Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi olan “PDD Holdings” şirkətinə qarşı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə apardığı araşdırmanı yekunlaşdırıb.
GDP xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, araşdırma rəqabəti məhdudlaşdıran qiymət siyasətinin həyata keçirilməsi, hökmran mövqedən sui-istifadə edilməsi, eləcə də Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri əsasında aparılıb.
Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib.
Bununla əlaqədar, rəqabət qanunvericiliyinin pozulması haqqında işin qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, komissiyanın yaradılması şirkət barəsində yekun qərarın qəbul edilməsi və ya cərimə tətbiq olunması anlamına gəlmir.

