Azərbaycanda pul kütləsinin artımı hazırda inflyasiyaya əhəmiyyətli təzyiq göstərmir.
GDP xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəhbəri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında məlumat verib.
Açıqlamaya görə, pul kütləsinin artmasının əsas səbəblərindən biri Mərkəzi Bankın valyuta alışlarıdır. Bununla yanaşı, geniş pul kütləsinin tərkibində daha uzunmüddətli komponentlərin artması mümkün inflyasiya təsirlərini məhdudlaşdırır.
O bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının manatla geniş pul kütləsinə nisbəti 2025-ci ilin sonundakı təxminən 51 faizdən 60 faizə yaxınlaşıb. Bu da pul kütləsinin valyuta ehtiyatları ilə təminat səviyyəsinin yüksəldiyini göstərir.

