Close Menu
    What's Hot

    İcbari sığorta ilə bağlı bildirişlər artıq “mygov” platformasında da əlçatan olacaq

    17 Noyabr 2026

    “Silk Way West Airlines”in gəlirləri 25,5%, xalis mənfəəti isə 71,6% artıb

    17 Noyabr 2026

    Neft yenidən ucuzlaşıb

    17 Noyabr 2026
    Trending
    • İcbari sığorta ilə bağlı bildirişlər artıq “mygov” platformasında da əlçatan olacaq
    • “Silk Way West Airlines”in gəlirləri 25,5%, xalis mənfəəti isə 71,6% artıb
    • Neft yenidən ucuzlaşıb
    • Goldman Sachs: Qızılın qiyməti 2028-ci ilədək yeni tarixi maksimuma çatacaq
    • Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulan tədbir icra edilməyib
    • Hesablama Palatası: Dövlət Sosial Müdafiə Fondunun hesabatında 122 milyon manatlıq vəsait əks etdirilməyib
    • Artıq M10 tətbiqindən AKART hesabına da nəzarət etmək mümkün olacaq
    • “PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Artıq M10 tətbiqindən AKART hesabına da nəzarət etmək mümkün olacaq

      16 Noyabr 2026
      Recent

      Artıq M10 tətbiqindən AKART hesabına da nəzarət etmək mümkün olacaq

      16 Noyabr 2026

      “PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

      16 Noyabr 2026

      Taleh Kazımov: “Qlobal çağırışlara baxmayaraq, Azərbaycanda iqtisadi inkişaf davam edib”

      16 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

      06 Noyabr 2026

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      Neft yenidən ucuzlaşıb

      17 Noyabr 2026

      Goldman Sachs: Qızılın qiyməti 2028-ci ilədək yeni tarixi maksimuma çatacaq

      17 Noyabr 2026

      Azərbaycan nefti ilin əvvəlindən 56% bahalaşıb-İnfoqrafika

      15 Noyabr 2026

      ABŞ fond bazarında 700 milyard dollar “buxarlandı”- Kütləvi satış dalğası

      12 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      Neft yenidən ucuzlaşıb

      17 Noyabr 2026

      Goldman Sachs: Qızılın qiyməti 2028-ci ilədək yeni tarixi maksimuma çatacaq

      17 Noyabr 2026

      Azərbaycan nefti ilin əvvəlindən 56% bahalaşıb-İnfoqrafika

      15 Noyabr 2026

      ABŞ fond bazarında 700 milyard dollar “buxarlandı”- Kütləvi satış dalğası

      12 Noyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulan tədbir icra edilməyib

      17 Noyabr 2026
      Recent

      Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulan tədbir icra edilməyib

      17 Noyabr 2026

      Hesablama Palatası: Dövlət Sosial Müdafiə Fondunun hesabatında 122 milyon manatlıq vəsait əks etdirilməyib

      16 Noyabr 2026

      ABŞ Azərbaycana 100 milyon dollardan çox dəyərində Boeing təyyarələrinin ixracına hazırlaşır

      14 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » “Silk Way West Airlines”in gəlirləri 25,5%, xalis mənfəəti isə 71,6% artıb
    Biznes

    “Silk Way West Airlines”in gəlirləri 25,5%, xalis mənfəəti isə 71,6% artıb

    17 Noyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “Silk Way West Airlines” aviaşirkətinin 2026-cı ilin birinci yarısı üzrə maliyyə göstəricilərində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım qeydə alınıb. Şirkətin gəlirləri, əməliyyat mənfəəti, xalis mənfəəti və ümumi aktivləri artıb. Bununla yanaşı, xərclərin və maliyyə öhdəliklərinin yüksəlməsi də diqqət çəkir.

    Şirkətin açıqladığı, audit olunmamış konsolidasiya edilmiş maliyyə hesabatlarına əsasən, 2026-cı ilin ilk altı ayında əsas fəaliyyətdən əldə olunan gəlirlər 262 milyon 787 min manat və ya 25,50% artaraq 1 milyard 293 milyon 267 min manata çatıb. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 30 milyon 480 min manat təşkil edib.

    Şirkətin sair əməliyyat gəlirləri də artım nümayiş etdirib. Belə ki, ötən ilin birinci yarısında 4 milyon 541 min manat olan bu gəlirlər 2026-cı ilin müvafiq dövründə 2 milyon 475 min manat və ya 54,50% artaraq 7 milyon 16 min manata yüksəlib.

