2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın bank sektorunda xalis mənfəət, kreditləşmə və depozitlərin həcmində artım qeydə alınıb. Bununla yanaşı, qiymətli kağızlardan faiz gəlirləri, elektron ticarət üzrə ödənişlərin həcmi, fəaliyyət göstərən bankların və bank şöbələrinin sayı azalıb.
GDP Azərbaycan Mərkəzi Bankının 2025-ci və 2026-cı illərin sentyabr aylarına aid statistik bülletenlərinə əsasən xəbər verir ki, 2026-cı ilin doqquz ayında bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171,1 milyon manat və ya 18,79% artaraq 910,7 milyon manatdan 1 milyard 81,8 milyon manata yüksəlib. Əməliyyat mənfəəti 324 milyon manat və ya 23,59% artaraq 1 milyard 697,2 milyon manata çatıb. Vergilər ödənilənədək mənfəət isə 227,4 milyon manat və ya 20,21% artaraq 1 milyard 352,6 milyon manat təşkil edib.
Hesabat dövründə bankların mənfəət vergisi üzrə xərcləri 214,5 milyon manatdan 270,8 milyon manata yüksəlib. Bu, 56,3 milyon manat və ya 26,25% artım deməkdir. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmalar da artıb. Bu göstərici 248,1 milyon manatdan 344,7 milyon manata çatıb ki, bu da illik müqayisədə 96,6 milyon manat və ya 38,94% çoxdur.
Trending
- Əhalinin manatla əmanətləri 26,5% artaraq 13 milyard manatı ötüb
- Bankların vergi ödənişləri 26%, xalis mənfəəti 19%-ə yaxın artıb
- OPEC+ hasilat kvotalarını dəyişməyə bilər
- “Azər Türk Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik nəzərdə tutulur
- Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib
- “PAŞA Həyat”ın gəlirləri 651 milyonu ötüb, xalis mənfəəti 2%-dən çox artıb, kapital buferi 30 %-dən çox azalıb
- Avropanın altı lüks məhsul istehsalçısının bazar dəyəri azalıb
- Ripple ABŞ-da aktivlərin saxlanılması və hesablaşma xidmətləri göstərən bank kimi fəaliyyət üçün tam təsdiq alıb

