Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə hesabatlarında nöqsanlar aşkarlayıb.
GDP xəbər verir ki, bu barədə Hesablama Palatasının 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəyində bildirilib.
Sənədə əsasən, DSMF-nin gəlir və xərclərinin auditi zamanı bəzi daxilolmaların hesabatlara daxil edilmədiyi müəyyən olunub.
Audit nəticəsində məlum olub ki, 2025-ci ildə investisiya fəaliyyətindən əldə edilmiş gəlirlər üzrə vəsaitlər daxilolma və xaricolmalara dair hesabatlarda əks etdirilməyib.
Nəticədə 122,2 milyon manat məbləğində vəsait hesabatlarda az göstərilib.
Hesablama Palatası vurğulayıb ki, analoji nöqsan əvvəlki audit zamanı da müəyyən edilib. Bu isə maliyyə hesabatlılığında aşkar edilmiş problemin təkrarlandığını göstərir.
Mənbə: Hesablama Palatasının rəyi, səhifə 28.

