- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
19 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir: Qiymətli kağızın ISIN kodu: AZ2088008688 Emissiya həcmi: 50,000,000 manat Nominal qiyməti: 1,000 manat Hərrac qiyməti (birqiymətli hərrac olduqda): 1,000 manat İstiqrazların tədavül müddəti: 7200 gün Faiz dərəcəsi: 3.25 % Faiz gəlirinin ödəniş müddəti: 180 gündən bir (6 aydan bir) Anderrayter: “Unicapital İ.Ş” ASC Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin…
Azərbaycan, Türkiyə və Türkmənistan biznes forum keçirəcək GDP xəbər verir ki, biznes forum Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin təşkilatçılığı ilə 10 sentyabr 2024-cü il tarixində İstanbulda keçiriləcək. Tədbir Türkiyənin ticarət naziri, Azərbaycanın iqtisadiyyat naziri və Türkmənistan Nazirlər Kabineti sədrinin müavininin iştirakı ilə keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilir. GDP İRİA-ya istinadən xəbər verir ki, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını “mygov” tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından isitifadə nəzərdə tutulub. Bunun üçün tələbə “mygov” tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu “kartlar” bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki “QR paylaş” düyməsinə…
Azərbaycan Mərkəzi Bankına 2024-cü ilin iyul ayı ərzində vətəndaşlar tərəfindən 1284 müraciət daxil olub. GDP Mərkəzi Banka xəbər verir ki, daxil olan vətəndaş müraciətlərinin böyük əksəriyyəti yəni 864 ədədi kredit təşkilatları ilə bağlı olub. Sığortaçılardan Mərkəzi Banka 225, kapital bazarlarından 15 şikayət daxil olub. Mərkəzə Banka daxil olan 180 şikayət isə digər mövzularla bağlı olub.
“LEDLINE” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Bu barədə GDP-yə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib. Şirkət tərəfindən Sənaye Parkının 1 hektar ərazisində led işıqların istehsalı müəssisəsi inşa ediləcək. İnvestisiya həcmi 4,5 milyon manat olan layihə çərçivəsində 44 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə istehsal ediləcək məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.
15 avqust 2024-ci il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 169,737,700.00 AZN təşkil edib. GDP xəbər verir ki,Baku Fond Birjasında repo əqdləri üzrə istinad faiz indeksi formalaşıb. Baku Fond Birjasında ticarət zamanı repo faiz dərəcəsi 5.00%-6.70% təşkil edən bağlanılmış 43 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 13 günlük əqdlər üzrə 1D AINAAO üzrə 6.46%, 6-8 günlük əqdlər üzrə 1W AINAAO üzrə 6.17%, 13-15 günlük əqdlər üzrə 2W AINAAO üzrə 5.75% ,29-32 günlük əqdlər üzrə 1M AINAAO 6.50% təşkil edib.
Təcrübəli investorlar, maliyyə bazarlarında işləyənlər, hər hansı dövlətin pul-kredit və ya monetar siyasət çərçivəsində həyata keçirilən fəaliyyətlərin bazar vəziyyətinə əhəmiyyətli təsir göstərdiyini yaxşı bilirlər. Yeni başlayanlar üçün isə bu termin və onun məzmunu tanış deyil. Dövlətin Monetar Siyasəti Monetar siyasət, dövlətin pul kütləsini və kredit bazarındakı fəaliyyəti idarə etmək üçün sistemli yanaşması olaraq təyin edilir. Bu iki əsas obyektə təsir etdiyi üçün, başqa bir adı da var – kredit-pul siyasəti. Başqa sözlə, pul siyasəti dövlətin maliyyə, kredit və valyuta bazarlarında tətbiq etdiyi, əsas göstəricilərə nəzarət və tənzimləmə məqsədi daşıyan tədbirlər məcmusudur: – İnflyasiya; – Faiz dərəcələri; – Milli valyutanın məzənnəsi.…
“Bakı Metropoliteni” və “Metro İstanbul” anlaşma memorandumu imzalayıblar. GDP xəbər verir ki, memorandum dünya metropolitenlərinin birinci beynəlxalq konfransının təşkilati məsələlərinin həlli ilə bağlı imzalanıb.Qeyd edək ki, konfrans 2025-ci ildə Bakıda keçiriləcək.
Amerikanın Amazon korporasiyası pilotsuz uçuş aparatlarından (PUA)istifadə etməklə sifarişlərin çatdırılması üçün Böyük Britaniya Mülki Aviasiya İdarəsindən icazə alıb. Amazon-dan başqa bir neçə başqa şirkət də PUA ilə çatdırılmanı sınaqdan keçirəcək. Əvvəllər Böyük Britaniyada da bununla bağlı məhdudiyyət var idi. Sifarişləri çatdırmaq üçün pilotsuz təyyarələrdən istifadə olunurdu, lakin onlar ciddi şəkildə operatorun nəzarəti altında olmalı idi. İndi bu qayda ləğv edilib.
2024-cü ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycanın xarici ticarәt әmәliyyatlarının hәcmi 26 milyard 892 milyon 121 min ABŞ dolları təşkil edib. GDP Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, o cümlәdәn, ixrac әmәliyyatları üzrә 16 milyard 98 milyon 920 min ABŞ dolları, idxal әmәliyyatları üzrә 10 milyard 793 milyon 201 min ABŞ dolları məbləğində ticarət qeyd alınıb. Əməliyyatlar 5 milyard 305 milyon 719 milyon ABŞ dolları məbləğində müsbət saldo ilə nəticələnib. Qeyd edək ki, 2023-cü ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycanın xarici ticarәt әmәliyyatlarının hәcmi 30 milyard 333 milyon 432 min ABŞ dolları, o cümlədən ixrac 20 milyard 776 milyon 950 min ABŞ dolları, idxal 9 milyard 556 milyon…