    Gəlirlərin artması ilə yanaşı, şirkətin ümumi əməliyyat xərcləri də yüksəlib. Hesabat dövründə bu xərclər 194 milyon 306 min manat və ya 22,78% artaraq 1 milyard 47 milyon 335 min manat təşkil edib. 2025-ci ilin ilk altı ayında isə ümumi xərclər 853 milyon 29 min manat olub.

    Xərclərin strukturunda ən böyük artımlardan biri yanacaq xərclərində müşahidə edilib. Şirkətin yanacağa çəkdiyi xərclər 2025-ci ilin birinci yarısındakı 306 milyon 772 min manatdan 2026-cı ilin eyni dövründə 459 milyon 223 min manata yüksəlib. Bu isə 152 milyon 451 min manat və ya 49,70% artım deməkdir.

    Hava gəmilərinin və mühərriklərin icarəsi üzrə xərclər də əhəmiyyətli dərəcədə artıb. Sözügedən xərclər 44 milyon 949 min manatdan 91 milyon 799 min manata çataraq 46 milyon 850 min manat və ya 104,23% yüksəlib. Başqa sözlə, bu istiqamətdə xərclər iki dəfədən çox artıb.

    Bununla yanaşı, yerüstü xidmət, enmə və naviqasiya xərcləri 6 milyon 902 min manat və ya 4,01% artaraq 179 milyon 224 min manata, təmir və texniki xidmət xərcləri isə 6 milyon 192 min manat və ya 13,49% artaraq 52 milyon 87 min manata çatıb.

    Bəzi xərc maddələrində isə azalma qeydə alınıb. Heyətlə bağlı xərclər 5 milyon 657 min manat və ya 11,05% azalaraq 45 milyon 545 min manata düşüb. Köhnəlmə xərcləri 24 milyon 719 min manat və ya 23,00% azalaraq 82 milyon 733 min manat təşkil edib. Çarter uçuşları üzrə daşıma haqları da 4 milyon 356 min manat və ya 47,30% azalaraq 4 milyon 853 min manata enib.

    Xərclərin artmasına baxmayaraq, şirkətin əməliyyat mənfəətində müsbət dinamika müşahidə olunub. Belə ki, əməliyyat mənfəəti 70 milyon 956 min manat və ya 38,99% artaraq 252 milyon 948 min manata yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 181 milyon 992 min manat olub. Əməliyyat mənfəətinin gəlirlərə nisbəti isə 18%-dən 20%-ə yüksələrək 2 faiz bəndi artıb.

    Şirkətin EBITDA göstəricisi 86 milyon 267 min manat və ya 29,01% artaraq 383 milyon 603 min manata çatıb. EBIT göstəricisi isə 110 milyon 986 min manat və ya 58,45% yüksələrək 300 milyon 870 min manat təşkil edib.

    Maliyyə xərclərində də artım qeydə alınıb. Bu xərclər 10 milyon 592 min manat və ya 31,98% artaraq 43 milyon 715 min manata yüksəlib. Maliyyə gəlirləri isə 2 milyon 883 min manat və ya 21,94% artaraq 16 milyon 22 min manata çatıb.

    Şirkətin mənfəət vergisindən əvvəlki mənfəəti 2025-ci ilin birinci yarısındakı 156 milyon 761 min manatdan 2026-cı ilin eyni dövründə 257 milyon 155 min manata yüksəlib. Beləliklə, vergidən əvvəlki mənfəət 100 milyon 394 min manat və ya 64,04% artıb.

    Mənfəət vergisi xərcləri isə 14 milyon 675 min manat və ya 39,60% artaraq 51 milyon 732 min manat təşkil edib.

    Nəticədə, “Silk Way West Airlines”in xalis mənfəəti 85 milyon 719 min manat və ya 71,61% artaraq 205 milyon 423 min manata çatıb. 2025-ci ilin müvafiq dövründə şirkətin xalis mənfəəti 119 milyon 704 min manat olmuşdu.

    Şirkətin maliyyə vəziyyəti haqqında hesabatında da əhəmiyyətli dəyişikliklər qeydə alınıb. Belə ki, 2026-cı il iyunun 30-na şirkətin ümumi aktivləri əvvəlki ilin eyni tarixi ilə müqayisədə 966 milyon 913 min manat və ya 28,49% artaraq 4 milyard 361 milyon 80 min manata çatıb. 2025-ci il iyunun 30-da bu göstərici 3 milyard 394 milyon 167 min manat təşkil edib.

    Aktivlərin artımında əsas pay uzunmüddətli aktivlərin üzərinə düşüb. Şirkətin uzunmüddətli aktivləri 819 milyon 410 min manat və ya 38,20% artaraq 2 milyard 964 milyon 698 min manata yüksəlib. Qısamüddətli aktivlər isə 147 milyon 502 min manat və ya 11,81% artaraq 1 milyard 396 milyon 382 min manat təşkil edib.

