Close Menu
    What's Hot

    Saudi Aramco ayrıca qaz şirkəti yarada bilər

    07 Oktyabr 2026

    Qlobal bazarlarda qarışıq dinamika: Neft bahalaşır, Bitcoin ucuzlaşır

    07 Oktyabr 2026

    Dünyada LNG qıtlığı:Avropada qaz ehtiyatları rekord minimuma enib

    06 Oktyabr 2026
    Trending
    • Saudi Aramco ayrıca qaz şirkəti yarada bilər
    • Qlobal bazarlarda qarışıq dinamika: Neft bahalaşır, Bitcoin ucuzlaşır
    • Dünyada LNG qıtlığı:Avropada qaz ehtiyatları rekord minimuma enib
    • Maykl Börri fond bazarında mümkün çöküş barədə yenidən xəbərdarlıq edib
    • Hakerlər Danimarka sakinlərinin məlumatlarının yer aldığı bazanı ələ keçiriblər
    • Mikayıl Cabbarov: Böyük Britaniya ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etdik
    • SpaceX-in səhmləri 2 ticarət sessiyasında 15%-dən çox bahalaşıb
    • S&P 500 tarixi maksimumunu yeniləyib
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Rabitəbankın ipoteka portfeli 200 milyon manatı ötüb

      06 Oktyabr 2026
      Recent

      Rabitəbankın ipoteka portfeli 200 milyon manatı ötüb

      06 Oktyabr 2026

      “PAŞA Bank”da 56.8%-lik pay yeni holdinqə keçib

      06 Oktyabr 2026

      PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar

      05 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Qlobal bazarlarda qarışıq dinamika: Neft bahalaşır, Bitcoin ucuzlaşır

      07 Oktyabr 2026

      Maykl Börri fond bazarında mümkün çöküş barədə yenidən xəbərdarlıq edib

      06 Oktyabr 2026

      SpaceX-in səhmləri 2 ticarət sessiyasında 15%-dən çox bahalaşıb

      06 Oktyabr 2026

      S&P 500 tarixi maksimumunu yeniləyib

      06 Oktyabr 2026

      Binance sorğusu: Azərbaycandakı kripto istifadəçilərinin 70%-dən çoxu ticarətə maraq göstərir

      04 Oktyabr 2026

      Belarus ilk iki kriptobankı rəsmi qeydiyyata alıb

      28 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Qlobal bazarlarda qarışıq dinamika: Neft bahalaşır, Bitcoin ucuzlaşır

      07 Oktyabr 2026

      Maykl Börri fond bazarında mümkün çöküş barədə yenidən xəbərdarlıq edib

      06 Oktyabr 2026

      SpaceX-in səhmləri 2 ticarət sessiyasında 15%-dən çox bahalaşıb

      06 Oktyabr 2026

      S&P 500 tarixi maksimumunu yeniləyib

      06 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Huawei və Qualcomm 5G və süni intellekt üzrə patent sazişi imzalayıb

      06 Oktyabr 2026
      Recent

      Huawei və Qualcomm 5G və süni intellekt üzrə patent sazişi imzalayıb

      06 Oktyabr 2026

      Azərbaycan və Dünya Bankı FINGROW və nəqliyyat layihələrini müzakirə edib

      02 Oktyabr 2026

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Tədiyə balansı nə deyir?-Kapital və maliyyə axınları güclənir, iqtisadi dəyər hələ tam formalaşmır
    Bloq yazıları

    Tədiyə balansı nə deyir?-Kapital və maliyyə axınları güclənir, iqtisadi dəyər hələ tam formalaşmır

    16 Dekabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025-ci ilin yanvar–sentyabr ayları üzrə Azərbaycanın tədiyə balansının kapital və maliyyə hərəkətləri hesabı makroiqtisadi sabitliyin qorunduğunu göstərsə də iqtisadiyyatın struktur transformasiyasının hələ də gözlənilən dərinlikdə getmədiyini ortaya qoyur. Hesabat dövründə ölkənin xalis maliyyə aktivlərinin 4.5 mlrd. ABŞ dolları artması müsbət göstərici kimi qiymətləndirilə bilər. Bununla yanaşı, bu artımın mənbələri və sektorlar üzrə bölgüsü iqtisadi siyasətin effektivliyi baxımından əlavə suallar yaradır.

    Xarici aktivlərdə artım: maliyyə gücü var, lakin real sektorda effekti azdır

    Xalis maliyyə aktivlərində müşahidə olunan artım əsasən 2.2 mlrd. dollar həcmində formalaşmış  digər investisiyalar və 1.3 milyarda dollar həcmində olan portfel investisiyaları  hesabına formalaşmışdır. Bu dinamika ölkənin maliyyə mövqeyinin möhkəmləndiyini göstərsə də, vəsaitlərin əhəmiyyətli hissəsinin depozitlər və maliyyə alətləri formasında cəmləndiyini onların real sektor, istehsal və məhsuldarlıq artımına birbaşa təsir etməsi üçün işlək mexanizmlərin olmadığını nümayiş etdirir.

    Bu kontekstdə, İqtisadiyyat Nazirliyinin əsas çağırışı maliyyə resurslarının yalnız yığılmasını deyil, onların daha effektiv investisiya layihələrinə yönəldilməsini təşviq etməkdən ibarət olmalıdır.

