Böyük Britaniyada hakimiyyət orqanları əhalini ətraf mühit naminə ət və süddən imtina etməyə çağırıb.
GDP xəbər verir ki, bu barədə The Telegraph yazır.
Analitiklər hesab edir ki, britaniyalılar bu məhsulların istehlakını 50% azaltmalıdırlar. Bununla bağlı hökumət iribuynuzlu mal-qaranın və qoyunların sayının azaldılması ilə bağlı təkliflərə baxacaq.
İqlim nəzarəti komitəsinin sədri Piers Forster etiraf edib ki, hakimiyyət fermerlər üçün subsidiyaları kəsəcək, heyvandarlıq məhsullarına vergiləri artıracaq və onların reklamını azaldacaq.