- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
- Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib
- Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
Author: Aynure Gdp
Təminatsız bazarda 1 gün ərzində baş tutan əməliyyatların orta həcmi də avqust ayında maksimum həddə (534 mln. manat) çatıb GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz qərarı ilə bağlı press-relizində məlumat verilib. Bildirilir ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq sterilizasiya əməliyyatlarının ilin əvvəlindən həcmini kəskin azaldıb. Press-relizdə həmçinin Mərkəzi Bankın notların həcminin azaldığı qeyd edilib “Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin 8 ayında 45.6% azalıb. Avqust ayında 1 günlük təminatsız əməliyyatlar…
Microsoft və BlackRock investisiya şirkəti süni intellektin inkişafı üçün 30 milyard dollarlıq fond yaradır GDP xəbər verir ki, Microsoft Korporasiyası sentyabrın 17-də axşam məqsədi inkişafa investisiya olacaq Qlobal AI İnfrastruktur İnvestisiya Tərəfdaşlığı (GAIIP) beynəlxalq layihəsinin yaradılmasını elan etdi.süni intellekt (AI) və əlaqəli infrastrukturla bağlı perspektivli inkişaflar. Layihədə Microsoft ilə birlikdə Amerikanın BlackRock investisiya fondu, yüksək texnologiyalı avadanlıq istehsalçısı Nvidia və MGX (BƏƏ) investisiya şirkəti iştirak edir. Birinci mərhələdə 30 milyard dollar həcmində investisiya fondu yaradılır, növbəti mərhələdə fondun həcminin 100 milyard dollara çatdırılması nəzərdə tutulur.
Çin ultra varlıların sayına görə ABŞ-ı qabaqlayır GDP xəbər verir ki, son 10 ildə sentilyonerlərin, yəni xalis sərvəti 100 milyon dollar və ya daha çox olan insanların sayı dünya üzrə 54% artaraq 29350 nəfərə çatıb. Çində sentimilyonçuların sayı son on il ərzində 108% artaraq, eyni dövrdə super zənginlərin sıraları 81% artan ABŞ-ın təsirli göstəricilərini belə geridə qoyub. Avropada, əksinə, son on ildə yüz milyonçuların sayının artımı kifayət qədər səngiyib, cəmi 26%.
Nazirlər Kabineti işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərini müəyyən edib GDP xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər bu ilin sonuna qədər, iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər gələn il iyulun 1-nə qədər, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri isə gələn ilin sonuna qədər əmək müqavilələrini elektron sənəd formasına keçirməlidir.
Tədiyə balansının cari əməliyyatlar hesabında 2024-cü ilin ilk 6 ayında 2.6 mlrd. ABŞ dolları və ya ÜDM-in 7.5%-i səviyyəsində profisit olub. GDP xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Faiz dəhlizinin parametrləri haqqında press-relizində bildirilir. Qeyd edilib ki, cari hesabın başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin ilk 8 ayında 5.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Ölkənin strateji valyuta ehtiyatları 8 ayda 6.1% artaraq 72.6 mlrd. ABŞ dollarına çatıb.
Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib. İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankının faiz qərarı ilə bağlı press-relizində məlumat verilib. Məlumata görə,bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4.2 milyard ABŞ dolları həcmində alış yönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaqdır. Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcəkdir.
Azərbaycan Mərkəzi Bankı Faiz dəhlizinin parametrləri haqqında press-reliz yayıb. GDP xəbər verir ki, bu barədə press-relizdə bildirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub. Ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 3%, qeyri-ərzaq malları üzrə 1.8%, xidmətlər üzrə 5.6%…
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir. GDPXəbər verir ki, müsabiqənin şərtləri aşağıdakı kimidir. – Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər; – Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır; – Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir; – Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır; – Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və…
Bu gün Bakıda iqlim dəyişikliyinin mənfi nəticələrinə xüsusilə həssas olan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış Zərər və Zərərlərin Kompensasiyası Fondunun Direktorlar Şurasının 3-cü iclası işə başlayıb. GDP xəbər verir ki,tədbirdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, BMT və digər beynəlxalq təşkilatların, Dünya Bankının, beynəlxalq qeyri-hökumət təşkilatlarının və həmfikir qrupların 200-ə yaxın nümayəndəsi iştirak edir. İclasdan sonra Fondun icraçı direktoru təyin olunacaq. İclasın gündəliyinə həmçinin COP29 zamanı Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunacaq itki və zərərin maliyyə mexanizmləri üzrə yüksək səviyyəli dialoqa hazırlıq daxildir.
