Author: Aynure Gdp

2024-cü ilin birinci yarısında Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 243 milyon dollar əməliyyat məsrəfləri və 698 milyon dollardan artıq əsaslı məsrəflər xərclənib. GDP xəbər verir ki, 2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanıb. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi…

Read More

UForex “Battle of Traders” müsabiqəsini keçirərək, növbəti dəfə gənc treyderlərə öz dəstəyini göstərdi. Müsabiqə ilə bağlı yaranan sualları “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Direktoru Elmira Qəribova cavablandırıb. – Elmira xanım, müsabiqənin məğzi və məqsədi haqqında bizə məlumat verə bilərsiniz? – Müsabiqənin əsas məqsədi yeni başlayan investisiya həvəskarlarına bu sahədə təcrübə toplamaq və özlərini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Sözügedən yarışma sayəsində treyderlər tamamilə risksiz, sıfır kapitalla bazara daxil olub özlərini sınamaq fürsəti qazanırlar. 20 gün ərzində iştirakçılarımız təlim hesablarında ticarət aparıb, ən uğurlu nəticəyə nail olmağa çalışacaqlar. – Sonda qalibləri nə gözləyir? – Sonda maksimum gəlir qazanan üç treyder qalib elan…

Read More

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan İtaliya ilə 6 milyard 961 milyon 671,69 min ABŞ dolları əsas ticarət əməliyyatları həyata keçirib ki, bu da ümumi ticarət dövriyyəsinin 22,46%-ni təşkil edir. GDP xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,9% azalıb. Məlumata görə ikinci i yerdə 4 milyard 174 milyon 34,37 min ABŞ dolları (pay – 13,47%) ticarət dövriyyəsi ilə Türkiyə qərarlaşıb ki, bu da ötən illə müqayisədə 24,5% azdır.Üçüncü yerdə ticarət dövriyyəsi 5,8% artaraq 2 milyard 947 milyon 302,92 min ABŞ dolları (pay – 9,51%) olan…

Read More