Azərbaycan banklarının xalis mənfəəti 2026-cı ilin yanvar–iyun aylarında 729 milyon manat təşkil edib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısına dair “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilir.
Məlumata görə,2025-ci ilin eyni dövründə bank sektorunun xalis mənfəəti 578 milyon manat olub.
Beləliklə, bankların xalis mənfəəti bir ildə 151 milyon manat və ya 26,1% artıb.
Hesabatda bildirilir ki, faiz və qeyri-faiz xərclərinin artmasına baxmayaraq, bank sektorunun mənfəətliliyində müsbət dinamika davam edib.
2026-cı ilin ilk yarısında ölkədə fəaliyyət göstərən bütün banklar mənfəətlə işləyib. Hesabat dövründə zərərlə fəaliyyət göstərən bank qeydə alınmayıb.
Trending
- Azərbaycan bankları mənfəətini 26% artırıb
- Taleh Kazımov Daşkənddə Özbəkistan Mərkəzi Bankının sədri ilə iqtisadi çağırışları və əməkdaşlıq imkanlarını müzakirə edib
- NEQSOL Holding Amsterdamda keçiriləcək beynəlxalq tədbirə dəstək verir
- Brent markalı neftin qiyməti 105,51 dollara enib
- OPEC+: Hörmüz boğazındakı vəziyyət səbəbindən neft bazarı gündəlik 7 milyon barelə qədər itki ilə üzləşir
- Neftin bahalaşması və dolların möhkəmlənməsi Bitcoin və fond bazarlarına təzyiq göstərir
- Mərkəzi Bank istehlak kreditlərinə yeni tələblər qoydu – Zaminin borc yükü 70%-i keçməməlidir
- Azərbaycanda illik inflyasiya 5,5 faizə enib – Ən çox bahalaşan məhsullar açıqlanıb

