- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
- Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib
Author: Aynure Gdp
“PAŞA Bank” KOS-lara girovsuz və tam rəqəmsal kredit almaq imkanı verir. GDP xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev müsahibəsində deyib. O bildirib ki, bank, KOS-lara rəqəmsal məhsul və xidmətlər təqdim etməklə, onların maliyyə əməliyyatlarını daha effektiv və sürətli etməyə şərait yaradır. “Ən çox tələbat rəqəmsal kredit, rəqəmsal faktorinq və rəqəmsal təchizat zənciri maliyyələşdirilməsi məhsullarınadır. “PAŞA Bank” KOS-lara girovsuz və tam rəqəmsal kredit almaq imkanı verir. Belə ki, bu məhsullar bizneslərin maliyyə ehtiyaclarını qarşılamaq üçün tez və rahat bir yoldur. Bank, rəqəmsal məhsullar vasitəsilə KOS-lara 250,000 AZN-ə qədər kredit imkanı təqdim edir”,-deyə Bəhruz Nağıyev fikirlərini davam…
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “BakıKart”ın mobil tətbiqi 1 aydan çox müddətdir ki, işləmir və bank kartlarından “BakıKart”a pul yükləmək mümkün deyil. Vətəndaşlar tətbiqdəki cüzdan bloklandığı üçün balansdakı puldan istifadə edə bilmirlər. Bu bloklanmadan sonra “Bakı Kart”ın operatoru “K Group” MMC-nin direktoru Orxan Bayramov işdən çıxdı. Buna baxmayaraq yenə də “BakıKart”ın mobil tətbiqinin fəaliyyəti bərpa olunmadı. Çox təəssüf ki, 1 aydan çox müddət keçməsinə baxmayaraq vətəndaşların “Bakı Kart” tətbiqindəki vəsaitləri barədə hələ də heç bir məlumat verilmir. 18 sentyabr tarixində “Bakı Kart”ın operatoru “K Group” MMC-yə Azərbaycan Mərkəzi Bankı elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək…
Azərbaycan Mərkəzi Bankı və Astana Maliyyə Xidmətləri Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki,memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda maliyyə bazarlarının təhlükəsiz fəaliyyətinin təşviqinə və məlumat mübadiləsinin genişləndirilməsinə töhfə verəcək. Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin təşkilinin həyata keçirilməsi də nəzərdə tutulub.
Azərbaycan Dövlət İqtisad Universiteti və İsveçrə Konfederasiyasının Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi sayılan HES-SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin birgə əməkdaşlığı ilə təşkil olunan “Business in Eurasia” adlı blok kurs proqramı çərçivəsində tələbələrin Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) səfəri baş tutub. GDP xəbər verir ki, ARDNF-nin inzibati binası və muzeyi ilə tanış olduqdan sonra tələbələrə Fond əməkdaşları tərəfindən təqdimat keçirilib. ARDNF-nin rəhbər heyətinin iştirakı ilə keçirilən infosessiyada tələbələrə Fondun investisiya fəaliyyəti, neftdən əldə edilən gəlirin bölündüyü sahələr, vəsaitlərin idarə olunması, Hasilatın Pay Bölgüsü sazişləri, Fond tərəfindən maliyyələşdirilən strateji əhəmiyyətli layihələr və ARDNF-nin büdcə sistemində və ölkə iqtisadiyyatında…
Bank, rəqəmsal məhsullar vasitəsilə KOS-lara 250,000 AZN-ə qədər kredit imkanı təqdim edir. GDP xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev müsahibəsində deyib. O bildirib: ““PAŞA Bank” KOS-lara girovsuz və tam rəqəmsal kredit almaq imkanı verir. Belə ki, bu məhsullar bizneslərin maliyyə ehtiyaclarını qarşılamaq üçün tez və rahat bir yoldur. Bank, rəqəmsal məhsullar vasitəsilə KOS-lara 250,000 AZN-ə qədər kredit imkanı təqdim edir.” Bəhruz Nağıyevin sözlərinə görə,bank, faktorinq və təchizat zənciri maliyyələşdirilməsi kimi rəqəmsal həllərlə KOS-ların likvidliyini artırır. “Faktorinq xidmətləri ilə təchizatçılar mallarının və xidmətlərinin ödənişlərini vaxtında alır, alıcılar isə borclarını bank vasitəsilə ödəyir. Bu, KOS-lara maliyyə…
Kamala Harris prezidentlik planda açıqlayıb ki, hamıya pul verəcək. GDP xəbər verir ki, Birləşmiş Ştatların xanım prezidentliyə namizədi açıqlamasında qeyd edib, o prezident seçiləcəyi təqdirdə gənc ailələr 6.000 dollar, startaplar 50.000 dollar, ipoteka götürənlər 25.000 dollar alacaqlar. Təkcə bu tədbirlər ABŞ büdcəsinə 1,7 trilyon dollara başa gələcək. Həyata keçirilərsə, inflyasiya və dövlət borcu kəskin şəkildə artacaq. Tarixdə heç vaxt sadəcə pul vermək qərarı yaxşı bir şeyə səbəb olmayıb.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ilin ilk 8 ayı ərzində onlayn şəkildə 32 ədəd qızıl külçə, 47 ədəd qızıl sikkə və 4 ədəd gümüş sikkə məhsulları satıb. Bu barədə GDP-yə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib Məlumata görə sifarişlər ölkə daxilində yaşayan müştərilər tərəfindən edilir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti onlayn şəkildə alınan sikkələrin Bakı və Sumqayıt şəhərlərinə çatdırılması xidmətini də həyata keçirir.
