Author: Aynure Gdp

Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlardakı nümayəndələri (gömrük attaşeləri) öz funksiyalarını təyin olunduqları xarici dövlətlərdə və ya beynəlxalq təşkilatlarda akkreditə olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirəcək. GDP xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” Fərmana edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırdıqdan sonra bu Fərmana uyğun olaraq razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim…

Read More

AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Əmlakın qiymətləndirməsi üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün procurement@accessbank.az elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər. Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2024-cü il sentyabr 12-də 18:00-da başa çatır.

Read More

2020-ci il ilə müqayisədə 2023-cü ildə standartların tətbiqi 6 dəfəyədək artıb. GDP xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbəri Məmməd Abbasbəyli deyib. O bildirib: “Ölkədə standart-ların tətbiqinin genişlənməsi məhsul istehsalı və xidmətlərin müasir tələblərə uyğun təşkil edilməsi, iqtisadi fəaliyyətlərdə innovativ texnologiyaların tətbiqi, insanların həyat və sağlamlığının mühafizəsi, məhsul və xidmətlərin keyfiyyət-inin yaxşılaşdırılmasına geniş imkanlar yaradır.”Məmməd Abbasbəylinin sözlərinə görə, son illərdə ölkə iqtisadiyyat-ının müxtəlif sektorları üzrə standartların tətbiqi genişləndirilib və 2020-ci il ilə müqayisədə 2023-cü ildə standartların tətbiqi 6 dəfəyədək artıb.

Read More

Harvard Universiteti hüquq fakültəsinin məzunu Əli Azər oğlu Ələkbərli Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektoruna işə qəbul edilib. GDP xəbər verir ki, Əli Ələkbərli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsini hüquqşünaslıq ixtisası üzrə prezident təqaüdçü kimi fərqlənmə diplomu ilə, 2020-ci ildə respublika birincisi olaraq daxil olduğu Bakı Dövlət Universitetinin magistr pilləsini “Kommersiya hüququ” ixtisası üzrə fərqlənmə diplomu ilə,  2023—2024-cü illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib. Əli Ələkbərli 2021-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq” iştisası üzrə doktorantura pilləsinə…

Read More

“Bakı Sığorta” ASC-nin səhmdarı olan 2 fiziki şəxs (Behbud Nəcəfov (6,93%), Murad Rəhimov (6,97%)) öz paylarını “Bank Respublika” ASC-yə ötürüblər. “Bakı Sığorta”nın yarımillik hesabatında verilən məlumata görə, nəticədə “Bank Respublika” ASC-nin sığorta şirkətinin nizamnamə kapitalındakı payı 93,32%-ə yüksəlib. “Bakı Sığorta” ASC-nin nizamnamə kapitalının 6,68%-i “Ekolizinq” MMC -yə məxsusdur. Bundan əvvəl avtomobil satışı ilə məşğul olan “Dimond Motors” MMC, “Yeni Motor” MMC və “Toyota Abşeron Mərkəzi” MMC “Bakı Sığorta” ASC-dəki paylarını satmışdılar. Mənbə: Marja

Read More

Rusiyada Forbesin siyahısına yeni qadın milyarder düşüb. GDP xəbər verir ki, Uralsib Bankın əsas səhmdarı Lyudmila Koqandanın sərvəti 1 milyard dolları ötdüyü üçün Forbes jurnalı onu rus qadın milyarderlərin siyahısına salıb. Məlumata görə ona, bankın səhmlərini 2019-cu ildə vəfat edən ərindən miras qalıb. Koqan Rusiyanın 20 ən varlı qadını reytinqində altıncı yeri tutub. Siyahıya yenə Wildberries-in yaradıcısı Tatyana Bakalçuk 5,5 milyard dollar sərvətlə rus qadın milyarderlərin siyahısına başçılıq edir.

Read More

Auditorlar Palatası 2023-cü ili 159 min manat mənfəətlə başa vurub. Qurumun maliyyə hesabatına görə, bu, 2022-ci illə müqayisədə 54,3% və yaxud 2,2 dəfə azdır. Ötən il Auditorlar Palatasının əməliyyat gəlirləri 1 milyon 329 min manat (əvvəlki ilə nisbətən 12,7 % az), o cümlədən üzvlük haqlarından gəlirləri 1 milyon 188 min manat (10,7 % çox), ixtisasartırma və imtahan gəlirləri 45 min manat (73,1 % çox), qrant və ianələrdən gəlirləri 94 min manat (2,4 dəfə çox), ümidsiz borclar üzrə ehtiyatların azalması hesabına gəlirləri isə 2 min manat (təxminən 200 dəfə az) təşkil edib. Hesabat dövründə qurumun əməliyyat xərcləri isə 1 milyon 170…

Read More

Gürcüstan hökuməti Belçikanın Jan De Nul şirkəti ilə Anaklia limanının tikintisinə dair müqavilə imzalayıb. GDP xəbər verir ki, şirkət liman sularını dərinləşdirəcək və Anakliada dalğaqıran inşa edəcək. 2029-cu ildə Anaklia dərin su limanında ilk gəmilərin qəbulu planlaşdırılır. Plana əsasın ildə 600 min konteynerə qədər yük dövriyyəsi planlaşdırılır. ABŞ Gürcüstandan təxmini dəyəri 600 milyon dollar olan limanın tikintisini dayandırmağı tələb etdi, çünki Çin-Sinqapur konsorsiumu onun payının 49%-ni almağı planlaşdırırdı.

Read More

ABB-nin səhmlərini Sərbəst Pul Hərəkəti (FCFE) modelindən istifadə edərək qiymətləndirsək ABB-nin 1-ci dərəcəli kapital əmsalının 4 illik əsasda orta hesabla 30%-ə qədər yaxşılaşacağı gözləniləndir. Bunu ABB səhmlərinin gəlirliyini GDP üçün dəyərləndirən Maliyyə Bazarları və Törəmə alətlər üzrə treyder Orxan Rüstəmov dəyərləndirib. O bildirib: Əlavə olaraq, 2024-cü ilin 1-ci yarısına 24% olan ABB səhmlərinin gəlirliliyinin (ROE) növbəti 5 il ərzində 15%-ə qədər azalacağı proqnozlaşdırılır. Mən riski ölçülmüş aktivlərin Azərbaycanın ÜDM-in artım tempinə uyğun olaraq artacağını gözləyirəm. Peşəkar treyderin sözlərinə görə,Kapitala Sərbəst Pul Axınının cari dəyəri və terminal dəyəri 15% kapital dəyəri ilə diskontlaşdırılır. Orxan Rüstəmov əlavə edib ki, bundan əlavə, Merton…

Read More

Mərkəzi Bank “SF Azerbaijan” BOKT MMC-nin (Manato brendi) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb. Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir. Qeyd edək ki, 2022-ci ilin sonuna olan məlumata görə, 2021-ci ildə yaradılmış “SF Azerbaijan” BOKT MMC-nin 100% payçısı “AS SUN FINANCE CENTRAL ASIA” olub. Təşkilat Manato.az ilə sürətli, rahat və…

Read More