    Uzunmüddətli aktivlərin strukturunda ən böyük artım əmlak və avadanlıqların dəyərində müşahidə olunub. Belə ki, bu göstərici 2025-ci il iyunun 30-dakı 528 milyon 941 min manatdan 2026-cı ilin eyni tarixində 1 milyard 116 milyon 183 min manata çatıb. Nəticədə əmlak və avadanlıqların dəyəri 587 milyon 242 min manat və ya 111,02% artıb.

    İstifadə hüququ olan aktivlərin dəyəri də 212 milyon 790 min manat və ya 22,90% artaraq 1 milyard 142 milyon 24 min manata yüksəlib. Uzunmüddətli ödənilmiş avanslar isə 18 milyon 944 min manat və ya 2,97% artaraq 657 milyon 779 min manat təşkil edib.

    Bununla yanaşı, uzunmüddətli təminat depozitləri 11 milyon 515 min manat və ya 71,23% azalaraq 4 milyon 650 min manata düşüb.

    Şirkətin qısamüddətli aktivlərinin tərkibində pul vəsaitləri və onların ekvivalentləri üzrə də artım qeydə alınıb. Belə ki, bu göstərici 68 milyon 95 min manat və ya 50,39% artaraq 203 milyon 233 min manata çatıb. Ötən ilin eyni tarixində şirkətin pul vəsaitləri və onların ekvivalentləri 135 milyon 138 min manat təşkil edib.

    Bank depozitləri 5 milyon 811 min manat və ya 0,66% artaraq 884 milyon 201 min manata, ticarət və sair debitor borcları isə 15 milyon 351 min manat və ya 10,97% artaraq 155 milyon 287 min manata yüksəlib. Qısamüddətli ödənilmiş avanslar 14 milyon 20 min manat və ya 127,24% artaraq 25 milyon 39 min manat təşkil edib.

    Şirkətin kapitalında da artım müşahidə olunub. Belə ki, ümumi kapital 278 milyon 281 min manat və ya 14,76% artaraq 2 milyard 163 milyon 202 min manata çatıb. 2025-ci il iyunun 30-da bu göstərici 1 milyard 884 milyon 921 min manat olub.

    Kapitalın əsas tərkib hissələrindən biri olan bölüşdürülməmiş mənfəət 308 milyon 542 min manat və ya 21,89% artaraq 1 milyard 717 milyon 767 min manata yüksəlib. Yenidənqiymətləndirmə ehtiyatları isə 22 milyon 131 min manat və ya 7,77% azalaraq 262 milyon 738 min manata düşüb.

    Şirkətin öhdəliklərində isə kapital artımından daha yüksək dinamika qeydə alınıb. Belə ki, ümumi öhdəliklər 2025-ci il iyunun 30-dakı 1 milyard 509 milyon 246 min manatdan 2026-cı ilin eyni tarixində 2 milyard 197 milyon 877 min manata yüksəlib. Bu, 688 milyon 631 min manat və ya 45,63% artım deməkdir.

    Uzunmüddətli öhdəliklər 342 milyon 463 min manat və ya 38,66% artaraq 1 milyard 228 milyon 240 min manata çatıb. Qısamüddətli öhdəliklər isə 346 milyon 168 min manat və ya 55,52% artaraq 969 milyon 638 min manat təşkil edib.

    Uzunmüddətli öhdəliklərin tərkibində icarə öhdəlikləri 378 milyon 477 min manat və ya 98,64% artaraq 762 milyon 164 min manata yüksəlib. Bunun əksinə olaraq, uzunmüddətli kreditlər və borclar 82 milyon 941 min manat və ya 21,71% azalaraq 299 milyon 54 min manata düşüb.

    Qısamüddətli kreditlər və borclar isə 261 milyon 167 min manat və ya 93,93% artaraq 539 milyon 199 min manata çatıb. Qısamüddətli icarə öhdəlikləri 43 milyon 417 min manat və ya 34,53% azalaraq 82 milyon 312 min manat təşkil edib.

    Ticarət və sair kreditor borcları da 81 milyon 866 min manat və ya 39,44% artaraq 289 milyon 417 min manata yüksəlib.

