Brend neftinin qiyməti son 4 gündə ilk dəfə bahalaşıb
GDP xəbər verir ki, Brent markalı neftin qiyməti bir barel üçün 77,3 dolları ötüb.
Benchmark markaları üçün neft qiymətləri əvvəlki üç seansda azaldıqdan sonra çərşənbə axşamı günü davamlı olaraq yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 09:03-ə 1,03 dollar və ya 1,35% artaraq 77,33 dollar/barel təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti səhər saatlarında 1,2 dollar və ya 1,65% artaraq bir barelə görə 74,14 dollar təşkil edib.