirmişdir. Böyük Britaniyanın Satınalma və Təchizat Zənciri sahəsində beynəlxalq sertifikatı olan CIPS sertifikatina sahibdir.Elgün Məhəmmədəlizadə PMD Group MMC-də təchizat üzrə qrup rəhbəri, Agro Food İnvestments MMC-də Qrup Satınalma Meneceri, Agrotrade Supply MMC şirkətlər qrupunda Qrup Satinalma rəhbəri vəzifələrində çalışmışdır. ATS Food MMC-də Satınalma və Logistika…
Azərbaycan Mərkəzi Bankı (AMB) “Xalq Sığorta” ASC-nin vəzifəli şəxsini 300 manat cərimə edib. GDP bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Sığorta fəaliyyəti haqqında” qanunun 78-ci maddəsinin tələblərinin pozulduğu məlum olub. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq sığorta şirkətinin əməkdaşına qarşı tədbir görülüb.
Hazırda qızıl sikkə və külçələrin satışı ilə bağlı xarici satış platformaları ilə hər hansı bir əməkdaşlıq nəzərdən keçirilmir. AzerGold QSC, hazırda qızıl sikkə və külçələrin satışı ilə bağlı xarici satış platformaları ilə hər hansı bir əməkdaşlıq nəzərdən keçirilmədiyini açıqlayıb. Bu barədə “Azergold” GDP-yə məlumat verilib. Qeyd edək ki, 2021-ci ildən etibarən İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə milli zərgərlik bazarının inkişafı məqsədilə yerli qızıl xammalından istehsal olunan qiymətli məhsulların Satış və Mübadilə Mərkəzi istifadəyə verilib. Mərkəz, Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşir və burada sikkə və külçələrin satışı, eləcə də qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı – mübadiləsi təmin…