    Şirkətin pul vəsaitlərinin hərəkəti haqqında hesabatında da mühüm dəyişikliklər əks olunub. Əməliyyat fəaliyyətindən əldə edilən xalis pul vəsaitləri 2025-ci ilin birinci yarısındakı 224 milyon 430 min manatdan 2026-cı ilin müvafiq dövründə 263 milyon 185 min manata yüksəlib. Beləliklə, bu istiqamətdə daxilolmalar 38 milyon 755 min manat və ya 17,27% artıb.

    Bununla yanaşı, investisiya fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri 118 milyon 596 min manat və ya 79,17% artaraq 268 milyon 391 min manata çatıb. Ötən ilin eyni dövründə investisiya fəaliyyətinə yönəldilən xalis vəsait 149 milyon 795 min manat təşkil edib.

    İnvestisiya xərclərinin strukturunda hava gəmilərinin alınması üzrə avans ödənişləri 41 milyon 448 min manat və ya 70,26% artaraq 100 milyon 438 min manata yüksəlib. Hava gəmilərinin təmiri xidmətləri üçün avans ödənişləri 17 milyon 434 min manat və ya 55,09% artaraq 49 milyon 78 min manat təşkil edib.

    Yeni hava limanının tikintisi üçün avans ödənişləri isə 2025-ci ilin birinci yarısındakı 45 milyon 296 min manatdan 2026-cı ilin eyni dövründə 106 milyon 311 min manata çatıb. Bu istiqamətdə ödənişlər 61 milyon 15 min manat və ya 134,70% artıb.

    Maliyyə fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri də 36 milyon 812 min manat və ya 181,68% artaraq 57 milyon 74 min manata yüksəlib.

    Şirkətin ödədiyi dividendlərin məbləğində xüsusilə böyük artım qeydə alınıb. Belə ki, pul vəsaitlərinin hərəkəti haqqında hesabata əsasən, 2025-ci ilin birinci yarısında 10 milyon 454 min manat olan dividend ödənişləri 2026-cı ilin eyni dövründə 69 milyon 647 min manata çatıb. Nəticədə dividend ödənişləri 59 milyon 193 min manat və ya 566,22% artıb.

    Hesabatda göstərilir ki, 2026-cı ilin əvvəlində şirkətin pul vəsaitləri və bank qalıqları 1 milyard 149 milyon 714 min manat olduğu halda, iyunun sonunda 1 milyard 87 milyon 434 min manat təşkil edib. Beləliklə, ilin ilk altı ayında bu göstərici 62 milyon 280 min manat və ya 5,42% azalıb. Müqayisə üçün, 2025-ci ilin birinci yarısında pul vəsaitləri və bank qalıqları ilin əvvəlindəki 959 milyon 156 min manatdan 1 milyard 13 milyon 528 min manata yüksəlmişdi. Həmin dövrdə artım 54 milyon 372 min manat və ya 5,67% olmuşdu.

    Şirkətin işçilərinin sayında da artım qeydə alınıb. Belə ki, 2025-ci il iyunun 30-da 1136 nəfər olan işçi sayı 2026-cı ilin eyni tarixində 1232 nəfərə çatıb. Bu isə 96 nəfər və ya 8,45% artım deməkdir.

    Ümumilikdə, “Silk Way West Airlines”in 2026-cı ilin birinci yarısı üzrə maliyyə nəticələri şirkətin gəlirliliyinin yüksəldiyini göstərir. Gəlirlərin 25,50% artdığı dövrdə xalis mənfəətin 71,61% yüksəlməsi mənfəətin gəlirlərlə müqayisədə daha sürətlə artdığını göstərir. Bununla yanaşı, ümumi öhdəliklərin 45,63% artması, qısamüddətli kredit və borcların təxminən iki dəfə yüksəlməsi, eləcə də investisiya fəaliyyətinə yönəldilən vəsaitlərin əhəmiyyətli dərəcədə çoxalması şirkətin maliyyə strukturunda diqqət çəkən dəyişikliklərdir. Bu göstəricilər şirkətin aktiv bazasının genişləndiyini, eyni zamanda borc və icarə öhdəliklərinin də artdığını ortaya qoyur.

     

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Hindistanın avtomobil nəhəngi Azərbaycanda istehsala başlaya bilər – Müzakirələr aparılıb

    12 Noyabr 2026

    Azərbaycan iqtisadiyyatı 1,7% böyüyüb: Nəqliyyat və rabitə sektorunda yüksək artım qeydə alınıb

    11 Noyabr 2026

    Fərid Məmmədov: “PAŞA Qrup Azərbaycanda 5 milyondan çox insana və 70 min biznesə xidmət göstərir”

    02 Noyabr 2026

    Abşeron Ticarət Mərkəzində ölkənin ən böyük mərkəzləşdirilmiş boya mərkəzi açılıb

    31 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.