Rusiya Çinə malların dəyərini kriptovalyuta ilə ödəyir
GDP xəbər verir ki, rəqəmsal valyutalarda ödəniş etməyə icazə verilən ilk idxalçılar qrupuna elektronika istehsalçıları, Ticarət və Sənaye Palatasının üzvləri və bir neçə bank daxildir.
Digital & Anologue Partners konsaltinq şirkətinin partnyoru Yuri Brisov xəbərdarlıq edir ki, blokçeyn üzrə bütün əməliyyatlar yoxlamaya açıq olduğundan sanksiyalardan yayınmaq üçün kriptovalyutadan istifadə cəhdləri tez bir zamanda müəyyən ediləcək. Brisov hesab edir ki, bu, Rusiya hakimiyyətinin eksperimentini tez bir zamanda fiaskoya aparacaq.