Dünya bazarında gümüşün qiyməti yüksəliş nümayiş etdirir.
GDP xəbər verir ki, qiymətli metal 1,22% bahalaşaraq 61,16 dollara çatıb. Sessiya ərzində gümüşün qiyməti 61,20 dollar səviyyəsini də ötüb.
Beləliklə, gümüşdə bahalaşma davam edir və qiymət 61 dollar həddinin üzərində möhkəmlənir.


