Author: Aynure Gdp

Çində qurulan sərhədyanı e-ticarət nəhənglərinin mübahisəsi bu həftə daha da intensiv xarakter almağa başlayıb. GDP xəbər verir ki, Şein Temuya qarşı daha bir iddia qaldırıb. Bu dəfə Şein Temunu saxta mallar hazırlamaqda, ticarət sirlərini oğurlamaqda və müştəriləri “qanunsuz” bir iş modeli ilə qarışdırmaqda ittiham etdi. .

Read More

“Pensiyalarda artım faizi ilə bağlı bizə ünvanlanan suallara cavab olaraq bildirmək istərdik ki, mövcud qanunvericiliyə əsasən, pensiyadakı artımlar indeksləşdirmə və yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır”. GDP xəbər verir ki, bu  barədə İqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.  “Bu ildəki orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq. Bu ilin ilk yarısında ölkədə nominal orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.8 faiz artıb.…

Read More

Neft qiymətləri əvvəlki iki seansdakı enişdən sonra bu gün bir qədər ucuzlaşır. GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:20-yə olan vəziyyətə görə bir barel üçün 77,12 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,08 dollar və ya 0,1% azdır. Nyu-York əmtəə birjasında elektron hərraclarda oktyabr ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,09 dollar və ya 0,12% ucuzlaşaraq 73,08 dollar/barelə bərabər olub.

Read More

Bakıda intihar hadisəsi baş verib. GDP xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində 1979-cu il təvəllüdlü Sədi Zöhrablı icarəyə götürdüyü obyektdə canına qəsd edib. Məlumata görə, S.Zöhrablı “Atasığorta” şirkətində depertament direktorudur. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More

Honq-Konqlu elektronika istehsalçısı Nokia-nın Rusiyada ticarət nişanının qorunmasını ləğv etmək istəyir GDP xəbər verir ki, “Multigoods Production Limited” şirkəti Rusiya məhkəməsində “Nokia”nın Rusiya Federasiyasında əmtəə nişanının qorunmasının dayandırılmasını tələb edərək Rusiya məhkəməsinə müraciət edib. Supra və Orion brendləri ilə tanınan şirkət son 4 ayda Amazon və Hugo Boss kimi böyük şirkətlərə qarşı 11 oxşar iddia qaldırıb. Hüquq ekspertləri bu hərəkətlərin məqsədinin brendləri başqa təşkilatlara satmaq ola biləcəyini təklif edirlər. Nokia-ya qarşı iddia iyulun 12-də açılsa da, hələ irəli getməyib.

Read More

Noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq çərçivəsində informasiya-kommunikasiya texnologiyaları (İKT) sistemlərinin texniki sınaqları mərhələsinə start verilib. GDP xəbər verir ki,bu barədə Azərbaycanın COP29 əməliyyat şirkəti məlumat yayıb. Konsepsiya sübutu – PoC sınaqları avqustun 19-da Bakı Olimpiya Stadionunda Azərbaycan Əməliyyat Şirkəti COP29 və UNFCCC (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası) nümayəndələrinin iştirakı ilə başlayıb. Üç həftə davam edəcək sınaqda konfrans zamanı istifadə olunan şəbəkələrin təhlükəsizliyi və effektivliyi yoxlanılacaq. Həmçinin akkreditasiya prosesinin simulyasiya testləri və kibertəhlükəsizlik auditi keçiriləcək. PoC mərhələsi sentyabrın 8-də başa çatacaq, bundan sonra İKT infrastrukturunun COP29 konfransına hazırlığı qiymətləndiriləcək.

Read More

Neftin qiyməti yenidən ucuzlaşıb. GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 18:05 77,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,21 dollar və ya 0,27% azdır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda sentyabr ayı üçün WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar və ya 0,2% azalaraq 74,22 dollar təşkil edib. Daha aktiv ticarət edilən oktyabr fyuçersləri ,06 dollar və 0,08% azalaraq 73,6 dollar/barel olub. Qeyd edək ki, Sentyabr fyuçersləri üzrə birja ticarəti dövrü çərşənbə axşamı sessiyanın bitməsi ilə başa çatır.

Read More

Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib. Qeyd edək ki.BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır

Read More

Azərbaycan-Türkiyə İş adamları Birliyi(ATİB) “Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları” mövzusunda müzakirələr keçirib. GDP xəbər verir ki, ATİB-in təçkil etdiyi növbəti müzakirə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 11-22 noyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçiriləcək 29-cu sessiyası (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “yaşıl” hədəflərin təşviqinə həsr olunub. Azərbaycan-Türkiyə İş adamları Birliyi İdarə heyətinin sədri Mürsəl Rüstəmov iqlim dəyişmələri və onların fəsadlarının son illər bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən problemlərdən olduğunu vurğulayaraq problemin həllində aparıcı rolun məhz biznes sektorunun üzərinə düşdüyünü qeyd edib. Qlobal istiləşmələrin hər il dünyanın bir çox bölgəsində müxtəlif təbii fəlakətlərə, o cümlədən yanğınlara…

Read More

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, “Confident 2024” MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verilib. GDP xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb. Bununla da sığorta agenti kimi lisenziyası olan hüquqi şəxslərin sayı 53-ə yüksəlib. “Confident 2024” MMC bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Gülşən Əsgərova Cəbrayıl qızıdır. Onun nizamnamə kapitalı 10 manatdır.

Read More