Author: Aynure Gdp

“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) İdarə Heyətinə yeni sədr təyin edilib. Sığorta şirkətinin sədrinin vəzifəsindən getməsindən sonra səhmdarların Ümumi Yığıncağının qərarı ilə İlkin Mirzəyev Şahin oğlunu İdarə Heyətinin yeni sədri təyin ediblər. Buna qədər İdarə Heyətinin sədri Orxan Əfəndiyev Oqtay oğlu idi. O, buna qədər İcbari Sığorta Bürosunda Maliyyə Departamentinə rəhbərlik edib. Daha öncələr isə lisenziyası ləğv edilmiş “Günay Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini olub. Qeyd edək ki, ASS-nin Direkotlar Şurasının yeni sədri Rəşad Əhmədov da İSB-dən gəlib. O, 2024-cü ilin ikinci yarısında qədər İSB-nin icraçı direktoru idi. Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İrşad” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib. Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 57-yə çatıb. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İrşad” BOKT-u ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, 25, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Zaur Miqirovdur. © “Report

Read More

Donald Tramp Nyu Yorkdakı barda burgerlərin pulunu Bitcoin ilə ödəyib GDP xəbər verir ki, Nyu Yorkda seçicilərlə görüşməzdən əvvəl Tramp kriptovalyuta ilə ödəniş edə biləcəyiniz PubKey barında dayanıb. O, bar sahibinin köməyi ilə pul kisəsinin QR kodunu skan edərək ödəmək üçün bir neçə burger üçün pul köçürüb, sonra onu özü ilə tərəfdarlarına paylayıb. Ödənişi başa vurduqdan sonra o, bunu “tarixi an” adlandırıb. PubKey kriptovalyuta həvəskarları üçün görüşlər və digər tədbirlərə ev sahibliyi edən temalı bardır.

Read More

Bakı Fond Birjası (BFB) yeni brend kimliyini təqdim edib. GDP xəbər verir ki, dəyişikliklər əsas dəyərləri dürüstlük, davamlı inkişaf və tərəfdaşlıq olan Bakı Fond Birjasının yeni brend kimliyində  vizual olmaqla yanaşı, həmçinin, yeni strategiyasının təşəbbüslərində də əks olunub. Brendin yenilənməsi birjanın bazar iştirakçıları və tərəfdaşları ilə münasibətlərini daha şəffaf və etibarlı şəkildə quraraq, qarşılıqlı əlaqələri yeni bir çərçivəyə salmaq niyyətini özündə birləşdirir. Bu münasibətlər də, öz növbəsində, Bakı Fond Birjasının beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırmaqla yanaşı, yerli bazarda yeni imkanlar açılmasına yol açır.   Tədbirdə iştirak edən dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq təşkilatlar, həmçinin xarici fond birjalarının təmsilçiləri Bakı…

Read More

Hesablama Palatası və Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) arasında gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb. GDP bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Bakıda səfərdə olan IFAC-ın prezidenti xanım Asma Resmouki ilə görüş keçirib. Görüş zamanı xanım Resmouki Federasiyanın əsas strateji məqsədləri barədə məlumat verməklə təmsil etdiyi qurumun yüksək keyfiyyətli standartların yaradılması və təkmilləşdirilməsi, uçot və hesabatlılığın təşviqi, müvafiq tədqiqatlar aparılması, məqalələrin hazırlanması sahəsində gördüyü işlərdən bəhs edib. V.Gülməmmədov dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatlar və dövlət sektorunda hesabatlılığın gücləndirilməsində ali audit orqanının rolu barədə məlumat verib. Sədr bildirib ki, mühasibat…

Read More

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı, “PAŞA Holding”in dəstəyi ilə oktyabrın 1-də Azərbaycan Ticarət Forumu keçiriləcək. “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusuna həsr olunacaq forumun məqsədi sahibkarların iştirakı ilə idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyəti və imkanları, onların ixracda payının artırılmasını və ticarət sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Forumda dövlət rəsmilərinin, idxal-ixrac, istehsalat, logistika, gömrük təmsilçiliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Azərbaycan Ticarət Forumu ilə bağlı ətraflı məlumat və qeydiyyatdan keçmək üçün: https://forum2024.agtl.org.az/#form

Read More

İlham Əliyev Ağdam Sənaye Parkında bir sıra müəssisələrin açılışında iştirak edib: ▪️ Müxtəlif təyinatlı ayaqqabı istehsalı fabrikləri. ▪️Elektrik paylayıcı avadanlıqların, elektrik rozetkalarının və beton yarımstansiyalarının istehsalı zavodu. ▪️Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodu. ▪️ Divar kağızı istehsalı zavodu. ▪️ Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatlarının istehsalı zavodu. ▪️Dam örtükləri istehsalı zavodu.

Read More

Türkiyə Mərkəzi Bankı ardıcıl altıncı iclasda illik 50% dərəcəsini saxlayıb GDP xəbər verir ki, Türkiyə Mərkəzi bankı yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi illik 50% səviyyəsində qalıb. Bu, 2002-ci ildən bəri ən yüksək səviyyədir. Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb. Mərkəzi Bankın bəyanatında baza inflyasiyanın qiymətləndirilməsi avqust iclası ilə müqayisədə dəyişməyib. Yüksək faiz dərəcələri də daxil olmaqla daxili tələbin zəifləməsi inflyasiya üzərində aşağı istiqamətli təzyiq yaratsa da, inflyasiyanın sürətlənməsi riski qalmaqdadır. “Üçüncü rübün göstəriciləri göstərir ki, Türkiyədə daxili tələb zəifləməkdə davam edir və bu, inflyasiyanın yavaşlamasına səbəb olur. Əsas inflyasiyada əhəmiyyətli və davamlı azalma baş verənə və inflyasiya gözləntiləri…

Read More

Avrozonada inflyasiya avqustda 2,2% səviyyəsində təsdiqlənib GDP xəbər verir ki, Avropa İttifaqının Eurostat statistika idarəsinin yekun məlumatlarına görə, 2024-cü ilin avqustunda avrozonada istehlak qiymətləri illik müqayisədə 2,2% artıb. Məlumatlar həm ilkin qiymətləndirmə, həm də Trading Economics tərəfindən sorğu edilən analitiklərin konsensus proqnozu ilə üst-üstə düşdü. İyul ayı ilə müqayisədə inflyasiya 2,6% səviyyəsində azalıb.

Read More