2025-ci ildə dünyada milyarderlərin sayı 8,2 faiz artaraq 3 795 nəfərə çatıb.
GDP xəbər verir ki,bu barədə “Altrata” araşdırma şirkətinin “Billionaire Census 2026” adlı illik hesabatında məlumat verilib.
Hesabata əsasən, milyarderlərin ümumi sərvəti il ərzində 12,8 faiz artaraq 15,1 trilyon dollara yüksəlib. Bu məbləğ S&P 500 indeksinə daxil olan şirkətlərin ümumi bazar kapitallaşmasının təxminən dörddə birinə bərabərdir.
Bildirilir ki, milyarderlərin sayındakı artım son beş ilin ən yüksək göstəricisi olub.
Son 10 il ərzində isə dünyadakı milyarderlərin ümumi sayı təxminən 60 faiz artıb.

