Author: Aynure Gdp

Çalışırıq listinqin digər seqmentlərinin şərtlərini elə edək ki,hətta listinqin minimal qaydalarını ödəməyən şirkət həvəslənsin gəlsin. Bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov GDP-yə açıqlamasında deyib. O bildirib: “Daha çox dayanıqlıq baxımdan listinqə zəif şirkət düşməli deyil. Listinqə düşən şirkət minimal standartlara cavab verməlidir.” Ruslan Xəlilov əlavə edib, eyni zamanda çalışırıq listinqin digər seqmentlərinin şərtlərini elə edək ki, hətta listinqin minimal qaydalarını ödəməyən şirkət həvəslənsin gəlsin. “Digər seqmentdə təcrübə toplayaraq,qaydalara alınaraq özünü yetişdirib listinqin yüksək seqmentinə çıxa bilsin.Bizim listinq qaydalarına yenidən baxılması ilə bağlı yanaşmamız bu yöndəndir”,-deyə BFB rəhbəri qeyd edib.

Read More

ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ilin martından bəri ilk dəfə baza dərəcəsini 50 baza bəndi azaldaraq 4,75-5%-ə endirdi. GDP xəbər verir ki, FED-in yenilənmiş makro proqnozu işsizliyin daha yüksək səviyyələrini və inflyasiyanın aşağı səviyyələrini nəzərdə tutur ki, bu da pul siyasətinin davamlı yumşaldılmasının lehinədir. FED, həmçinin təxmin edilən ÜDM artımı (2,1% əvəzinə 2%), işsizliyin artımının sürətləndirilməsi (4%-dən 4,4%-ə qədər) və qiymət dinamikası baxımından ABŞ iqtisadiyyatının əsas göstəriciləri üzrə proqnozları yeniləyib – inflyasiya proqnozu 2,6%-dən 2.3 %-ə qədər aşağı salıb. Baza inflyasiyanın bu il 2,6% (2,8%-ə qarşı) və gələn il 2,2% (2,3%-ə qarşı) olacağı gözlənilir. Mütəxəssislərin fikrincə, indi Braziliya və digər…

Read More

Mərkəzi Bankın İdarə Heyətinin 12 sentyabr 2024-cü il tarixli Qərarı ilə “K Group” MMC-yə elektron pul təşkilatı, “M.A.X Sistemləri Plyus” MMC və “Cibpay” MMC-yə ödəniş təşkilatı, həmçinin “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. GDP Azərbaycan Mərkəzi Bankına İstinadən xəbər verir ki,Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Read More

2024-cü ilin ilk 8 ayı ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti satış və mübadilə mərkəzindən pərakəndə formada 2580 ədəd qızıl külçə, 1634 ədəd qızıl sikkə satılıb. Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən GDP -yə məlumat verilib Qeyd edək ki, “AzerGold” QSC 2018-ci ildən etibarən ilk dəfə olaraq yerli qızıl və gümüş xammalından hazırlanan sikkə və külçələri pərakəndə bazarda satışa təqdim edib. Məlumata görə, satılan gümüş sikkələrin sayı isə 78 ədəd təşkil edir.

Read More

Dövrümüzün ən gəlirli sahələrindən biri Forex Maliyyə Bazarında ticarətdir. Ortalama illik gəlir 10-50% olan Forex ticarəti (prop firmaların təqdim etdiyi statistika) hərkəsə maraqlı gəlir. Bu sahəni öyrənməyə çalışan cox sayda insan var. Bazar araşdırması etsəniz hazırda Azərbaycanda real gəlir əldə edəcəksiniz adı ilə təlimlər keçən bir neçə kurs görə bilərsiniz. Bəzisi reklamlarında 15 il -20 il təcrübəyə sahib treyderlərin təlim keçdiyini vurğulayır. Bu tip reklamlara qəti aldanmayın. Əgər həmin “müəllimlərdən” 1 illik belə ticarət tarixcəsi istəsəniz təqdim edə bilməyəcəklər. Azərbaycanda bu sahədə böyük boşluqlar var. Ümid edirəm bu durum zamanla düzələcəkdir. Bunun üçün ölkəmizdə kapital və investisiya şirkətləri hərəkətə keçməlidir. Unicapital…

Read More

Azərbaycanda bankların struktur bölməsinin rəhbəri də banka aidiyyəti olan şəxslər hesab edilədək. GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov  “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”da dəyişiklə bağlı qərar qəbul edib. Buna qədər isə banka aidiyyəti olan şəxslər müşahidə şurasının və idarə ehyətinin üzvləri, habelə bankın nizamnamə kapitalında iştirak payından asılı olmayaraq müqavilə əsasında bankın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs, bankın Audit Komitəsinin üzvləri, daxili audit bölməsinin əməkdaşları, qərarların qəbul edilməsində iştirak edən bankın digər əməkdaşları, bankın baş mühasibi (bu vəzifələri…

Read More

2024-cü ilin ilk 8 ayı ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti satış və mübadilə mərkəzindən pərakəndə formada 64.26 kq qızıl, 1.05 kq gümüş məhsulları satılıb. Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən GDP -yə məlumat verilib Qeyd edək ki, “AzerGold” QSC 2018-ci ildən etibarən ilk dəfə olaraq yerli qızıl və gümüş xammalından hazırlanan sikkə və külçələri pərakəndə bazarda satışa təqdim edib.

Read More

Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2.8%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, uçot dərəcəsi ilə bağlı əvvəlki iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 3%, qeyri-ərzaq malları üzrə 1.8%, xidmətlər üzrə 5.6% təşkil edib. İllik baza inflyasiya isə 2.4% olub. İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2.8%) bahalaşması idxal inflyasiyasının…

Read More