Brent markalı neftin bir barreli 71,69 dollara satılır
Cümə günü axşam benchmark neftin qiymətləri mülayim şəkildə yüksəlməkdə davam edir, lakin dünya bazarına yanacaq tədarükünün artması qorxusu səbəbindən həftəni enişlə tamamlayıb.
Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 17:55-ə 0,09 dollar (0,13%) artaraq bir barel üçün 71,69 dollar olub.
Nyu-Yorkun əmtəə birjasında noyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti həmin vaxta qədər 0,33 dollar (0,49%) artaraq 68,00 dollar/barelə çatıb.