Rusiya Google, IOS və Android-i bloklayır.
GDP xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Aleksey Didenko “Google”un, o cümlədən “Android” əməliyyat sistemi və “Apple” şirkətinin “iOS”unun tezliklə Rusiyada bloklanacağını bildirib.
Didenko ictimaiyyətə YouTube kimi xidmətlərdən yapışmamağı tövsiyə edərək, “Tezliklə Google, Google Android ilə birlikdə bloklanacaq. iOS da bloklanacaq və bu, bizim təşəbbüsümüz olmayacaq” deyib.