AzəRe Reinsurance şirkəti Antalyada keçiriləcək ExploRe & ReConnext 2026 zirvəsində iştirakını açıqlayıb.
GDP xəbər verir ki, dünyanın aparıcı sığorta və təkrarsığorta təşkilatlarını bir araya gətirəcək tədbirdə Şərqi Avropa və Avrasiyada bazarın təkamülü, siyasi zorakılıq və terrorizm, fəlakət modelləşdirilməsi, müasir mobillik və rəqəmsal transformasiya, kiber risk və məhkəmə mühasibatlığı, ESG təminatı, həmçinin təkrarsığorta bazarlarına dair yeniliklər müzakirə olunacaq.
Zirvə qlobal (təkrar)sığorta sənayesində strateji tərəfdaşlıqların qurulması, innovasiyaların təşviqi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üçün mühüm platforma hesab olunur.
Qeyd edək ki, tədbirdə sığorta şirkətləri, təkrarsığortaçılar, brokerlər, investorlar və həll təminatçılarından ibarət geniş iştirakçı heyətinin iştirakı gözlənilir.


