Niderland Mərkəzi Bankı (DNB) ABŞ və Kanadada saxlanılan təxminən 86 ton qızılı Londona köçürüb.
GDP xəbər verir ki, qızıl ehtiyatlarının daşınması 2026-cı ilin mart-avqust aylarında həyata keçirilib. Bununla da DNB Şimali Amerikadakı qızıl ehtiyatlarının dörddəbirindən çoxunun saxlanma yerini dəyişib.
Bank qərarını geosiyasi gərginliyin artması və mümkün böhranlara hazırlıqla əlaqələndirib. Qızılın İngiltərə Bankında saxlanılması DNB-yə zərurət yarandıqda ehtiyatlardan daha çevik istifadə etməyə imkan verəcək. Londonda saxlanılan külçələr yüksək likvidliyə malik olduğundan onların qısa müddətdə satılması və ya maliyyə əməliyyatlarında istifadəsi daha asandı
Niderland qızıl ehtiyatlarının coğrafi bölgüsünə yenidən baxan ilk ölkə deyil. Daha əvvəl Fransa Bankı da Nyu-Yorkda saxlanılan qızıllarının çıxarılmasını başa çatdırmış və 129 ton yenilənmiş qızıl külçəni Parisə gətirmişdi.

