Close Menu
    What's Hot

    “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb

    16 Aprel 2026

    Dövlət büdcəsinin neft-qaz gəlirləri 2030-cu ilədək 17% azalacaq

    16 Aprel 2026

    AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib

    15 Aprel 2026
    Trending
    • “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb
    • Dövlət büdcəsinin neft-qaz gəlirləri 2030-cu ilədək 17% azalacaq
    • AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib
    • Azərbaycanda büdcə kəsiri 2030-a qədər azalacaq
    • “Rabitəbank” 2026-cı ilin i rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
    • Mülki dövriyyədə radio avadanlıqları: İKTA 5,091 ədəd üçün icazənin lazım olmadığını bildirib
    • Neft Fondu Çin və İndoneziya suveren fondları ilə birgə Çin-ASEAN investisiya platformasında tərəfdaş oldu– 520 milyon dollar cəlb olunub
    • Mərkəzi Bank yenilənmiş 100 manatlıq əsginasları tədavülə buraxır
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib

      15 Aprel 2026
      Recent

      AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib

      15 Aprel 2026

      “Rabitəbank” 2026-cı ilin i rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

      15 Aprel 2026

      Neft Fondu Çin və İndoneziya suveren fondları ilə birgə Çin-ASEAN investisiya platformasında tərəfdaş oldu– 520 milyon dollar cəlb olunub

      15 Aprel 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb

      14 Aprel 2026

      Azərbaycanda 500 min manat kapital ilə yeni broker şirkət yaradılıb

      07 Aprel 2026

      Bakı Fond Birjasında qiymətli kağızların ticarətinə icazə verilməsi üçün yeni listinq qaydaları açıqlanıb

      06 Aprel 2026

      İlyas Nuriyev “Troni İnvestisiya Şirkəti” QSC-nin direktor müavini təyin edilib

      06 Aprel 2026

      Qlobal birjaların son göstəriciləri

      13 Aprel 2026

      Atəşkəs dalğası Wall Street-də: Neft şirkətləri gerilədi, aviadaşıyıcılar yüksəldi

      08 Aprel 2026

      Neft kəskin ucuzlaşdı, bitkoin və qızıl yüksəldi-qlobal bazarlarda qarışıq mənzərə

      08 Aprel 2026

      Kriptovalyuta, səhm, valyuta və əmtəə bazarında son vəziyyət

      08 Aprel 2026

      Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

      09 Aprel 2026

      Ethereum-da sabit kriptovalyutaların həcmi 10,3 milyard dollar artıb

      07 Aprel 2026

      ​Polymarket platformasında texniki boşluq treyderə 600 min dollar qazandırdı

      30 Mart 2026

      Bitcoin istehsal edən saat yaradıldı

      16 Mart 2026

      İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb

      14 Aprel 2026

      Qlobal birjaların son göstəriciləri

      13 Aprel 2026

      Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

      09 Aprel 2026

      Atəşkəs dalğası Wall Street-də: Neft şirkətləri gerilədi, aviadaşıyıcılar yüksəldi

      08 Aprel 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb

      16 Aprel 2026
      Recent

      “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb

      16 Aprel 2026

      Dövlət büdcəsinin neft-qaz gəlirləri 2030-cu ilədək 17% azalacaq

      16 Aprel 2026

      Azərbaycanda büdcə kəsiri 2030-a qədər azalacaq

      15 Aprel 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Turizm » Azərbaycan Dünya İqtisadi Forumumunun Səyahət və Turizmin İnkişafı İndeksi üzrə irəliləyib
    Digər

    Azərbaycan Dünya İqtisadi Forumumunun Səyahət və Turizmin İnkişafı İndeksi üzrə irəliləyib

    24 May 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Dünya İqtisadi Forumumunun Səyahət və Turizmin İnkişafı İndeksi üzrə göstəricilərində irəliləyib

    GDP xəbər verir ki,Azərbaycan Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı indeksinə əsasən əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb.

