“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salıb.
GDP.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 28-nə planlaşdırılan reyslərin təxirə salınmasına Naxçıvanda müşahidə olunan əlverişsiz hava şəraiti səbəb olub.
Məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların yerinə yetirilməsi bərpa ediləcək.
Aviaşirkət mümkün dəyişikliklərlə bağlı sərnişinlərin operativ şəkildə məlumatlandırılacağını bildirib.
AZAL qeyd edib ki, uçuşlarla bağlı qərarlar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunur və reyslər beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun həyata keçirilir.

