Tarif Şurası bir sıra kommunal xidmətlər və dərman vasitələri üçün yeni qiymətlər müəyyənləşdirib.
GDP xəbər verir ki, yeni dəyişikliyə əsasən əhali üzrə aylıq istehlak həcmi aşağıdaki kimi olacaq.
200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 5% artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;
200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 11,1% artırılaraq 9 qəpikdən 10 qəpiyə;
300 kilovatt saatdan çox olan hissə üçün 15,4% artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.