- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
- Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib
Author: Aynure Gdp
Bu gün Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 105 illik yubileyidir. Bu illər ərzində ölkədə mərkəzi bankçılıq uzun inkişaf yolu keçib. Tarixi inkişaf mərhələləri Ölkənin maliyyə tarixində mühüm bir mərhələnin başlanğıcı Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlıdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq AXC mühüm dövlətçilik atributlarının əksəriyyətinin yaradılmasına nail oldu. AXC hökumətinin yaratdığı dövlətçilik atributlarından biri də məhz müstəqil mərkəzi bankın təsis edilməsi və milli pul nişanlarının yaradılması idi. Belə ki, AXC Hökuməti tərəfindən 1919-cu il martın 7-də Azərbaycan Dövlət Bankının (ADB) təşkili barədə layihə qəbul olundu. 1919-cu il sentyabrın 18-də ADB-nin nizamnaməsi təsdiqləndi və sentyabrın…
Tayland höküməti iqtisadiyyatı stimullaşdırmaq üçün vətəndaşlara 300 dollar verməyə başlayıb. GDP xəbər verir ki, ilk növbədə əhalinin ən həssas təbəqələrindən olan 14,5 milyon insan ümumilikdə pul alacaq, proqram 45 milyon tay üçün nəzərdə tutulub. “The Financial Times” yazır ki, ümumi dəyəri 14 milyard dollardır.
Avropa Komissiyası Almaniya və Türkiyəyə dönərin resepti ilə bağlı mübahisəni həll etmək üçün 6 ay vaxt verib. GDP xəbər verir ki, əks halda bu məsələ ilə Brüssel özü məşğul olacaq. Türkiyə iki il əvvəl Avrupa İttifaqı (Aİ) ilə əlaqə saxlayıb. Ankara xörəyin türk qaydalarına uyğun, yəni müəyyən növ ətlə (toyuq, mal və quzu ətinə icazə verilir, dana və hinduşka ətinə icazə verilmir) hazırlanmasını istəyir, hansı ki, marinadlanaraq, müəyyən qaydada doğransın. Türkiyədən gələn mühacirlər sayəsində dönərin məşhurlaşdığı Almaniya buna qarşı çıxıb. Alman versiyasında yemək pide çörəyindən çox pide çörəyində, kələm və ya salat ilə verilir və sarımsaq kimi souslarla doldurulur. Ankara…
Donald Tramp yenidən seçiləcəyi təqdirdə Google-u məsuliyyətə cəlb edəcəyi ilə hədələyib. GDP xəbər verir ki,Trampın bu qərarına səbəb axtarış sistemi onun barəsində yalnız “pis hekayələr” və Kamala Harris üçün “yalnız yaxşı” nəticələr çıxarır. Google-a məxsus səsli köməkçi Alexa Kamala Harrisi tərifləyir və Tramp haqqında susur.
Pakistanın “Cnergyico” neft şirkəti ilk dəfə olaraq Qazaxıstan və Rusiya istehsalçılarının tədarük etdiyi CPC Blend neftini alıb. GDP xəbər verir ki, Xəzər Boru Kəməri Konsorsiumunun Qara dəniz terminalı vasitəsilə 200 min ton CPC Blend yüngül neft göndərilib. Məlumata görə Cnergyico, həcmi “siyasətlərə və prosedurlara uyğunluq üçün əməliyyatda lazımi araşdırma apardıqdan” sonra BƏƏ-də yerləşən ticarət şirkətindən aldığını açıqlayıb.
Qlobal bazarlar Çindən gələn güclü fiskal və monetar stimul tədbirləri nəticəsində yeni zirvələrə yüksəldi. ABŞ Dow Jones və S&P 500, Çindəki yeni stimul tədbirləri ilə bağlı optimizmlə rekord səviyyələrə çatdı. Kimya və sənaye şirkətlərinin səhmləri Çindən gələn tələbin artacağı ümidləri ilə yüksəldi. Texnologiya səhmləri də Intel-in alışı ilə bağlı şayiələr və NVIDIA-nın CEO-sunun səhmlərini satmağı dayandırması xəbəri ilə yüksəldi. Micron Technology-nin müsbət süni intellekt perspektivləri çip sektorunu dəstəklədi. İpoteka faizlərinin azalması ilə yenidən maliyyələşdirmə sürətləndi və ipoteka yenidən maliyyələşdirmə indeksi aprel 2022-dən bəri ən yüksək səviyyəyə çatdı. Fed-in üstünlük verdiyi inflyasiya göstəricisi, əsas PCE indeksi avqustda cəmi 0.1% artdı, illik…
Brent markalı neftin bir barreli 71,69 dollara satılır Cümə günü axşam benchmark neftin qiymətləri mülayim şəkildə yüksəlməkdə davam edir, lakin dünya bazarına yanacaq tədarükünün artması qorxusu səbəbindən həftəni enişlə tamamlayıb. Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 17:55-ə 0,09 dollar (0,13%) artaraq bir barel üçün 71,69 dollar olub. Nyu-Yorkun əmtəə birjasında noyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti həmin vaxta qədər 0,33 dollar (0,49%) artaraq 68,00 dollar/barelə çatıb.
Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkədə devalvasiya olacağı ilə bağlı iddialara aydınlıq gətirib. Bu barədə nazir jurnalistlərə açıqlamasında bildirib. “Biz Milli Məclisə dövlət büdcəsinin növbəti il üçün layihəsini təqdim edərkən bizim hesablamalar mövcud məzənnə üzərində qurulub. Ölkəmizdə devalvasiya olacağı dedi-qodudan başqa bir söhbət deyil. Bu məsələni şərh etmək istəmirəm”, – deyə nazir qeyd edib. Qeyd edək ki, Maliyyə Nazirliyinin hesabatına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi…
