Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində Türkiyə Maarif Vəqfi Azərbaycan üzrə Ölkə təmsilçiliyi ilə ATİB arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
GDP xəbər veerir ki, görüşdə Türkiyə Maarif Vəqfi Azərbaycan üzrə Ölkə təmsilçisi Dr. Serdar Gündoğan, ATİB İdarə heyətinin sədri Mürsəl Rüstəmov, İdarə heyəti sədrinin müavini Tahsin Gündem, İdarə heyəti üzvləri Rafiq Qarayev və Erdem Erçin iştirak edib.
Əməkdaşlıq Memorandumunun imzalanmasından sonra tərəflər birgə həyata keçirilməsi planlaşdırılan layihələr və tərəfdaşlığın digər aspektləri ətrafında fikir mübadiləsi aparıb.



