Çin Minik Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatına görə, sentyabrda ölkədə 1,63 milyon avtomobil satılıb.
GDP xəbər verir ki,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,1% azdır.
Satışların azalması dövlət subsidiyalarının tükənməsi, istehlakçı tələbinin zəifləməsi və daşınmaz əmlak bazarındakı qeyri-müəyyənliklə əlaqələndirilir.
Mənfi dinamika BYD, Geely, Volkswagen və Toyota kimi istehsalçılara təzyiq göstərə, avtomobil ixracını artıra və litium, mis, alüminium kimi xammallara tələbi zəiflədə bilər.

