2024-cü ilin I yarımilində Hacıqabul Sənaye Parkında 38 milyon manatlıq 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 ədəd avtomobil satışı həyata keçirilib.
GDP xəbər verir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 20% artım deməkdir.
Sənaye zonalarında sözügedən dövr ərzində “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.