    MDB ölkələri arasında ən yüksək nəticəyə malik 2-ci ölkə kimi Azərbaycanın 4 komponent üzrə göstəricilərdə mövqeyində əhəmiyyətli dərəcədə irəliləmə müşahidə olunub. 2023-cü ilin sonuna təqdim edilən məlumatlar əsasında hazırlanan hesabatda “Uyğun Mühitin Mövcudluğu” komponenti üzrə biznes mühiti, təhlükəsizlik, sağlamlıq və gigiyena, insan resursları və əmək bazarına dair göstəricilərdə, həmçinin “Səyahət və Turizm Siyasəti və Uyğunluq Şərtləri” komponenti üzrə beynəlxalq açıqlıq və qiymət rəqabətliliyi göstəricilərində, “Səyahət və Turizm Tələbinə Təsir Edən Amillər” komponenti üzrə mədəni resurslara dair göstəricidə və “Səyahət və Turizmin Dayanıqlılığı” komponenti üzrə ekoloji davamlılıq və sosial-iqtisadi dayanıqlılıq göstəricilərində yüksəlmə qeydə alınıb.

    Alt-indikatorlar üzrə səyahət və turizmə dair statistik məlumatların beynəlxalq qurumların məlumat bazalarına mütəmadi olaraq ötürülməsinə dair göstərici üzrə Azərbaycan 2021-ci ildə olduğu kimi bu il də mümkün ən yüksək nəticə ilə 1-ci pillədə qərarlaşıb.

    Bununla yanaşı, Qlobal Terrorizm İndeksi üzrə nəticələrə əsasən Azərbaycan əvvəlki hesabat üzrə mövqeyini 34 pillə yaxşılaşdıraraq ən təhlükəsiz ölkələr sırasında 1-ci pilləyə yüksəlib.

    Əlavə olaraq, gəlmə turizmində mövsümilik amili üzrə 39 pillə, illik səyahət və turizm məlumatlarının əhatəliliyi göstəricisi üzrə 28 pillə, Ümumdünya İrs Siyahısına daxil olan təbii nümunələrin sayına görə 29 pillə, rəqəmsal ödənişlər və 3G mobil şəbəkənin əhatə dairəsi göstəricilərində isə müvafiq olaraq 18 və 32 pillə irəliləyiş qeydə alınıb.Hesabatda, həmçinin qısamüddətli icarəyə verilən evlərin sayının qonşu ölkələrlə müqayisədə daha az olması, səyahət və turizm üzrə kapital qoyuluşunun, ikitərəfli hava xidmətləri üzrə digər ölkələrlə imzalanan sazişlərin sayının, biomüxtəliflik və xüsusi mühafizə olunan təbiət ərazilərinin, ətraf mühitə dair ratifikasiya edilən müqavilələrin sayının artırılması ilə bağlı çağırışlar müəyyənləşdirilərək Azərbaycanın turizm sektorunda təkmilləşdirilməyə ehtiyac duyulan göstəricilər kimi təqdim olunub.

    Qeyd edək ki, Səyahət və Turizmin İnkişafı İndeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində 2022-ci ilin oktyabr ayında aidiyyəti dövlət qurumları və biznes subyektlərindən ibarət “Turizmin inkişafı” işçi qrupu yaradılıb (https://azranking.az/working-groups).

    Ötən müddət ərzində işçi qrupu ölkənin sözügedən indeksdə mövqeyinin yaxşılaşdırılması istiqamətində dövlət və özəl qurumlarının əlaqələndirilmiş fəaliyyətini təşkil edib və müvafiq Fəaliyyət Planı icra olunub. Hazırda işçi qrupunun müasir çağırışlara və hədəflərə əsaslanan yeni Fəaliyyət Planının layihəsinin rəsmiləşdirilməsi aparılır.

    Səyahət və Turizmin İnkişafı İndeksi (Travel and Tourism Development Index- TTDI) 2007-ci ildən etibarən iki ildə bir dəfə olmaqla turizmin iqtisadi və sosial təsirini, davamlı inkişafa təsirini, fərqli qurumlar arasındakı əməkdaşlıq imkanlarını, yerli, regional və beynəlxalq inkişaf strategiyalarını da özündə əks etdirən Dünya İqitsadi Forumu tərəfindən əvvəlki illərdə hazırlanan Səyahət və Turizm Rəqabətqabiliyyətlilik İndeksinin (Travel and Tourism Competitiveness Index) daha təkmil forması hesab edilir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    İlon Maskdan Telegrama rəqib: “XChat” messenceri aprelin 17-də buraxılır

    13 Aprel 2026

    Orban Tisza Partiyasının liderini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

    13 Aprel 2026

    Rusiyanın neft vergi gəlirləri apreldə ikiqat artaraq 9 milyard dollara çata bilər – Reuters

    10 Aprel 2026

    OPEC+ may ayında neft hasilatını gündəlik 206 min barrel artırır

    05 Aprel 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.