    Birbaşa investisiyalar: həcmlər böyükdür, struktur problem qalır

    Hesabat dövründə birbaşa investisiyalar üzrə xalis maliyyə aktivləri 922.7 mln. dollar artmış, xalis maliyyə öhdəlikləri isə 305.2 mln. dollar azalmışdır. Nəticədə birbaşa investisiyalar üzrə 1.2 mlrd. dollarlıq kəsir formalaşmışdır.

    Neft-qaz sektorunda cəlb edilən sərmayənin yəni 3.7 mlrd. dolların, 4.7 mlrd. dollar hıcmdə kapital repatriasiyası ilə üstələməsi, bu sahədə yaradılan dəyərin ölkə daxilində saxlanılması mexanizmlərinin kifayət qədər güclü olmadığını göstərir. Bu, artıq fiskal və monetar yox, struktur və institusional məsələ kimi qiymətləndirilməlidir.

    Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların 9% artaraq 1.019,4 mln. dollara çatması müsbət tendensiyadır. Lakin artımın mühüm hissəsinin gəlirlərin yenidən investisiyası hesabına formalaşması yeni investor cəlbinin hələ də məhdud qaldığını göstərir ki, bu da İqtisadiyyat Nazirliyinin investisiya təşviqi alətlərinin effektivliyinin daha dərindən qiymətləndirilməsinə ehtiyac olduğunu nümayiş etdirir.

    Portfel investisiyaları: maliyyə bazarları aktivləşir, dərinlik hələ zəifdir

    Portfel investisiyaları üzrə xalis maliyyə aktivlərinin 1.3 mlrd. dollar artması maliyyə bazarlarına marağın yüksəldiyini göstərir. Dövlət sektorunun portfel öhdəliklərini azaltması fiskal ehtiyatlılıq baxımından müsbət qiymətləndirilə bilər.

    Bununla belə, kapitalda iştiraka təminat verən qiymətli kağızlara marağın zəif qalması bazarın uzunmüddətli investisiya aləti kimi cəlbediciliyinin hələ formalaşmadığını göstərir. Bu sahədə kapital bazarlarının inkişafı üzrə iqtisadi blokun koordinasiyasının gücləndirilməsi zəruridir.

    Digər investisiyalar: likvidlik artır, borclanma strukturu dəyişir

    Digər investisiyalar üzrə xalis maliyyə aktivlərinin 2.2 mlrd. dollar artması əsasən depozitlər və nağd valyuta hesabına baş vermişdir. Bu, bank sisteminin xarici mövqeyinin gücləndiyini göstərir.

    Eyni zamanda, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəliklərinin 560 mln. dollar artması, xüsusilə bank və neft-qaz sektorlarında borclanmanın artdığını göstərir. Dövlət və dövlət zəmanətli kreditlər üzrə azalmanın müşahidə olunması fiskal intizamın göstəricisidir. Bu kontekstdə investisiya layihələrinin seçimi və prioritetləşdirilməsi daha vacib xarakterli addım kimi qiymətləndirilməlidir.

    Neft bonusu və ehtiyatlar: sabitlik var, amma alternativlər məhduddur

    2025-ci ilin  yanvar sentyabr ayları ərzində 450.2 mln. dollarlıq neft bonusu tədiyə balansında planlı və proqnozlaşdırılan gəlir kimi çıxış edir. Lakin bu mənbənin müqavilə müddəti ilə məhdud olması, uzunmüddətli perspektivdə davamlı gəlir mənbələrinin genişləndirilməsini zəruri edir.

    Tədiyə balansı üzrə ehtiyat aktivlərin reallaşmış hissəsi 1.1 mlrd. dollar azalsa da, ölkənin strateji valyuta ehtiyatlarının 81.5 mlrd. dollara çatması ümumi maliyyə dayanıqlığını gücləndirir.

    Ümumi yanaşmada 2025-ci ilin 9 ayının nəticələri göstərir ki, Azərbaycanın tədiyə balansı qısamüddətli sabitlik baxımından güclü, lakin struktur dayanıqlılığı baxımından ehtiyatlı yanaşma tələb edən mərhələdədir. Maliyyə resurslarının artması mühüm üstünlükdür, lakin bu resursların real sektorda dəyər yaradan layihələrə yönəldilməsi iqtisadi siyasətin əsas sınağı olaraq qalır.

    Bu baxımdan, əsas çağırış maliyyə sabitliyini qorumaqla yanaşı, investisiya mühitinin keyfiyyətini yüksəltmək və qeyri-neft sektorunda uzunmüddətli kapitalı cəlb edən mexanizmləri gücləndirməkdir.

    Müəllif: Aynur Qəniyeva 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Saudi Aramco ayrıca qaz şirkəti yarada bilər

    07 Oktyabr 2026

    Dünyada LNG qıtlığı:Avropada qaz ehtiyatları rekord minimuma enib

    06 Oktyabr 2026

    Huawei və Qualcomm 5G və süni intellekt üzrə patent sazişi imzalayıb

    06 Oktyabr 2026

    Transformasiya zamanı niyə yaxşı strategiyalar uğursuz olur?

    02 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.