Author: Aynure Gdp

2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 42,3 faizini və ya 15500,0 milyon manat təşkil edəcəkdir. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 230,0 milyon manat və ya 1,5% çox, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 626,7 milyon manat və ya 3,9% azdır. 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 22,4 faizini və ya 3830,0 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar təşkil edir.

Read More

Növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12781,0 milyon manatı və ya 34,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6600,0 milyon manatı və ya 18,0 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 840,0 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 895,0 milyon manatı və ya 2,4 faizi isə sair gəlirlərin payına düşür. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ildə neft-qaz sektoru üzrədövlət büdcəsinin gəlirlərinin 74,9 faizini və ya 12781,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (cari il ilə eyni məbləğdə), 22,4 faizini və ya 3830,0 milyon manatını vergi orqanlarının xətti ilə neftsektorundan…

Read More

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün 2025-ci ilin dövlət büdcəsindən 4,0 milyard manat vəsait nəzərdə tutulmuşdur. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçünşəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol,təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni- tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4,0 milyard manat vəsait nəzərdə tutulmuşdur.

Read More

Baza ssenaridə 2025-ci ildə 4,6% proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2028-ci ildə isə 3,8 olacağı gözlənilir. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki,İqtisadiyyat Nazirliyi tərəfindən inflaysiya proqnozunun formalaşdırılmasında beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də antiinflyasiya tədbirləri əsas götürüldüyü bildirilir.

Read More

2025-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır. Beləliklə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir formalaşır.

Read More

Proqnozlara əsasən 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi, 2028-ci ildə isə ÜDM-in 150,8 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 117,2 milyard manata qədər artacağı gözlənilir. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,35 faiz, qeyri-neft/qaz ÜDM-in 5,0 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı proqnozlaşdırılır. 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının artaraq 77,7 faizə çatacağı, neft-qaz sektorunun payının isə 22,3 faizə bərabər olacağı proqnozlaşdırılır

Read More

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə və 2026-2028-ci illər üçün 65,0 ABŞ dolları fərz edilib. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti baza ssenaridə 2025-ci il üzrə 242,0 ABŞ dolları, 2026-2028-ci illər üzrə isə 236,0 ABŞ dolları olaraq götürülüb.

Read More